Rus sülhməramlılarının və Türkiyə-Rusiya Monitorinq Mərkəzinin komandanları Sarıbabada ermənilərin basdırdığı mina sahəsinə baxış keçirdi - FOTO

img

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar.

Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.

Peşə etikası

Son xəbərlər