Cümə axşamı günü, 12 noyabr 2026
     

“Fransa Senatının qətnaməsi onun müəlliflərinin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu sübut edir” - Vüqar Rəhimzadə

Image


“İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi dövlət başçısı İlham Əliyevin təkcə son zamanlar xarici ölkələrə davamlı səfərlərində, beynəlxalq təşkilatların müxtəlif mövzularda təşkil etdikləri tədbirlərdə, Zirvə toplantılarında iştirakında və çıxışında, eyni zamanda, bu tədbirlərə Fəxri qonaq qismində dəvət olunmasında özünün aydın ifadəsini tapır.

Bu, bir tərəfdən qalib Azərbaycanın yaratdığı yeni reallıqların əksər dünya gücləri tərəfindən dəstəklənməsindən, digər tərəfdən isə  həqiqət anı kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycanın kimin haqqın, ədalətin, kimin isə şərin və təcavüzkarın yanında olduğunu görməsindən irəli gəlir. İstər işğal, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dövləti, xalqı kiçik dövlətlərə “ədalət, hüquq” dərsi keçən Fransanın reallıqda bu anlayışlardan xəbərsiz olduğunun, ermənipərəst siyasət yürütməklə bu prinsipləri kobud şəkildə pozduğunun şahidi olsa da, Fransa Prezidenti  müxtəlif  gedişlərlə diqqəti bu məsələlərdən yayındırmağa cəhd göstərir.

Bunu əyani şəkildə görmək üçün son zamanlar Fransa Prezidenti Emmanuel Makronun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə zidd addımlarına diqqət yetirmək kifayətdir. Amma o, bunu ört-basdır etmək üçün gah Praqada Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin   birgə keçirilən görüşünə tərəf kimi qatılaraq  görüşün formatını  dəyişir, gah   dövlət başçısı İlham Əliyevə telefonla zəng edərək noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verir, gah da Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini  ifadə edir. Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam  dövlətlərinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi  hər kəsə məlum həqiqətlərdir. Bu günlərdə dövlət başçısı İlham Əliyev Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da diqqəti bir daha bu məsələyə yönəldərək bildirdi ki,  Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik».

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən bəhs edərək bildirib ki,  bu sənəd bir daha rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyinə, Ermənistana  sevgisinə və bu münasibətin arxasında  gizlənən  maraqlara işıq salır: “Qətnamə reallıqdan uzaqdır, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirməyə  yönəlib. Bu sənəd, həmçinin Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə yer alan fikirlər  müəlliflərin tarix, hüquq dərslərinə böyük ehtiyacı olduğunu təsdiqləyir. Senatın adi kağız parçasından fərqli olmayan bu sənədinin Azərbaycan üçün önəmli olmasa da Fransa özünün çirkin niyyətlərini, ölkəmizə qarşı artıq tam şəkildə açıq müstəviyə keçirdiyi qərəzli mövqeyini, hazırkı mərhələdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün  sülh müqaviləsinin imzalanmasının bir tələb kimi gündəmdə olduğu bir vaxtda  prosesə əngəl törətmək istəyini nümayiş etdirdi.”

“Fransa parlamentinin yuxarı palatasının qətnaməsində nədənsə növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması, 30 ildə şəhərlərimizin və kəndlərimizin tamamilə dağıdılaraq yerlə-yeksan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni məskunlaşma siyasəti həyata keçirdiyi “unudulub.” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,   belə sənədlər hazırlanarkən araşdırmalar, tarixi faktlara müraciət əsas tələb kimi qarşıda dayanmalıdır: “Amma Fransa kimi ermənipərəst siyasət yeridən bir dövlətin Senatından bunu gözləmək sadəlövhlük olardı. Bu baxımdan ki, Fransa heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanıması, bunu tanımayanlara qarşı cəzanın tətbiqi  ilə bağlı layihəni Senatda müzakirəyə çıxarması bu dövlətin Azərbaycana və Türkiyəyə, ümumilikdə türk dünyasına qərəzli mövqeyini aydın şəkildə göstərir.  Fransanın da iştirakı ilə hazırlanan və qəbul edilən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qətnaməyə münasibətində də bildirilir ki,   Qarabağ  bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunan “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə qeyd edib ki, Fransa Senatının qətnaməsi regionda sülh quruculuğu səylərinə zərər verir. Bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir».

Vüqar Rəhimzadə bildirib ki, göründüyü kimi, bütün dünyanın gözü qarşısında baş verən reallıqları, ən əsası tarixi faktları  inkar etməklə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa səy göstərən Fransa kimi «ədalətdən, hüquqdan» bixəbər dövlət özünü sülhyaratma prosesində necə görür? Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayın olmağın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında   beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı.  30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə Ermənistana heç bir sanksiya tətbiq etməyən Fransa kimi dövlətin Senatının Azərbaycandan Ermənistan ərazisindən dərhal geri çəkilməyi tələb etməsi, ölkəmizi sanksiyalarla hədələməsi və bunu qəbul etdiyi qətnamədə əks etdirməsi riyakarlıq deyilmi? Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Fransa erməni diasporunun güclü, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının, sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün bütün alçaq və yaramaz üsullara əl atır. Fransa isə, öz növbəsində erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mane olmağa səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin: «Erməni  silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmışdır. Fransa Senatı qətnamə qəbul etmədən öncə bu faktları nəzərə alsaydı daha yaxşı olardı.  Azərbaycan zaman-zaman Fransa Senatının ölkəmizə qarşı qərəzli qətnamə layihələrini müzakirəyə çıxarılmasının şahidi olub. Tarixi Zəfərimizdən sonra  Fransa Prezidentinin Ermənistana “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıyacağı ilə bağlı ümidlər verməsi də yaxın dövrün reallığıdır və xalqımız bunları unutmayıb”.

Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makronun dövlət başçısı İlham Əliyevə  telefon zəngi zamanı Azərbaycan Prezidenti fransalı həmkarına bir daha bu çağırışı etdi: Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsi vacibdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ