Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünya şöhrətli alim, elm və təhsil təşkilatçısı, böyük ziyalı, akademik Əhliman Əmiraslanov - FOTO

Image


Bu ilin noyabrın 17-də Azərbaycanın dünyada böyük nüfuz sahibi olan alimi, ali dəyərlərə sahib ziyalısı, millət vəkili, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun 75 yaşı tamam olur. Qeyd edim ki, “Ot kökü üstündə bitər” kəlamı həqiqətən müdrikliklə deyilmiş kəlamdır.

Əhliman müəllimin atası Əmiraslanov Tapdıq Muxtar oğlu Qərbi Azərbaycanda, xüsusən də Göyçə mahalında yaşayan azərbaycanlıların təhsilinin təşkilində, sosial problemlərinin həllində olduqca böyük rol oynayıb. O, Basarkeçər rayonunda müəllim, məktəb direktoru, 1950-1954-cü illərdə həmin rayonun Partiya Komitəsinin şöbə müdiri, 1954-1959-cu illərdə ikinci katibi, 1959-1976-cı illərdə rayon maarif şöbəsinin müdiri işləyib. Atasının böyük təhsil təşkilatçısı olması, istedadlı gənclərə himayədarlıq etməsi Əhliman Əmiraslanovun aldığı həyat dərslərində xüsusi yer tutub.

Əmiraslanovlar ailəsində həmişə təhsilə xüsusi önəm verilib. Məktəb illərində təhsilə, biliyə münasibətdə formalaşan böyük sevgi hər zaman onun ömrünün müşayətçisi olub.

Onu da qeyd edim ki, o, məktəbi qızıl medalla bitirib və həmin ildə də indiki Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərindən Bakı şəhər Onkoloji xəstəxanasında tibb qardaşı kimi işləməyi ona elə tələbəlik illərindən cərrahiyyənin sirlərini öyrənmək imkanı verib. Dərin müşahidə qabiliyyətinə malik olması onun praktiki təcrübə toplamasında mühüm rol oynayıb. Əhliman Əmiraslanov 1971-ci ildə universiteti fərqlətmə diplomu ilə bitirib. Bir neçə il Bakı Şəhər Onkoloji xəstəxanasının cərrahlıq şöbəsində həkim onkoloq və şöbə müdiri vəzifələrində işləyib.

1974-cü ildə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olub.

1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1977-ci ildən həmin mərkəzdə kiçik elmi işçi, 1981-ci ildən baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində işləyib.

1984-cü ildə 37 yaşı olarkən elmlər doktoru dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb.

Əhliman Əmiraslanov keçmiş SSRİ üçün onkologiya sahəsində böyük nüfuza malik elmi məktəb yaradıb.

Onun “Sümük sarkomaları” monoqrafiyası 1985-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına layiq görülüb və Əhliman Əmiraslanov medal ilə təltif olunub.

Qeyd edim ki, SSRİ dövründə SSRİ dövlət mükafatının alınması, xüsusən də tibb sahəsində olduqca çətin bir iş idi. Bununla belə Əhliman Əmiraslanov 1986-cı ildə SSRİ dövlət mükafatına layiq görüldü. Bu, Əhliman Əmiraslanovun elminə və şəxsiyyətinə verilən böyük dəyər idi.

Əhliman Əmiraslanov 1987-ci ildə Ümumittifaq Onkoloji Elmi Mərkəzdə aparıcı elmi işçi vəzifəsinə təsdiq edilib, 1989-cu ildə həmin mərkəzdə professor vəzifəsinə seçilib və 1992-ci ilin iyulun 31-ə qədər həmin vəzifədə işləyib.

Hələ Moskvada işləyərkən Əhliman Əmiraslanov özünün dünya şöhrətli elmi məktəbinin əsasını qoyub. Təsadüfi deyil ki, onun rəhbərliyi ilə tibb üzrə 46 fəlsəfə doktoru və 12 elmlər doktoru hazırlanıb.

Akademik Əhliman Əmiraslanov həmişə xalqına və dövlətinə sədaqətlə xidmət edib və etməkdədir.

1992-ci ildən indiyə qədər böyük elmi təşkilati və ictimai fəaliyyəti ilə xalqın sevimlisinə çevrilib.

Uzun illər Tibb Universitetinin rektoru olaraq ölkəmizdə yüksək səviyyəli həkimlər “ordusunun” yaranmasında müstəsna rolu olub. Universitetin nəzdində “Stomatoloji”, “Onkoloji”, “Tədris-terapevtik” və “Tədris-cərrahiyə” klinikalarının yaranmasında akademik Əhliman Əmiraslanovun olduqcaa böyük xidmətləri var.

Onun elm təşkilatçısı kimi fəaliyyəti  uğurlu olub, biologiya, tibb və aqrar elmlərin ölkəmizdə uğurlu inkişafında onun böyük əməyi danılmazdır.

Akademik Əhliman Əmiraslanov uzun illərdir ki, Milli Məclisin deputatıdır. O, dövlət-xalq birliyinin möhkəmlənməsində böyük əmək sərf edir.

Ölkəmizdə böyük nüfuza malik, sıraları hər gün artan Yeni Azərbaycan Partiyasının uğurlarında da akademik Əhliman Əmiraslanovun böyük əməyi var. Akademik Əhliman Əmiraslanov hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına, böyük və uğurlu siyasətinə sadiqliyi ilə fərqlənib. O, bu gün də bu böyük şəxsiyyətin layiqli davamçısı, ölkəmizin dünyada böyük nüfuz və sözə sahib olan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının sədaqətli silahdaşıdır, Prezidentimizin siyasətinin fəal təbliğçilərindən biridir.

Arxada qalan 75 illik fəxarətli ömrü akademik Əhliman Əmiraslanovun təkcə özü, ailəsi, nəsli üçün yox, həm də xalqımız və dövlətimiz üçün qürurvericidir.

Ə.T.Əmiraslanov 1998-ci ilin yanvarında aparılan sorğuya əsasən “1997-ci ilin elm adamı” fəxri adına layiq görülüb. 1998-ci ildə onun adı dünya tibb elminə veridyi dəyərli töhfələrə görə Kembricdə çapdan çıxan “XX əsrin 200 görkəmli şəxsiyyəti” məcmuəsinin əsas hissəsinə daxil edilib, elə həmin ildə tibb elminin, tibb təhsil sisteminin inkişafı yolunda, eləcə də onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin praktikada geniş tətbiqində qazanılan yüksək nəticələrə görə Amerika Bioqrafiya İnstitutunun “Qızıl Statuya” mükafatına, 1999-cu ildə isə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafatına və “Böyük qızıl” medalına layiq görülmüşdür. Akademik Ə.T.Əmiraslanov 1999-cu ildə UNESCO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, 2016-cı ildə isə həmin komitənin sədri seçilib. Əhliman Əmiraslanov 2000-ci ildə  Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilmiş, 2006-cı ildən UNESCO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESCO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi seçilib. Akademik Ə.T.Əmiraslanov 2007-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının akademik N.N.Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın “XXI yüz illiyin liderləri” proqramı çərçivəsində “Millətin intellekti” adlı beynəlxalq təltifinə layiq görülmüş, 2010-cu ilin aprel ayının 30-da Ölkə Prezidentinin Sərəncamına əsasən akademik Ə.T.Əmiraslanovun adı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə komissiyanın, həmçinin “Azərbaycan Respublikası Milli Atlası”nın tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınmış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış, 2020-ci ildə isə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, 2011-ci ildə Avropa Tibbi Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Türk Parlament Assambleyasının Ekologiya və Ətraf Mühitin Qorunması Komissiyasının sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəridir.

2017-ci ildə o, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

Akademik Əhliman Əmiraslanovun 20 monoqrafiya və dərslikləri hazırda həkim olmaq istəyən tələbələrin, elm yolunu seçən insanların istifadə etdikləri ən dəyərli mənbələrdəndir.

Akademik Əhliman Əmiraslanovun şəxsiyyətinə və elminə ən böyük və dəqiq qiyməti onun elmi rəhbəri olmuş, Rusiya Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru olmuş akademik Nikolay Nikolayeviç Trapeznikov verib:

“Çox şadam ki, mənim Əhliman Əmiraslanov kimi bir tələbəm var. Arxayınam və şərəf duyuram ki, istənilən anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində əvəz edə bilər. Əhliman Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır.”

Bir azərbaycanlı olaraq bu fikirləri oxuyanda qürurlanırsan ki, sənin belə nüfuzlu alimin, dəyərli şəxsiyyət olan soydaşın var.

Biz belə insanlarımızı qorumalıyıq, diqqətdə saxlamalıyıq, xalqımız, dövlətimiz və bəşəriyyət üçün.

Akademik Əhliman Əmiraslanovun respublikamıza qayıdıqdan sonrakı fəaliyyəti də Moskvadakı dövr kimi çox məhsuldar və uğurludur.

Aşağıdakı məlumatlar fikirlərimin təsdiqi ola bilər:

Akademik Əhliman Əmiraslanovun həyat və fəaliyyətinin 1990-2022-ci illərdəki dövrünün əsas tarixlərindən qısa xronologiya

- 1990-1995-ci illər – Azərbaycan Respublikasının xalq deputatı;

- 1991-ci il – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür;

- 1992-ci il – N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru təyin olunmuş və Onkologiya kafedrasının müdiri seçilmişdir;

- 1994-cü il – Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü seçilib (Milan ş., İtaliya);

- 1997-ci il – Amerika Klinik Onkologiya Cəmiyyətinin həqiq üzvü seçilmişdir

(ABŞ);

Amerika Bioqrafiya İnstitutunun “Qızıl Statuya” mükafatına layiq görülmüşdür;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir;

- 1998-ci il – Beynəlxalq Tədqiqatçılar Assosiasiyasının üzvü seçilmişdir;

- 1999-cu il – Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir

(Varşava ş., Polşa);

Polşa TEA-nın Albert Şveytzer adına mükafata və “Böyük Qızıl” medalına layiq görülmüşdür (Varşava ş., Polşa);

YUNESKO-nun “Bioetika, elm və texnologiyaların etikası” üzrə

Azərbaycan Milli Komitə sədrinin müavini seçilmişdir;

- 2000-ci il – “Şöhrət” ordeni ilə təltif olunmuşdur;

Azərbaycan-İran İslam Respublikası Dostluq Cəmiyyətinin sədri seçilmişdir;

- 2001-ci il – Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir

(Moskva ş.);

Azərbyacan Milli Elmlər Akademiasının həqiqi üzvü seçilmişdir;

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri

Bölməsinin akademik – katibinin müavini seçilmişdir;

- 2003-cü il – Polşa Tibb Elmləri Akademiyasının A.Şveytzer adına Böyük

- Qızıl medalına layiq görülmüşdür;

- 2006-cı il – YUNESKO-nun Azərbaycan “Bioetika, elmi biliklərin və  texnologiyaların etikası” Komitəsinin Rəyasət Heyətinin üzvü və

YUNESKO-nun eksperti;

- 2007-ci il – Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi seçilmişdir;

RTEA-nın ali mükafatı olan akademik N.N.Bloxin adına qızıl medalına layiq görülmüşdür;

- 2010-cu il – Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvü seçilmişdir;

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü təyin edilmişdir;

“Azərbaycan Respublikası Milli Atlası”nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin edilmişdir;

- 2011-ci il – Avropa Tibbi – Onkologiya Cəmiyyətinin həqiq üzvü seçilmişdir;

Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir;

Türkdilli Ölkələrin Parlament asambleyasının (TÜRKPA) Ətraf  Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri;

- 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf  Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

- 2014-cü il – Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

- 2015-ci il – Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin Sədri seçilmişdir;

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri seçilmişdir;

- 2016-cı il – YUNESKO-nun “Bioetika, Elm və Texnologiyaların Etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədri;

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının baş redaktoru;

- 2017-ci il - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmişdir;

Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür;

Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir;

AMEA-nın Fəxri fərmanına layiq görülmüşdür;

- 2020-ci il - Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı və Səhiyyə Komitəsinin Sədri seçilmişdir;

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri seçilmişdir.

Dəyərli alimimizi, vətənpərvər vətəndaşımızı, gənclərə örnək olan ağsaqqalımızı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, sağlam həyat, yeni uğurlar arzulayıram.

Akademik Əhliman Əmiraslanov sevilməyə, qorunmağa layiq İnsandır, Vətəndaşdır, Alimdir, İctimai xadimdir və təkcə mühazirələrinə görə yox, həm də davranışı ilə həyat dərsi keçən MÜƏLLİMDİR.

Akademik Vaqif ABBASOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ