Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi Azərbaycanın molla istismarından azadlıq hərəkatına kimlər dəstək verəcək?..

Image


Tehran rejiminin Cənubi Azərbaycandakı soydaşlarımızın başına açdığı oyunların miqyası o qədər genişdir ki, saymaqla qurtarmaz. Bilirik ki, hər addımda soydaşlarımızın hüquqları pozulur, onlar ədalətsizliklə üzləşirlər. Ana dillərində təhsil almaq hüququndan məhrum olan soydaşlarımızın hazırda əsas məqsədi tez bir zamanda mollakratiya rejiminin buxovlarından azad olmaqdır.

Əslində, son iki ayda baş verən proseslər də onu göstərir ki, soydaşlarımız rejimə qarşı çox ciddi şəkildə mənəvi müqavimət  göstərirlər. Baxmayaraq ki, mollakratiyanın əli qanlı ordusu, SEPAH soydaşlarımıza divan tutur, amma onların azadlıq eşqini söndürə bilmir.   

Cənubi azərbaycanlıların azadlıq və ədalət hüququ, Cənubi Azərbaycanda milli hökumət ideyasının inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Cənubi Azərbaycanda milli hakimiyyət ideyası doğrudan da aktuallaşarsa, İranda bu proseslərin fonunda azərbaycanlılar aktiv şəkildə gedərlərsə  milli hökumət ideyasının gerçəkləşməsinə təxminən dünyanın hansı böyük qüvvələrindən dəstək gələcək? Həm region, həm də uzaq dünya ölkələrindən, siyasi mərkəzlərindən, siyasi qüvvələrdən soydaşlarımız  hansı dəstəyi ala biləcəklər?

  • “Bu gün o ideyanı yaşadanlar və onun arxasında duranlar var”

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ötən yüz ildə Güney Azərbaycanda milli haqların təmin edilməsi, xüsusən də milli dövlətçiliyin qurulması istiqamətində iki dəfə çox böyük cəhd olunub: “Bunlardan biri 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkatdır. Bu hərəkatın şüarı İrana demokratiya, Azərbaycana muxtariyyət idi. Bu hərəkat Azadistan adında dövlətin qurulması və 6 aya yaxın yaşaması ilə nəticələndi. İkincisi isə 1945-ci ilin dekabr ayının 12-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan Milli Hökuməti idi. Bu hökumətin də ömrü bir il çəkdi. Hər ikisi də əsasən beynəlxalq dəstək almadı.

Əksinə, şah rejiminə dəstək verildiyi üçün onlar boğuldu. Məsələn, Milli Hökumət də, Şeyx Məhəmməd Xiyabani Hərəkatı da xarici qüvvələrin şah rejiminə dəstəyi və yardımı ilə boğuldu. Milli Hökuməti boğmağa gələn hərbi qüvvələrə rəhbərlik edənlərdən biri amerikalı general  Şvarstkop idi. Yeri gəlmişkən, bu Şvarstkopun nəvəsi İraqda səhrada “Fırtına” əməliyyatına başçılıq edib. O vaxt SSRİ qoşununu Stalin Güney Azərbaycan ərazisindən çıxardı və Milli Hökumətin başçılarına verilmiş vədlərə xəyanət etdi. Bununla da həm SSRİ, həm ABŞ, həm Böyük Britaniya Azərbaycan Milli Hökumətinin, eləcə də İrandakı başqa milli hökumətlərin məhv olmasına şərait yaratdılar. 1979-cu il inqilabında da milli məsələ gündəlikdə olub. Məsələn, o vaxt Xəlq Müsəlman Hərəkatı milli məsələyə daha çox meylli olub. O hərəkat da uğur qazana bilmədi, onun mənəvi lideri Seyid Kazım Şəriətmədari müəmmalı şəkildə öldü”.

S.Soltanın sözlərinə görə, sonrakı dövrlərdə də etiraz aksiyaları keçirilib, Azərbaycan türkləri öz milli varlıqlarını dünyaya bir daha göstəriblər, bəyan ediblər. O vurğuladı ki, İran-İraq müharibəsindən, xüsusən SSRİ dağıldıqdan sonra Güney Azərbaycanda milli oyanış hərəkatı yeni mərhələyə qədəm qoydu. “Məsələn, keçən əsrin 90-cı illərində Babək qalasına yürüş milli özünüdərk şüurunun yüksəldiyinin göstəricisi idi. Yaxud “Traxtur” Futbol Klubunun oyunlarında “haray, haray mən türkəm” deyə “Traxtur” azarkeşlərinin hayqırtıları ilə öz səslərini bütün dünyaya çatdırması, eləcə də Güney Azərbaycanın müxtəlif bölgələrində “Traxtur”un oyunlarında “Güney Azərbaycan İran deyil” şüarının yazılması və meydanda göstərilməsi Güney Azərbaycan türkünün öz milli varlığı, öz milli haqqlarının təmini istiqamətində fəaliyyət göstərməsidir. 2006-cı ilin may hadisələrində isə Güney Azərbaycan türkləri dünyaya səs sala biləcək bir aksiya keçirdilər. Təəssüf ki, o aksiya beynəlxalq güclər tərəfindən müdafiə olunmadı. “Yaşıllar Hərəkatı” dövründə də Azərbaycan türklərinin İran hakimiyyəti daxilindən çıxan qüvvələri bu hərəkata qoşulmadı, qoşulsa da çox az sayda qoşuldular. Ümumilikdə Azərbaycan milli hərəkatı qırmızı bayrağı çıxararaq dünyaya göstərdi ki, Güney Azərbaycan İran deyil. Sentyabrın 17-dən başlayan aksiyalarda da soydaşlarımız ümumi şüarlara qoşulurlar. Onlar da  “diktatora ölüm”, “azadlıq”, “qadın azadlığı”, “ədalət” kimi şüarlar səsləndirənlər sırasında yer alırlar. Bununla yanaşı həm də “azadlıq, ədalət, milli hökümət” şüarlarını da səsləndirirlər.  Bu onu göstərir ki, Güney Azərbaycan türkləri ötən yüz ildə yarımçıq qalmış milli haqların təmini ilə bağlı prosesi davam etdirirlər. Təəssüf ki, hələ dünya ictimaiyyəti, xüsusən aparıcı güclər İrandakı hadisələrin istiqaməti ilə bağlı hələ elə bir ciddi açıqlamalar vermirlər. Verilən açıqlamalar İranda insan haqlarının pozulması ilə bağlı hakimiyyətin ayrı-ayrı şəxslərinin və qurumlarının sanksiyalara məruz qalması və sairlə əlaqədardır. Bir də bu məsələdə daha çox kürdlərin adlarını hallandırmağa çalışırlar və onlara xüsusi informasiya dəstəyi göstərilir. Hadisələrdə həm də Məhəmməd Rza şahın oğlu Pza Pəhləvinin dəstəsinin adı hallanır, onların saytı daha çox fəal görünür. Eləcə də xalq mücahidləri fəal göstərilir. Amma bunların heç birisinin Güney Azərbaycan türkünün milli haqlarının təmin olunması istiqamətində bəyanatı yoxdur. Yəni İranda baş verən indiki hadisədə, proseslərdə milli məsələ, daha doğrusu, fars olmayan millətlərin milli haqlarının təmin olunması ilə bağlı hələ dünya tərəfindən heç bir addım atılmır. Əgər gələcəkdə dünya İran daxilindəki milli prosesləri dəstəkləməzsə, bu ölkədə növbəti dəfə yenidən hadisə baş verəcək. Çünki ötən yüz ildə başlamış proseslər yarımçıq qalıb. O həmişə özündən sonrakına ideyaları ötürür və yeni proseslər başlayır. 1920-ci ildə başlamış Xiyabani hərəkatının davamı Pişəvəri Hərəkatı, Pişəvəri Hərəkatının davamı 1979-cu il Hərəkatı oldu. 1979-cu il hərəkatı isə bugünki azadlıq, ədalət və milli hökumət şüarının etiraz aksiyalarında səslənməsinə təsir göstərdi. Güney Azərbaycan Milli Hökuməti (1945-1946) Güney Azərbaycan türkünün ötən yüz ildə qurduğu milli dövlətçilikdir. Tutaq ki, Şimali Azərbaycan Respublikası üçün Azərbaycan Xalq Cumhuriyyəti nədirsə, Güney Azərbaycan türkü üçün də Milli Hökumət odur. Ona görə də milli hökumət ideyaları, milli hökumət düşüncəsi yaşayır, milli hökumətin gördüyü işlərin nəticəsini görənlər var. Bu gün o ideyanı yaşadanlar və onun arxasında duranlar var. Bu məsələ hələ ki, dünyanın gündəliyində görünmür. Amma yenidən bu məsələ daha ciddi şəkildə meydana çıxarsa, ola bilər ki, beynəlxalq ictimaiyyət onu dəstəkləyər. Beynəlxalq ictimaiyyət deyəndə burada dünyanın aparıcı güclərindən söhbət gedir” - deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ