Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Unuversitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramılarının birgə təşkil etdiyi “Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda keçirdiyi və iki gün davam edən seminarın ikinci günündə biz də təlimə qatıldıq.
Noyabrın 18-19-da ADA-da təşkil olunan seminarı Türkiyənin tanınmış jurnalisti, media eksperti Tulin Daloğlu aparırdı. Agentliyin keçirdiyi təlimin məqsədi çox aydındır, burada əsas hədəf jurnalist peşəsinin əsas prinsiplərinin, etika və müəllif hüquqları qaydalarının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyini bir daha yada salmaq, ayrı-ayrı dövlətlərin mediasının təcrübəsindən bizlərə çatdırmaqdır. İki günlük təlimdə 40 jurnalist iştirak etdi. T.Daloğlunun olduqca hazırlıqlı, məlumatlı bir mütəxəssis olduğunu diqqətə çatdırmağı özümüzə borc bilirik. Olduqca zəngin biliyə, təcrübəyə, nəzəri və praktik məsələlərə malik olan T.Daloğlu həm də çox səmimi bir həmsöhbət kimi maraqlı davranış sərgilədi. Heç şübhəsiz ki, audtitoriyanın da xanım Daloğluna münasibəti, səmimi reaksiyası çox maraqlı dialoqların, fikir mübadiələrinin meydana çıxmasına səbəb oldu. Təlimdə Azərbaycan və dünya mediasının hazırkı vəziyyəti, ictimai gözləntilər və jurnalistika prinsipləri, redaksiya siyasəti və jurnalistika etikası: peşəkarlar dəyərlərin formalaşması, mənbənin konfidensiallığı, müəllif hüququ və digər məsələrdə nümunələr əsasında faydalı müzakirələr aparılıdı və doğurudan da biz bu müzakirələr zamanı çox məlumatlar əldə etdik. MEDİA-nın məqsədi jurnalistlərimizin daha da peşəkarlaşması və özlərini bir peşəkar kimi göstərmək bacarığına malik olmasına nail olmaqdır. MEDİA-nın təşkil etdiyi bu və digər təlimlərin ən maraqlı və diqqət çəkən cəhətlərindən biri də bura müxtəlif yaş qruplarında olan şəxsləri cəlb etməsidir. Xüsusən də gənclərin, jurnalistikaya yeni qədəm qoyanların belə seminarlarda təcrübəli jurnalistlərlə birgə iştirakı çox müsbətdir. Onlar arasında çox maraqlı disskusiyalar alınır, dostluqlar, əlaqələr yaranır. Bu seminarlar bizə bilgilər, yeniliklərlə tanışlıq, yeni təcrübələr qazandırmaqla yanaşı həm də yeni dostlar qazandırır, yeni imzalar tanıtdırır. Jurnalist etikası bizim peşəmizin əsasını təşkil edir, bir qələm adamı peşə etikasına əməl etməsə o heç zaman özünü təsdiqləyə bilməz. Fikrimizcə, jurnalistə lazım olan peşə etikasını dərindən mənimsəməsi və onu fəaliyyətində göstərməsidir. Bütün mənalarda bizlər MEDİA-nın təlimlərindən çox şeylər öyrənirik və öyrənməkdə də davam edəcəyik.
Belə gözəl journalist təlimləri təşkil etdikləri üçün MEDİA-ya və onun tərəfdaşlarına, mütəxəssis Tulin Daloğluna təşəkkür edirik.
İradə SARIYEVA