Ermənistanın 30 ilə yaxın gizlətdiyi daha bir kütləvi məzarlıq aşkarlandı...

Rasim İsgəndərov: “Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur”

img

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlar aşkara çıxarılmaqdadır. İşğal dövrü təcavüzkar Ermənistan dədə-baba yurdlarımızı nəinki dağıdaraq talanlara məruz qoyur, habelə insanlarımıza qarşı da olmazın vəhşiliklər törədib, soyqırımları həyata keçiriblər.

Təəssüf ki, bu qanlı hadisələr törədilərkən dünya birliyi baş verən həmin dəhşətlərə susub. Lakin tarix hər şeyi aşkara çıxarır. Erməni faşizminin qanlı əməllərini sübuta yetirən növbəti dəlil noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı aşkarlanıb. Belə ki, oradan insan sümükləri aşkar olunub. Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Tapılan insan qalıqları kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

  • “Aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlar lazımi reaksiya vermir”

Ağdamda aşkar olunan kütləvi məzarlıq barədə fikir bildirən hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra işğaldan azad edilən ərazidə təkcə bərpa işləri deyil, eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və taleyinə aydınlıq gətirilməyən vətəndaşlarımızla bağlı da araşdırma işləri gedir: “Bu proses çərçivəsində isə ard-arda erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanır: “Bundan əvvəl Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkar edilib. Ermənilər öldürülən şəxslərin və işgəncə izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb. Aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz qalıb. Həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb”.

Həmsöhbətimiz hesab edir ki, Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur: “Ermənistan Birinci Qarabağ müharibəsindəki ağır müharibə cinayətlərinin izlərini torpağın altında gizlətməyə çalışır. Çünki çox yaxşı bilir ki, kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının üzərində aparılacaq araşdırmalar erməni vəhşiliyinin bəşər tarixində görünməmiş nümunələrini ortaya qoyacaq. Azərbaycanlı əsir və girovların diri-diri yandırıldığı, sümüklərinin küt alətlərlə sıbdırıldığı, başlarına və digər əzalarına mismar vurulduğu, başlarının kəsildiyi və daha neçə-neçə ağlasığmaz erməni vəhşiliyinin nümunələri aşkara çıxacaq. Və bu zaman bir daha təsdiq olunacaq ki, özünü qondarma tarixlə “dünyanın ən qədim xalqlarından biri” elan edən ermənilər sivilizasiyanın təkamül prosesinin iştirakçısı olmayıblar, vəhşi qəbilə təfəkkürü ilə yaşayıblar və bəşəri dəyərlərin, mədəniyyət nümunələrinin formalaşmasında iştirak edən bütün xalqlara, o cümlədən azərbaycanlılara münasibətdə nifrət və qəzəb üzərində kökləniblər”.

R.İsgəndərovun sözlərinə görə, aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlar lazımi reaksiya vermir. İnsanlıq faciəsi törədən, beynəlxalq humanitar hüquq normalarını pozan ermənilər cəzalandırılmır. Lakin gün gələcək, erməni vandalları bu cinayətlərə görə mütləq cavab verməli olacaqlar.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər