Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır - Sahibə Qafarova

Image


Ermənistan sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır.

Milli Məclisdən verilən məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının (APA) 43-cü Baş Assambleyasının birinci plenar iclasında çıxışı zamanı deyib.

Spiker Azərbaycan Respublikası Parlamenti adından Baş Assambleyada iştirak edən bütün parlament nümayəndə heyətlərini salamlayaraq, Kamboca Krallığının Milli Assambleyasının sədri, ASEAN Parlamentlərarası Assambleyasının Prezidenti Henq Samrinə 43-cü Baş Assambleyaya dəvətinə və qonaqpərvərliyinə görə təşəkkür edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir və onlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsinə çalışır. O, ASEAN-a üzv dövlətlərin parlamentariləri ilə əlaqələrin möhkəmləndirilməsinin mövcud münasibətlərə mühüm ölçü qatacağına, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə, sülh, həmrəylik və davamlı inkişafa kömək edəcəyinə əminliyini ifadə edib.

Sahibə Qafarova bildirib ki, Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələrə əsaslanaraq, Azərbaycan xalqı 1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament Respublikasını yaratdı. Elə həmin il Qərb ölkələrinin əksəriyyətini qabaqlayan Azərbaycan qadınlara səsvermə hüququ verdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay davam etdi. Nəhayət, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edə bildi və bu, ölkəmizin tarixində yeni dövrün başlanğıcı oldu.

Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil siyasət aparır. Bərabərlik, qarşılıqlı etimad və qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafının ən vacib elementləridir. Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən və Şərqlə Qərbi birləşdirən nəqliyyat layihələrini həyata keçirən etibarlı tərəfdaşdır. Azərbaycan müxtəlif dini və etnik qrupların əsrlər boyu sülh və dostluq şəraitində birlikdə yaşadığı ölkədir. Multikulturalizm bizim xalqımız üçün həyat tərzidir. Müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin ayrılmaz hissəsidir.

Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq birliyin məsuliyyətli üzvü olan Azərbaycan qlobal sülhə, əməkdaşlığa və inkişafa töhfə vermək üçün əlindən gələni edir. Bu gün Azərbaycan COVID-19 kimi ümumi problemlərin həllində qlobal həmrəyliyin gücləndirilməsi üçün irəli sürdüyü təşəbbüslərlə BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürdüyünü qeyd edən spiker bunu ölkəmizin parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətinə verdiyi önəmin sübutu kimi qiymətləndirib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub və ilk Bakı konfransını bu ilin iyun ayında Azərbaycanda keçirib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi AİPA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.

Spiker diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın idi ki, qonşumuz Ermənistanın işğalı altında idi. Təəssüf ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən çoxsaylı qətnamə və qərarları yerinə yetirilmədi.

Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Birinci Qarabağ müharibəsindən sonra təxminən 4 min Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrimizə qarşı vandalizm aktı törədib. Vaxtilə Qarabağın ən böyük şəhəri olan Ağdam o dərəcədə dağıdılıb ki, beynəlxalq ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü, beynəlxalq hüquq normalarını və tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin qətnamələrini özü icra etdi. İndi biz bu ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlamışıq. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Ağıllı şəhərlər və ağıllı kəndlər tikilir. İnfrastruktur və nəqliyyat layihələri icra edilir. Zəngəzur dəhlizinin açılması isə regionun nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Ancaq bu prosesin həyata keçirilməsinə ciddi maneələr var. Onlardan biri də ondan ibarətdir ki, Ermənistan bu ərazilərdə 1 milyondan çox mina basdırıb. İki il bundan əvvəl ikinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olmuş və ya ağır yaralanmışdır.

Milli Məclisin sədri çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərən və Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında münasibətlərin normallaşdırılmasını və sülh sazişinin imzalanmasını təklif edən ölkədir. Lakin Ermənistan destruktiv mövqe nümayiş etdirərək bu prosesə mənfi təsir göstərən ziddiyyətli bəyanatlar verir. Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyin yeganə yoludur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ