Azərbaycanın İsraildə səfirlik açılması barədə qanun layihəsi qəbul edilib.
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.
Milli Məclis Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis etməsini də təsdiqləyib.
“Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.