Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakıda ICAPP-ın xüsusi konfransı keçirilib, bəyanat qəbul edilib

Image


Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı keçirilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edib.

T.Budaqov qeyd edib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda müxtəlif etnik, dini qrupların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşa və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik”.

YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb: “Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum qətnaməsini də icra edib”

T.Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina edir: “İnanıram ki, ümumilikdə Asiyanın 370-dən çox partiyasını birləşdirən ICAPP-ın Bakıda keçirilən bu konfransı yaddaqalan olacaq”, - deyə o əlavə edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb. Onun sözlərinə görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.

Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər: “Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır”.

A.Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətində gördüyü işlərdən də danışıb: “Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə veririk. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir”, - türkiyəli millət vəkili bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladıb: “Ərazi iddialarından əl çəkilməli, sərhədlərin delimitasiya və demarksiyası həyata keçirilməli, kommunikasiyalar açılmalıdır. Azərbaycanda siyasi partiyalar bununla razıdır, Ermənistanda da siyasi partiyaların buna razı olacağına ümid edirik. Azərbaycan regiona sülh gətirmək niyyətindədir”.

Rusiyanın “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib, ICAPP-ın qəbul etdiyi sənədlərdəki prinsiplərin yerinə yetirilməsini vacib sayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Azərbaycan və Ermənistan arasında sülh sazişinin ərazi bütövlüyü əsasında imzalanacağına əmin olduğunu və regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yarandığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər zamankından daha güclüdür, Şuşa Bəyannaməsini imzalamaqla münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini söyləyən YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva nəzərə çatdırıb ki, müharibə bitəndən sonra da Azərbaycan vətəndaşları mina problemindən əziyyət çəkib: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır. İnanıram ki, konfransda iştirak edən partiyalar günümüzün aktual problemlərinin həllinə mühüm töhfə verəcək. Azərbaycan da qlobal təhlükəsizliyə töhfə verməklə siyasətini həyata keçirəcək”.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Ço Byunq-cae bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransa çox mühüm mesajlar göndərib. O, qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.

Daha sonra Ço Byunq-cae konfransın Bəyanatı barədə məlumat verib. Bəyanatda qeyd edilib ki, konfransda regional və qlobal təhlükəsizlik müzakirə olunub: “Qlobal təhlükəsizliyin təmini üçün siyasi partiyaların imkanından istifadə olunması vacibdir. Siyasi partiyalar müxtəlif ölkələri və cəmiyyətləri, tolerantlığı təmsil olunur. İdeoloji fərqlərə rəğmən, bütün partiyaların təhlükəsizlik, sabitlik və əməkdaşlıq kimi ümumi dəyərləri var. Qlobal təhlükəsizliyi təmin etmək üçün siyasi partiyalar arasında əməkdaşlığı keçirmək, mütəmadi görüşlərin keçirilməsi önəmlidir”.

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat Azərbaycan və Ermənistan arasında, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün geniş imkanlar yaradıb: “Eyni zamanda üçtərəfli bəyanat regionda davamlı təhlükəsizlik üçün zəmin yaradır”.

YAP sədrinin müavini Əli Əhmədov çıxışında ICAPP-ın bundan sonra da Asiyada sülh və təhlükəsizliyə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb: “Asiya Təhlükəsizlik Konfransının yaradılması təşəbbüsü ilə çıxış edə, 1-2 ildən bir təhlükəsizlikə bağlı konfranslar keçirilə bilər”.

Ə.Əhmədov Azərbaycanın torpaqlarını işğaldan azad etməsini də qlobal təhlükəsizliyə bir töhfə kimi qiymətləndirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ