Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi azərbaycanlı soydaşlarımız Prezident Əliyevə cavab verdilər - "Öz müqəddəratımızı əlimizə alacağıq"...

Image


Cənubi Azərbaycandakı soydaşlarımızın mollakratiya rejiminə qarşı mübarizəsi davam edir. Bu gün öz milli müqəddaratını təyin etmək üçün mübarizəyə qatılan yüz minlərlə soydaşımızın əsas məqsədi Tehran rejimindən qopmaq və özgürlüyünə qovuşmaqdır.

Bu gün güneylilər milli azadlıq hərəkatının böyük uğurla nəticələnməsi uğrunda mübarizə aparırlar. Azərbaycan Prezidentinin verdiyi son bəyanatlar güneylilərə daha böyük stimul verir, mübarizələrini daha inamlı edir. Prezidentin bəyanatlarına Güney Azərbaycanın milli fəalları müsbət reaksiya verib və göstərdiyi dəstəyə görə ölkə başımıza təşəkkür ediblər.

Dr. Rıza Heyət, dr. Əlirıza Abdullahi, Elyar Türkər, dr. Babək Şahid, Elman Nuri, İlqar Ulusoy, Mehdi Nəimi, İsa Doğanlı, İbrahim Ramazani, Murtaza Muradpur, Sabir Zəmani, Nima Abbaspur, Hadi Qurbani, Səhər Abbaspur, Sara Abbaspur, dr. Əhməd Həbibi, İmad Həzrəti, dr. Ramin Abdullahzadə və

Kürşad Yılmaz kimi güneyli milli fəallar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Soydaşlarımızın müraciətlərində deyilir: "...Sizin də son zamanlarda vurğuladığınız kimi, Azərbaycan Respublikası xaricində yaşayan azərbaycanlıların çoxu Güney Azərbaycan türklərindən təşkil tapmaqdadır. Arazın cənubunda yaşayan Azərbaycan türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki "özü”nü nəsildən-nəsilə röyalarında, mahnılarında qoruyub saxlamışdır. "Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" bayatısı hər bir azərbaycanlının beşikdən eşitdiyi laylası olmuşdur. Bu ayrılıq yarasının dərdi belə musiqi notları ilə birləşib sərhədləri aşıb dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük əzm və birliklə, 44 günlük vətən muharibəsi sonunda bütün azərbaycanlılara gələcəyin işıqlı olduğunu göstərmişdir.

Bu gün İranda baş verən hadisələr və rejim və onun müxalifətinin ortaya qoyduğu antitürk və antiazərbaycan siyasətləri hamıya aydındır.

Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində Cənubi Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı "Yar bizə qonaq gələcək" mahnısıdır. İnanırıq ki, bu həsrət tezliklə bitəcəkdir.

Hörmətli Prezident,

Bu doğrultuda Güney Azərbaycan türkləri ilə bağlı tarixi bəyanatlarınız və dəstəkləriniz üçün Güney Azərbaycanın milli aktivistləri olaraq Sizə öz təşəkkür və minnətdarlığımızı bildiririk".

  • "Bunun nəticəsidir ki, güneyli fəallar Azərbaycan Prezidentinə öz xüsusi mesajlarını çatdırırlar, milli müqəddəratları uğrunda mücadiləyə davam etdiklərini bildirirlər"

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı -Xəbər" ə şərhində bildirdi ki, artıq soydaşlarımız öz müqəddəratlarını özləri həll etmək əzmindədir. "Azərbaycanın bütövlüyü məsələsi lokal milli və regional məsələ deyil, bu artıq beynəlxalq gündəmə çevrilib.

 Bu anlamda Prezident İlham Əliyevin son bəyanatları, xüsusən də Səmərqənddə səsləndirdiyi fikirlər Azərbaycanın həm qüzeyində, həm güneyində, həm də dünyanın azərbaycanlılar yaşayan digər yerlərində çox böyük diqqətlə və məmnunluqla, sevinclə qarşılanıb. Bunun da nəticəsidir ki, güneyli fəallar Azərbaycan Prezidentinə öz xüsusi mesajlarını çatdırırlar, milli müqəddaratları uğurunda mücadiləyə davam etdirdiklərini bildirirlər. Azərbaycanın güneyindən olan, lakin irticaçı Tehran rejiminin repressiya siyasətindən bezərək müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan Prezidentinə müraciət ediblər. Güneylilər bu müraciətlə Prezident İlham Əliyevə öz dövlət başçıları kimi yanaşdıqlarını ortaya qoyurlar. Bu çox mühüm məsələdir. Yəni bu artıq onu göstərir ki, əvvəllər Azərbaycanın bütövlüyü, bir bayrağının olması, 60 milyonluq xalqın birliyi məsələsi bu və digər şəkildə ifadə olunurdusa, indi açıq şəkildə bəyan edilir. İnsanlarımız, bütün azərbaycanlılar üçün bir bütövlük, vahidlik məsələsi ciddi şəkildə ortaya çıxıb. Yəni dövlətləşmə, dövlətə çevrilmə anlamında olduqca mühüm faktordur, addımdır.  Şübhəsiz ki, bu məsələdə, xüsusilə də cənab prezidentə müraciət ünvanlayanların da ifadə etdiyi kimi, artıq biz özümüz öz müqəddəratınımızı həll edirik, Azərbaycanın bütövlüyü, vahid bayrağının olması məsələsini artıq özümüz tənzimləyirik".

F. Ələkbərlinin fikrincə, burada əsas məsələ budur ki, birliyimiz, vahidliyimiz bizim öz əlimizdə cəmləşir. O vurğuladı ki, bu müraciət Azərbaycanın vahid dövlətə çevrilmək prosesini daha da sürətləndirir. "Bu prosesi mümkün qədər sürətləndirmək lazımdır. Bu anlamda soydaşlarımızın Azərbaycan Prezidentinə ünvanladığı müraciəti  çox yüksək dəyərləndiririk. Bu, bütövlüyümüzü, birliyimizi daha da gücləndirir. Prezident İlham Əliyev demişkən, bu artıq Türk Dövlətlər Birliyinin də əsas məsələlərindən birinə çevrilməkdədir. Bunu da nəzərə almaq lazımdır ki, bu məsələ öz aktuallığını bütün anlamlarda göstərir. Bu, Azərbaycanın quzeyli-güneyli məsələsi olmaqla yanaşı, həm də türk dünyasının, türk xalqlarının, türk dövlətlərinin məsələsidir. Azərbaycanın yenidən birləşməsi bir şərt halına gəlib, bunu güneyli soydaşlarımız da dərindən anlayır. Bizim üçün birləşmədən başqa çıxış yolu yoxdur. Perspektivdə ən  əsas məsələ xalqımızın vahid bayraqla vahid dövlətdə bir olmasıdır" - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ