Cümə axşamı günü, 12 noyabr 2026
     

Qaregin də Putini erməni oyunlarına çəkmək istəyir - görün Rusiya siyasəti nə gündədir...

Image


Erməni Qriqoryan kilsəsi hər zaman təxribatla, cinayətlə məşğul olur və bununla kifayətlənməyib başqa dövlətləri də öz cinayətlərinə şərik etməyə çalışır. Təəssüf ki, bəzən buna müvəffəq də olur.

Son illər özünü “apostol kilsəsi” kimi qələmə verən saxtakar erməni Qriqoryan kilsəsi Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni hələ də həzm edə bilmir və bu qələbəyə qara yaxmaq üçün bütün fitnə-fellərdən istifadə edir. Bütün ermənilərin katolikosu II  Qareginin iki ildir ki, əl atmadığı fənd qalmayıb, gah Rusiyanın, gah da Avropanın, ABŞ-ın ayaqlarının altına döşənir.

Armenpress-in yaydığı məlumata görə, II Qaregin noyabrın 11-də Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Kazbek Taysayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Erməni patriarxı qeyd edib ki, Ermənistan-Rusiya dostluğu və münasibətləri çoxəsrlik zəngin tarixə malikdir. II Qaregin yalan torbasının ağzını açaraq Azərbaycana şər-böhtan atıb, 44 günlük müharibəni Azərbaycanın “Arsax”a “hərbi təcavüzü” kimi qələmə verib. Bundan əlavə, katolikos Ermənistanın 13 sentyabrda sərhəddə törətdiyi təxribata ermənisayağı don geydirib və Azərbaycanı günahkar çıxarmağa çalışıb. “Ümid edirik ki, Rusiya Federasiyasının səyləri Arsaxın azad və təhlükəsiz həyatının təmin edilməsinə töhfə verəcək” - deyə II Qaregin sərsəmləyib.

Erməni katolikos öz yalanlarına o qədər aludə olub ki, “Artsax” “xalqının azadlığından”, guya Azərbaycanda saxlanılan “hərbi əsirlərdən və mülki şəxslər”dən danışıb. Guya ki, Azərbaycanda “hərbi əsir və mülki əhali” saxlanılıb.  Əlbəttə, bütün bunlar cəfəngiyatdır.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni kilsəsinin Rusiyaya çağırış etməsi barədə məlumat yayılıb. “Əslində, II Qaregin bu addımı ilə erməni kilsəsinin bugünə qədər, yəni 30 illik bir müddət ərzində keçmiş münaqişə ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymaqdadır. Biz dünyanın müxtəlif nöqtələrində mövcud münaqişələrə, o cümlədən də mühartibələrə, qarşıdurmalara münasibətdə dinin, kilsənin, yaxud  digər dinlərin mövqeyinin şahidi olmuşuq. Onlar mümkün qədər münaqişələrə, qan tökülməsinə, müharibələrə qarşı olublar. Amma bu gün erməni kilsəsi özünün erməni xislətini ortaya qoyub bir daha sübut edir ki, kimliyindən asılı olmayaraq, erməni ermənidir və onun üçün insan ölümü, müharibə, münaqişə “normal hal” hesab olunur. O həm də bir daha ondan xəbər verir ki, erməni kilsəsi özü bu gün erməni diaspor və lobbi təşkilatlarının oyuncağına çevrilib. Çünki biz bilirik ki, bu gün regionda münaqişənin mövcudluğunu istəyən, dırnaqarası ifadələri işlətməklə mümkün qədər gərginlik yaratmağa cəhd göstərən, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətinin mövcud olmasını istəyən, bunu ortaya qoyan erməni diaspor və lobbi təşkilatıdır. Erməni diaspor və lobbi təşkilatları  bu istəkləri uğrunda həm kilsəni, həm Rusiyanı, həm də digər qüvvələri bu prosesə cəlb etmək istəyir. Hətta Ermənistan toplumunu, Ermənistanın Qarabağ klanına aid olan müxalifəti təmsil edən cinayətkar ünsürləri də öz oyuncaqlarına çevirirlər. Çünki əgər keçmiş münaqişə ilə bağlı bütün problemlər həllini tam şəkildə tapacaqsa və bunun davamı olaraq Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, o cümlədən də bunun məntiqi davamı kimi Ermənistanın Türkiyə ilə  münasibəti normallaşacaqsa, artıq erməni diaspor və lobbi təşkilatlarının mövcudluğuna heç bir zərurət qalmayacaq. Bunu anlayan erməni diaspor və lobbi təşkilatları bütün istəklərini, imkan və bacarıqlarını ortaya qoyurlar, kütləvi şəkildə maliyyələr ayıraraq bu prosesləri mümkün qədər öz istəkləri istiqamətində inkişaf etdirməyə çalışırlar. Bu istiqamətdə onsuz da oyuncağa, alətə çevrilməyə hazır olan erməni kilsəsini də öz oyunlarına alət ediblər. Təbii ki, erməni kilsəsi də müxtəlif formalarda pafoslu və populist çıxışlarla erməni diaspor və lobbi təşkilatları qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır. Bu istiqamətdə Rusiya boyda nəhəng bir dövləti də öz oyunlarına alətə çevirməyə cəhd edirlər. Təbii ki, Rusiyanın da bu məsələdə ona çağırışların edilməsinə dəstək verən müəyyən addımları oldu”.

X.Bəşirov vurğuladı ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla 11 yanvar 2021-ci ildə imzalanan Moskva və 26 noyabr 2021-ci ildə imzalanan Soçi bəyanatları ilə, ən sonda isə Soçidə keçirlən keçirilən görüşdə sülhməramlı missiyanı və  keçmiş münaqişədən sonra mövcud olan bəzi problemərin həlli, sülh sazişinin imzalanması istiqamətində vasitəçiliyi öz üzərinə götürən Rusiyanın regiona keçmişi qaranlıq olan Ruben Vardanyan adlı cinayəkar bir milyarderi göndərməsi, “rejim”in “dövlət naziri” “təyin edilməsinə” nail olması bir daha qaranlıq məqamlardan xəbər verir. “Artıq bu addımından sonra erməni kilsəsinin Rusiyaya çağırış etməsi üçün münbit şərait yaranır. Təbii ki, kilsə bunu etməklə bir tərəfdən Rusiyanı təxribata, oyuna çəkir, digər tərəfdən də Rusiyanın özünü şantaj edir. Əgər Rusiya bununla bağlı kilsəyə qarşı mövqe ortaya qoyacaqsa, hər bir halda kilsə açıq şəkildə Rusiyanı bu məsələdə ittiham da edə bilər. Bütün bunlar bir daha ondan xəbər verir ki, Ermənistanda ciddi şəkildə revanşizm baş qaldırmaqdadır, Ermənistan öz ordusu barədə olduğu kimi öz dini haqda da çox əsassız, absurd, reallıqdan  uzaq bir mif yaradıb. Amma Azərbaycan ikinci Qarabağ müharibəsində, ondan sonra baş verən proseslərdə də Ermənistan və onun ordusu haqda yaradılmış olan mifi dağıtdığı kimi, erməni kilsəsi barədə də mifi dağıtdı. Bilirik ki, uzun illər ərzində ermənilər regionda ən qədim xristian kilsəsinə sahib olduqları ilə bağlı fikirlər səsləndirirlər. Eyni zamanda “ən qədim mədəniyyətə”, “sivilizasiyaya” və dinə sahib olmaqları ilə əlaqədar mif yaratmışdılar. Bu mifin darmadağın edilməsi əslində elə erməni kilsəsinin atdığı bu addımlarla həyata keçir” - deyə bildirən X.Bəşirov hesab edir ki, erməni Qriqoryan kilsəsinin fəaliyyəti hər zaman təxribatçı xarakter daşıyıb.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ