Ağdamın işğaldan azad olunma günündə Ağdam şəhərində yürüş təşkil olunub.
Trend xəbər verir ki, yürüşdə millət vəkilləri, rayon ictimaiyyəti, qazilər, müharibə veteranları, Ağdam şəhərində yenidənqurma işlərinə cəlb olunan tikinti şirkətlərinin nümayəndələri iştirak edib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respubilkası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi tədbirə şəhidlər xiyabanın ziyarət edilməsi ilə start verilib.