İki gün əvvəl Bakıya səfər etmiş Avropa Birliyinin rəsmisi Şuebellə söhbətdə Azərbaycan Prezidenti İlham Əliyevin dediyi iki qısa cümləlik fikirdən söhbət gedir. "Biz torpaqlarımızı qaytarmaq şərtilə sülh istəyirdik. Onlar torpaqları qaytarmadan sülh istəyirdilər. Onlar səmimi deyildilər. Sülh istəklərindəki fərq budur"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
“Qısa, dəqiq və sərrast… Cəmi iki-üç qısa cümlə ilə Ermənistanın azı 30 illik saxta sülh çağırışları və dünyada hamının gözünə soxmaq istədiyi yalançı sülhsevərlik tezisi alt-üst edildi, nokauta salındı...
Bu iki qısa cümlə ilə tanış olan hər kəs əmin olur ki, Ermənistan belə "sülh istəyi" ilə uzağa gedə bilməzdi, çünki həm başqasının torpaqlarını tutmaq, həm də sülh istəmək eyni vaxtda mümkün deyil...” - A.Quliyev yazır.
Tahir TAĞIYEV