Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.