Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəngəzurda dəhliz xofu Ermənistan elitasına heç rahatlıq vermir... Hakim partiya deputatları susmurlar...

Image


Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı həyasızlığı səngimək bilmir. Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan bəyan edib ki, Laçın dəhlizi heç bir halda Zəngəzur dəhlizi ilə müqayisə oluna bilməz:

“Ermənistanın Zəngəzur dəhlizi vermək öhdəliyi yoxdur. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı heç vaxt belə bir öhdəlik götürməyib. Söhbət yolların açılmasından gedir. Dəhliz Ermənistan üçün qırmızı xətdir. Laçın dəhlizi heç bir halda Zəngəzur dəhlizi ilə müqayisə oluna bilməz. Bu məsələ ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək. Azərbaycanın hədələyici bəyanatları Ermənistan tərəfinin ifadə etdiyi mövqelərə təsir edə və ya dəyişdirə bilməz”.

Görünən odur ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan rəsmilərinə rahatlıq vermir. Hər dəfə bütün vasitələrlə bunu inkar etməyə və yaxın buraxmamağa çalışırlar.

  • “Ağacanyan kimiləri yaxşı bilirlər ki, Zəngəzur dəhlizi bir az ləng ola bilər, ancaq bu dəhliz mütləq açılacaq”

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı təlaşını bir sıra faktorlarla əlaqələndirdi: “Ermənistanın bir çox siyasilərinin Azərbaycan əleyhinə apardıqları təbliğatın kökündə Rusiya, Fransa, İran kimi dövlətlər dayanır. Deyərdim ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etsə belə, bu dövlətlər bütün vasitələrlə sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışacaqlar. Çünki onlar Ermənistana dövlət kimi yox, maşa kimi baxırlar. Bütün dünya da bilir ki, bu xalqı bədbəxt edən bu dövlətlərdir. Bunu dərk etməyən erməni siyasiləri bu dövlətlərin şirnikləndirici  vədlərindən cuşa gələrək bəzi hallarda barış ritorikasını dəyişirlər. Təbii ki, belə bir vəziyyətin erməni xalqına heç bir faydası olmayacaq. Elə erməni deputatı Eduard Ağacanyanın Zəngəzur dəhlizi ilə bağlı etdiyi çıxış da yuxarıda sadalanan faktorların tərkib hissəsidir. Ağacanyan kimiləri yaxşı bilirlər ki, Zəngəzur dəhlizi bir az ləng ola bilər, ancaq bu dəhliz mütləq açılacaq. Özü də erməni ictimaiyyəti yaxşı bilir ki, 10 noyabr Bəyanatını imzalayıb öhdəlik götürən Ermənistan bu öhdəliyi əvvəl-axır yerinə yetirməli olacaq. Bəyanatda Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının maneəsiz hərəkətini təmin etməyi öz öhdəsinə götürüb. Laçın dəhlizi ilə bağlı həmin sənəddə  maneəsiz hərəkət anlayışı yoxdur. Əslində  bu şərtlər bizə əlavə üstünlüklər qazandırır. Eyni zamanda belə müqavilələr beynəlxalq hüququn prinsip və normaları ilə tənzimlənir. Üçtərəfli Bəyanatın 9-cu bəndində söhbət, yuxarıda ifadə etdiyim  kimi, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Beynəlxalq  konvensiyalarda bu prinsiplər əsas götürülür”.

A.Nəbiyevin fikrincə, bütün konvensiyalarda dövlətlərarası razılaşmalar əsas götürülür: “Və 2020 -ci il noyabrın 10-da imzalanmış Bəyanatda həm də üçüncü – zəmanətçi tərəf var. Bu, həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana Konvensiyasının, həm də Beynəlxalq Hüququn prinsipləri haqqında Bəyannamənin müvafiq müddəalarına uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öhdəliklərini yerinə yetirməyə borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, Ermənistan tərəfi bu müqavilənin şərtlərinə əməl etməyəcəksə, o zaman Azərbaycan tərəfi bu müqavilədə Ermənistana etdiyi bütün güzəştlərdən onu məhrum edə bilər. Sadəcə, indi elə bir vəziyyətdir ki, erməni siyasətçiləri mövcud vəziyyəti bir az uzatmaqla vaxt qazanmağa çalışırlar. Buna necə nail "olacaqlar", bunu zaman göstərəcək. Ermənistan siyasi rəhbərliyi sülh üçün şansları qaçırdıqca daha çətin durumla üz-üzə qalacaq”.

Sədr müavini onu da əlavə etdi ki, Azərbaycan dövlətinin dəmir iradəsi öz yerindədir.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ