Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyadan qayıdan soydaşlarımızın sayında yeni artım gözlənilir

Image


Rusiyada yaşayan soydaşlarımzın Azərbaycana yeni axını gözlənilir. Buna səbəb Rusiyada hərbi xidmətlə bağlı yeni qaydanın müəyyən edilməsidir. Məsələ burasındadır ki, noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.

Yeni qaydaya əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaq. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı. Son illərdə Rusiyada vətəndaşlıq alan xaricilərin bir çoxunun Orta Asiya respublikaları, o cümlədən Qafqazdan, eləcə də Azərbaycandan gəldiyi bildirilir. Onlardan bəzilərinin ölkələrində heç vətəndaşlıqdan çıxmadıqları deyilir. İndi Rusiyada yaşayan belə azərbaycanlılardan bir çoxu narahatdır ki, bu fərman onların da Rusiya ordusuna cəlb edilməsinə yol aça bilər. Rusiyanın Smolensk şəhərində işləyən bir soydaşımız “Azadlıq” radiosuna bildirib: “İndi Rusiyadan hər cür qəribəlik gözləyirik. Burada tək mən yox, bir çox azərbaycanlı narahatdır”. Onu da xatırladaq ki, oktyabr ayından Rusiyaya gələn miqrantların bu ölkənin vətəndaşlığını alma proseduru yüngülləşdirilib. Ancaq bir şərtlə ki, onlar Rusiya Silahlı Qüvvələrində bir ildən az olmayaraq xidmət etməklə bağlı müqavilə imzalasınlar. Bundan sonra Moskvanın “Saxarovo” miqrasiya mərkəzində Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə çağırış mərkəzi öz işinə başlayıb. Moskva meri Sergey Sobyanin də onu xarici vətəndaşların hərbi xidmətə cəlbi üçün tam yararlı infrastruktur adlandırıb. Konkret Putinin fərmanına gəlincə, ekspertlər hesab edir ki,  sözügedən sənəd Rusiyada müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına şamil edilməməlidir. O da qeyd edilməlidir ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Yəni Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz. Amma Azərbaycan vətəndaşlığından çıxmayan şəxslər Rusiya vətəndaşlığını qəbul ediblərsə, onlar həmin fərmanın əhatəsinə düşür. Çünki Rusiyada ikili vətəndaşlıq qanunla mümkündür. Bu fonda müvəqqəti Rusiyada yaşayan və işləyən, amma yalnız Azərbaycan vətəndaşı olan şəxslər Rusiya ordusunda xidmət və müharibədə iştirak edə bilməz. Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda qanunla ikili vətəndaşlıq qadağandır. Amma başqa ölkənin vətəndaşlığını qəbul edib və bu barədə Azərbaycan rəsmi qurumlarına məlumat verməyən şəxslər çoxdur. Onun sözlərinə görə, bir nəfərin hərbi mükəlləfiyyəti bir ölkədə keçərlidir: “Yəni Azərbaycan vətəndaşlığından sonra Rusiya vətəndaşlığını qazananlar öz hərbi mükəlləfiyyətini Azərbaycanda həyata keçiriblərsə, onların Rusiyada təkrar hərbi mükəlləfiyyəti ola bilməz. Yox, şəxs Azərbaycan vətəndaşı olub Azərbaycanda hərbi mükəlləfiyyətini keçmədən Rusiya vətəndaşlığına keçibsə və orada hərbi mükəlləfiyyət qazanıbsa, o zaman bütün qaydalara uyğun həm səfərbərliyə, həm də məcburi hərbi xidmətə cəlb oluna bilər”. Hüquqşünasın deməsinə görə, kimsə Azərbaycanda hərbi xidmətdə olubsa, onu təkrar Rusiyada hərbi xidmətə çağırırlarsa, məhkəməyə müraciət etməsi yaxşı olar.

Hazırda Smolensk şəhərində yaşayan və adının çəkilməsini istəməyən şəxs isə vəziyyəti belə izah edir: “Yaxın illərə qədər kimsə Rusiya vətəndaşlığı üçün müraciət edirdisə, onun sənədlərinin arasında Azərbaycan vətəndaşlığından imtina etməsi üçün notariusun təsdiq etdiyi ərizə olmalı idi. Həmin ərizə Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilirdi. Son illər isə artıq belə tələb olmadığından faktiki ikili vətəndaşlığı olan şəxslər yaranıb”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü ildə edilmiş dəyişiklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını almış Azərbaycan vətəndaşları bir aya bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər. Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab olunur. Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. İkili vətəndaşlığı olan şəxslərlə bağlı Azərbaycanda rəsmi statistika sonuncu dəfə 2017-cı ildə açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, Azərbaycanda 2016-cı ildə ikili vətəndaşlığı olan 7 min 956 şəxs müəyyənləşdirilib. Son rəsmi statistikaya görə, 2021-ci ildə 944 nəfər Azərbaycan vətəndaşlığından çıxıb. 2020-ci ildə isə bu göstərici 561 nəfər idi. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə isə, 2022-ci ilin birinci rübündə 141.5 minə yaxın xarici vətəndaş bu ölkənin vətəndaşlığını alıb. Onlardan Azərbaycandan olanlar 4.5 faiz (6 min 300 nəfərə yaxın) təşkil edir. Ölkəmizə gəlincə, şəxsin ikili vətəndaşlığı varsa, bu, qanun pozuntusu sayılmır. Ancaq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan vətəndaşı olan şəxs hər hansı ölkədən vətəndaşlıq alırsa, 1 aya bu barədə məlumat verməlidir. Onu da bildirək ki,  əvvəllər bu məlumat verilmədiyinə görə vətəndaşlar məsuliyyət daşıyırdılarsa, 2014-cü ildə müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra bu aradan qaldırılıb. Yəni xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu barədə məlumat vermədiyi təqdirdə Azərbaycan İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə məsuliyyət daşımırlar. İnzibati və ya cinayət məsuliyyəti aradan qaldırılsa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər. Belə vəziyyətdə görünən budur ki, Putinin imzaladığı fərman Rusiyada yaşayan və çalışan bir sıra Azərbaycan vətəndaşları üçün risq yaradır. Hələ bir neçə ay əvvəl Rusiya pasportu daşıyan azərbaycanlılar üçün müharibəyə göndərilməklə bağlı müəyyən təhlükənin olması bəlli idi. İndi bu məsələ qanuni müstəviyə keçir. Belə vəziyyətdə soydaşlarımızın Rusiyanı tərk etməsi qaçılmaz sayılır. Onsuz da azərbaycanlılar və digər millətlərdən olan miqrantların bir hissəsi Rusiyanı müharibə və çətinləşən iqtisadi vəziyyətə görə tərk edib. İndi bu sayın artması gözlənilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ