Cümə axşamı günü, 12 noyabr 2026
     

İran molla rejimi ilə xalqın düşmənçiliyi qanlı mərhələyə keçdi...

Image


İranda iki aydan bəri davam edən kütləvi aksiyalar yerli və xarici mətbuatla yanaşı, elmi dairələrin də müzakirəsinə səbəb olub. Tehran Universitetinin ictimai elmlər fakültəsinin dekanı, professor Qulamrza Cəmşidian bu xüsusda apardığı tədqiqatın nəticələrini açıqlayıb. O, aksiyaların daha gərgin keçdiyi Sistan-Bəlucistan vilayəti barədə apardığı müşahidələrə əsasən bildirib ki, bu bölgədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır.

Onun sözlərinə görə, İranda baş verən hər bir neqativ hadisəni xarici dövlətlərin xüsusi xidmət orqanlarının üzərinə qoymaq düzgün deyil: “Əlbəttə, İrana xarici müdaxilə var, lakin əhalinin sosial vəziyyətinin olduqca aşağı səviyyədə olması kütləvi aksiyaların daha da genişlənməsinə rəvac verir”.  Professor qeyd edib ki, xarici müdaxiləyə imkan verməmək üçün daxildə əhalinin sosial-iqtisadi vəziyyətini, ilk növbədə, işsizliyi, inflyasiyanı aradan qaldırmaq lazımdır: “Ölkədə cinayətkarlığın artmasının əsas səbəbi də məhz iqtisadi vəziyyətin ürəkaçan olmamasıdır. Müşahidələr göstərir ki, 10 il əvvəl Tehran və Əlborzda cinayətkarlığın səviyyəsi çox aşağı idi. Lakin son 10 ildə cinayətkarlığın və narkotik vasitələrin qaçaqmalçılığının artması insanların sosial vəziyyətinin pisləşməsinə bağlıdır. Hökumət tez bir zamanda iqtisadi proqramlar hazırlayıb həyata keçirməlidir. Əks təqdirdə kütləvi etiraz aksiyaları bir müddətdən sonra səngisə də, gələcəkdə yeni bəhanələrlə bir də başlayacaq”. Cəmşidian bildirib ki, 40 il ərzində inkişafa doğru addımlar atılsa da, köklü problemlər öz həllini tapmadı: “Bu gün etiraz edən gənclər yalnız normal həyat tərzi istəyirlər. Ona görə də problemlər həll olunmalı və insanların həyat şəraiti yüksəlməlidir”. Professor ölkədəki korrupsiya və şəffaflığın olmamasına da xüsusi diqqət ayırıb. O, kütləvi aksiyalara son qoyulması üçün xalqın tələblərinin nəzərə alınmasını əsas amil hesab edir. Lakin bütün bunların əvəzində İrandakı rejim xalqa divan tutmaqda davam edir. Bu fonda İranın keçmiş daxili işlər naziri Mustafa Taczadə  cinayətkar hərbçilər və ölkə rəsmilərinin mühakimə olunmasını tələb edib. İslahatçı siyasi məhbus və keçmiş daxili işlər naziri Mustafa Taczadə Evin həbsxanasından göndərdiyi mesajda İran təhlükəsizlik qüvvələrinin Bəlucistan və Kürdüstanda etirazçılara qarşı tətbiq etdiyi zorakılığı pisləyib. O, həmçinin, Sistan-Bəlucistanda nümayişçilərə atəş açmaqda iştirak edən cinayətkar hərbçilərin və rəsmilərin mühakimə olunmasını tələb edib. İslahatçı siyasi fəalın sosial şəbəkələrdəki səhifələrində dərc edilən mesajda yazılıb: “Təəssüflə qeyd etməliyəm ki, son iki ayın etirazlarında ən böyük haqsızlıq Sistan-Bəlucistanın dəyərli xalqına qarşı edilib”. İran İnsan Haqları Təşkilatının elanına əsasən, ümummilli etirazların başladığı gündən noyabrın 11-nə qədər təhlükəsizlik qüvvələri tərəfindən 43-ü uşaq, 25-i qadın olmaqla, azı 326 nəfər öldürülüb. “Zahidanın qanlı cüməsi” kimi tanınan hadisədə İranın təhlükəsizlik qüvvələri Zahidanda bir neçə saat ərzində 100-dən çox etirazçını, sünni ibadətçilər və yoldan keçənləri qətl edib. Bundan başqa, Xaşda noyabrın 13-də baş verən olay zamanı ən azı 18 etirazçı, sünni ibadətçilər və yoldan keçənlər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Bu fonda xalq SEPAH və “Bəsic” qüvvələrindən qisaslarını onların şəkillərini tirajlayaraq alır. Teleqram kanallarında yayılan məlumatlara görə, etirazçılara qarşı amansız davranan SEPAH və “Bəsic” qüvvələrinin üzvlərinin fotoları küçələrdə divarlara vurulur. Həmçinin onların telefon nömrələri də fotolarının altına yazılır.

Buna paralel olaraq, tələbələrin aksiyalarda fəal iştirakı etirazların daha da genişlənməsinə gətirib çıxarır. İranda onlarla universitetin tələbələri aksiyalarda ən fəal iştirakçılardır. Ali təhsil ocaqlarının öyrənciləri yoldaşlarının, müəllimlərin və digər təhsil işçilərinin təqib və həbslərinə, bir çox narazı tələbənin universitetdən uzaqlaşdırılmasına etirazlarını bildirirlər. Tələbələr universitet divarlarına öldürülən etirazçıların adlarını yazır, antihökumət marşları oxuyurlar. “Haqqımızı almayınca dərslərə qatılmayacayıq”, “Yenə bir öyrənci həbs edilsə, qiyamət qoparacağıq” və digər şüarlar səsləndirən tələbələr dərslərə qatılmaqdan imtina edirlər. Belə vəziyyətdə İran parlamentində islahatçılar cərəyanına yaxın olan Qulamrza Nuri Qızılca polis və təhlükəsizlik qüvvələrinin universitetlərə daxil olmasını qanuna zidd hesab edir. O bildirib ki, bu baş veribsə, onlar qanun qarşısında cavab verməlidirlər. Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərinin İran parlamentindəki təmsilçisi Qulamrza Nuri Qızılca universitetlərdə təhlükəsizlik qüvvələrinin mövcudluğunun qadağan olunduğunun qanun çərvivəsində müəyyən edilmiş və açıq-aydın bir məsələ olduğunu bildirib. İranda polis və təhlükəsizlik qüvvələrinin, o cümlədən mülki geyimli qüvvələrin universitetlərin kampuslarına daxil olması təkzib edilsə də, “Bəsic” qüvvələrinin universitetlərdə tələbələrə hücumu ilə bağlı çoxsaylı xəbər yayılıb. Bundan əlavə, İran parlamentinin ictimai komissiyasının üzvü Hüseyn Rəcai təhlükəsizlik qüvvələrinin universitetlərə daxil olmasını təsdiqləyərək, bunun bir neçə xüsusi hallarda həyata keçirildiyini söyləyib. Sosial mediada yayımlanan video-görüntülərdə repressiv qüvvələrin Təbriz Univeristetinin kampusuna daxil olaraq tələbələrə plastik güllələrlə atəş açdığı, dəyənəklə etirazçı tələbələrə hücum etdiyi müşahidə olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ