Cümə axşamı günü, 12 noyabr 2026
     

Fransa dövləti anti-Azərbaycan fəaliyyətini artıracaq, biz isə Bakıda fransız dilli lisey saxlayacağıq?..

Image


Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi absurd sənəd ölkəmizdə çox sərt tənqidlərlə qarşılanıb. Fransanın yürütdüyü bu anti-Azərbaycan siyasəti ilə bağlı cəmiyyətin əsas tələblərindən biri odur ki, biz də  ermənipərəst mövqeyinə və türkəfobiya təbliğatına görə Fransa ilə bütün sahələrdə əməkdaşlığa yenidən baxmalıyıq, o cümlədən də təhsil məsələsində.

Bilirik ki, Bakıda Fransız Liseyi fəaliyyət göstərir, ali və orta məktəblərdə fransız dili, ədəbiyyatı tədris olunur, bir sözlə, Fransa ilə təhsil sahəsində əməkdaşlıqlarımız var. Təbii ki, Azərbaycanda fəaliyyət göstərən fransız məktəbləri ilə bağlı da tədbirlər görülməli olduğunu deyənlər çoxdur. Bu fikirdə olanlar qeyd edirlər ki, Azərbaycana qarşı düşmən mövqe sərgiləyən ölkənin burada niyə liseyi, təhsil müəssisəsi olmalıdır?

  • Vüsalə Ağabəyli: “Bütün bunları Makronun məsuliyyətsiz siyasətinə qurban vermək…”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın Azərbaycana qarşı atdığı addım qərəzlidir: “Məsuliyyətsiz şəkildə verilən qərar Fransa hakim mövqeyinin həm qərəzli münasibətini, həm də analitik qabiliyyətinin zəifliyini göstərir. Əgər Avropanın mərkəzində yerləşən bir ölkənin senatı, prezidenti işğalçı dövləti və onun niyyətini dəstəkləyirsə, deməli, bu Avropa ölkəsinin özünün siyasəti də işğalçılıqdan yan keçmir. Avropa Birliyində belə siyasi məzmunlu bir ölkənin fəaliyyəti də sual altında olmalıdır. Digər tərəfdən isə, bu yanlış, düşüncəsiz qərarın verilməsində Fransa xalqının, ziyalı kütləsinin hamısının da eyni mövqedə olduğunu düşünmürəm. Prezident, senat öz şəxsi marağı və yanlış siyasəti ucbatından ölkəsini də, millətini də gözdən salır. İşğalçı dövlətin əməllərinə uyan, onun təsiri və təzyiqi ilə qərar verən heç bir dövlət humanist hesab edilə bilməz.

Lakin bu düşünülməmiş addımın qarşılığı olaraq Azərbaycanda fransız liseyinin, UFAZ-ın fəaliyyətinin dayandırılması və ya kölgə altına alınması fikrini də qəbul etmirəm. Fransa universitetləri ilə əməkdaşlıq əlaqəsinin, ikili diplom layihələrinin həyata keçirilməsi, mübadilə proqramları elmin və təhsilin inkişafı baxımından önəmlidir, Fransanın hakim mövqeyində duran bir-iki nəfərin qurbanına çevrilməməlidir. Makron bütünlüklə və ömürlük Fransa demək deyil.

Nəzərə alaq ki, Azərbaycanın  bir çox fransızdilli mütəxəssisləri  var, onlar Fransa universitetləri ilə əməkdaşlıq edir, qarşılıqlı şəkildə fransız-Azərbaycan dilinin, mədəniyyətinin inkişafı baxımından layihələrdə iştirak edir. Bir sıra tələbələrimiz var ki, Fransa universitetlərində təhsil alır, Fransa-Azərbaycan ədəbiyyatı, dili, tarixi və sair mövzular əsasında müqayisəli tədqiqatlar aparır. Bütün bunları Makronun məsuliyyətsiz siyasətinə qurban vermək, üstündən yalnız Makronun düşünülməmiş verdiyi qərar görə xətt çəkmək yanlışlıq olardı”.

  • Elçin Əfəndi: “Fransaya dirəniş göstərilməlidir, o liseydə, universitetlərdə, orta məktəblərdə fransız dilli dərslər də, şirkətlər də bağlanmalıdır”

Tanınmış təhsil eksperti Elçin Əfəndi isə fərqli düşünür. O hesab edir ki, Azərbaycana qarşı ədalətsiz mövqe tutan, ermənipərəstliyini hər addımda büruzə verən Fransa ilə bütün sahələrdə, o cümlədən də humanitar sahədə əlaqələri yenidən nəzərdən keçirmək lazımdır. E.Əfəndinin sözlərinə görə, Fransa ilə öz dilində danışmaq zərurətə çevrilib.  “Fransa ilk dəfə deyil ki, Azərbaycana qarşı bu cür qərəzli addım atır, bu bizim əleyhimizə senat tərəfindən qəbul edilən üçüncü qətnamədir. Fransa prezidenti əgər senatın qəbul etdiyi qətnaməni təsdiq edərsə burada diplomatik əlaqələrin kəsilməsi kimi məsələlərin reallaşmasına səbəb olar. Hesab edirəm ki, bu, təhsil sahəsində də aktualdır. Ölkəmizdə fransız məktəbi, Fransa Azərbaycan Universiteti və sair var. Əlbəttə, Azərbaycan tərəf Fransa ilə təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıdır. Fransa senatının qəbul etdiyi qətnaməyə qarşılıq olaraq təhsil sahəsində əməkdaşlığı nəzərdən keçirməliyik. Burada söhbət həm o universitetin, həm liseyin, Fransa şirkətlərinin bağlanmasından gedir ki, Fransa səfirini çağırıb ona nota təqdim edilməlidir. Yəni Fransa yenidən belə bir bədnam qətnamə qəbul edərsə, yaxud Azərbaycan əleyhinə hansısa çağırışlar olarsa biz məcburuq ki, Fransa ilə təhsil sahəsində əlaqələri kəsək”.

E.Əfəndi qeyd etdi ki, Fransanın bu addımında həm erməni lobbisinin, erməni milyonçuların təsiri var, həm də Fransanın öz niyyətləri var, o, Azərbaycandan daha çox qaz almaq üçün bu qətnamələrdən təzyiq vasitəsi kimi istifadə edir: “Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qaz təminatı məsələsində Azərbaycandan asılılığı yaranıb, Fransa da qazı daha çox və ucuz əldə etmək üçün bizə qarşı bu cür təzyiq vasitələrindən istifadə edir. Fransa bu cür bədnam əməllərini dayandırmasa, mütləq mənada bu ölkə ilə mədəni-humanitar, təhsil sahəsində olan əlaqələrə yenidən baxmalıyıq. Fransaya dirəniş göstərilməlidir, o liseydə, universitetlərdə, orta məktəblərdə fransız dilli dərslər də, şirkətlər də bağlanılmalıdır. Müvəqqəti də olsa bu addım atılmalıdır ki, Fransa səhvini anlayıb geriyə addım atsın. Onlara göz dağı verilməlidir. Biz mütləq bunu etməliyik. Fransaya qarşı adekvat addımlarımız var. O ölkəni başa salmalıyıq ki, sən edirsən, biz də qarşılığını verə bilərik”-deyə E.Əfəndi qeyd etdi.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ