Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan ABŞ-da Ermənistanın mövqeyini sarsıdır

Image


Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu ABŞ-da da yüksək qiymətləndirilir. Eyni zamanda indi ABŞ-da belə yanaşma müşahidə edilir ki, Azərbaycan Cənubi Qafqazda Vaşinqtonun əməkdaşlıq etdiyi əsas tərəfdaş ola bilər. Elə bundan irəli gəlir ki, ABŞ Azərbaycanla əlaqələri daha da dərinləşdirməyi düşünür. Bu məsələ ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı özünü bir daha qabarıq büruzə verib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid həmin dinləmələr zamanı qeyd edib ki, ölkəsi Azərbaycanla ikitərəfli əlaqələrin təhlükəsizlik, iqtisadi böyümə, demokratiya və insan haqları kimi prioritet istiqamətlərinin inkişaf etdirilməsinə sadiqdir. O bildirib ki, Azərbaycan 11 sentyabr hadisəsinə erkən reaksiya verərək ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına maliyyə və hərbi qüvvə dəstəyi göstərib: “Azərbaycan maliyyə və qoşun dəstəyi ilə erkən addım atdı. 2021-ci ildə geri çəkilənədək, son günədək Əfqanıstanda Kabil Beynəlxalq Hava Limanının mühafizəsinə yardım etdi. Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizdəndir”. O əlavə edib ki, Azərbaycanla bu sahədə əməkdaşlıq Xəzərin enerji infrastrukturunun təhlükəsizliyini gücləndirir: “Biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə artan dəstəyini alqışlayırıq. ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya təchizatından asılılığını azaltmağa kömək edəcək. Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan həddən artıq asılı olan bütün ölkələr başqa mənbələr axtarırlar. Və bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Və düşünürəm ki, çox mühüm rol oynamağa davam edir. Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə etdik”. Karen Donfrid Azərbaycanı “Azadlıq Aktı”na 907-ci düzəlişdən azad etmək qərarından da danışıb. Bu zaman komitə sədri, ermənipərəstliyi ilə tanınan Bob Menendes ABŞ-ın Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməsinin və bu düzəlişdən azad edilməsinin qəti əleyhinə olduğunu bildirib: “Demək olarmı ki, Azərbaycan ona göstərdiyimiz yardımdan hərbi vədlər baxımından Ermənistana açıq-aşkar üstünlük verəcək şəkildə faydalanmır? Mümkün deyil. Siz burada oturub bunu deyə bilməzsiniz”. Lakin Donfrid bildirib ki, Dövlət Departamenti bu məsələlərə böyük ehtiyatla yanaşır: “Biz bu proqramlarda iştirak edən hər kəsdən soruşduq ki, onlar Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara təsirləri necə dəyərləndirirlər? ABŞ-ın yardımı Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmaya nail olmaq səylərini hər hansı şəkildə pozduğu və ya maneə olduğu barədə qiymətləndirmə varmı? Hər hansı göstərdiyimiz yardım Ermənistana qarşı hücum məqsədilə istifadə oluna bilməz. Mən açıq şəkildə bildirmək istəyirəm və hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğundur, ona görə də biz sərhəd mühafizəsi üçün qeyri-öldürücü avadanlıq təqdim edirik ki, bu da İrandan gələn transmilli təhdidlərin qarşısının alınmasında əhəmiyyətli təsir göstərir. Buna görə də inanıram ki, bu, sərhəd təhlükəsizliyini dəstəkləyəcək”.

Bu arada bir maraqlı məqamı da qeyd edək ki, ermənilərin Konqresdə tərəfdarı olan Menendesin barəsində federal cinayət təhqiqatı aparılır. Nyu-Cersidən olan siyasi məsləhətçisi Maykl Solimanın sözlərinə görə, Menendesin onun barəsində təhqiqat başlanmasından xəbəri var, lakin təhqiqatın nə ilə bağlı olduğunu bilmir. Xatırladaq ki, federal prokurorluq hələ 2015-ci ildə Menendesin işini təhqiq edib. O vaxt Menendesə rüşvətxorluq barədə ittiham təqdim edilib, lakin o cəzalandırılmayıb. 2015-ci ilə aid məhkəmə sənədlərindən görünür ki, bir nəfər göz həkimi kontraktlar bağlamaqda Menendesin köməyi müqabilində ona şəxsi təyyarədə uçuşlar və başqa güzəştlər təqdim edirmiş. 2017-ci ildə Nyu-Cersidə növbəti məhkəmə prosesi ləğv edilib, çünki andlı iclasçılar yekdil qərar çıxara bilməyiblər. Yeni təhqiqatın federal orqanlar tərəfindən analoji ittihamlarla bağlı olub-olmaması hələ məlum deyil. Lakin erməni və yunan lobbi təşkilatları ilə sıx əməkdaşlıq edən Menendesin ənənəvi fəaliyyətini nəzərə alsaq, belə güman etmək olar ki, Nyu-Cersidən olan senator bu dəfə də özünün erməni ağalarından rüşvət alıb. Xatırladaq ki, Menendes Nadina Arslanyan ad-soyadlı etnik erməni qadınla evlidir. Amerika Erməni Milli Komitəsi Menendesin erməni lobbisinə xidmətini, həmçinin Türkiyəyə və Azərbaycana qarşı “layiqli” işini yüksək qiymətləndirib. İndi Menendes və onun tərəfdarlarının Konqresdə anti-Azərbaycan təşəbbüsləri əvvəlki kimi keçərli deyil. Bu, Karen Donfridin Azərbaycana yanaşması fonunda özünü göstərir. İndi ABŞ-da hesab edilir ki, Azərbaycanın İkinci Qarabağ münaqişəsindən sonrakı sülh təşəbbüsləri dəstəklənməlidir. ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə Ermənistanı məyus edən açıqlamalar verib. O bildirib ki, artıq ATƏT-in Minsk Qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır: “Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Hərçənd, Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”. Qeyd edək ki, Azərbaycan da Minsk Qrupunun artıq tarixə qovuşduğunu bildirib. İndi bu yanaşmanı ABŞ da dəstəkləyir. Bu vəziyyətdə ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb. Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb. Beləliklə, bütün bunlar ABŞ-ın yanaşmasının Azərbaycanın mövqelərinə uyğun gəldiyini göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ