çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

“Sülhməramlılar bacarmır”, ermənilərin ətrafında "hərbsizləşdirilmiş zona" - Paşinyanın yeni pozuculuğu...

Image


Qarabağdakı separatçılar indi də ordu saxlamaq üçün “hərbləşdirmiş zona” terminini ortaya atıblar. Onların “rəhbərliyində”  təmsil olunan Artur Arutyunyan deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan  10 gün əvvəl Soçidə keçirilən üçtərəfli görüşdə Qarabağ separatçılarının bu təklifini təqdim edib:

“Paşinyan demişdi ki, Qarabağın ermənilər yaşayan hissəsi ətrafında beynəlxalq qarantiyaları olan “hərbsizləşdirilmiş zonanın” yaradılmasını istərdi. Baş nazir demişdi ki, əgər bu təklif qəbul edilərsə, separatçılara “bəlkə də indiki miqyasda ordu lazım olmaya bilər”.

Bu təklif barədə suala cavab verən Arutyunyan deyib ki, bugün Rusiya sülhməramlı kontingenti bütün təmas xətti boyunca təhlükəsizliyi təmin edə bilmir, amma əgər “hərbsizləşdirilmiş zona” yaradılarsa, Qarabağda onların ordusu yox, özünümüdafiə dəstələri olar.

Göründüyü kimi, indi də Qarabağdakı erməni separatçıları ordu saxlamaq üçün “hərbləşdirmiş zona” ideyasını ortaya atıblar.

Bu barədə ekspertlər nə düşünür?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iki  gün əvvəl Şuşa şəhərində bizim böyük  Zəfərimizin ikinci ildönümü ilə bağlı Prezident İlham Əliyev bir daha onları xəbərdar etdi ki, yanılmasınlar, səhv yollara yenidən qayıtmasınlar:  “Azərbaycanın elə imkanları var ki, onları yerində otuzdursun və bu prosesləri sülh yolu ilə həll etsin”. Prezidentimiz qeyd edib ki, Azərbaycan ermənilərlə məsələləri həll etməyə hazırdır. Artıq onların vətəndaş cəmiyyətinin nümayəndələri, nəinki barışıq, həm də Azərbaycanın tərkibində olmağa razılıq vermişdilər. Amma Soçi görüşləri ərəfəsində qondarma bir missiya təşkil  olundu. Pul və maliyyə hesabına keçirilmiş bu dəbdəbəli tədbirdə Rusiyanın bəzi dairələri, Fransanın siyasi elitası, digər ölkələrin nümayəndələri də ermənilərə dəstək verdi. Ermənistanın daxilində də bu məsələlərlə bağlı Nikol Paşinyanı günahlandıranlar var. Onun satqın olduğunu və ermənilərin mövqeyini ayaq altına verdiyini düşünürlər. Əslində belə deyil. Bizim zəfərimiz, bizim qələbəmiz bütün məsələlərin həlli ilə bağlı aydın bir mənzərə yaradır. Burada sözü, əlbəttə ki,  qalib tərəf deməlidir. Ancaq bəzi dəllalların vasitəsilə status məsələsi gündəmə gəlir. Buna baxmayaraq, Prezident İlham Əliyev bildirdi ki, biz bu mövzuya qayıtmayacağıq. Bu məsələ artıq bitib. Ona görə də,  “hərbisəzlişdirilmiş zona” , özünümüdafiə dəstələri bizim üçün qondarma hesab olunur. “Fərrux”  əməliyyatı ilə “Qisas”  əməliyyatını İlham Əliyev Şuşa şəhərində nahaq yerə yada salmadı. Onlara mesaj göndərdi ki, bütün proseslər bizim nəzarətimiz altında gedir. İstənilən məqamda biz lazımı tədbirləri görəcəyik ki, onlar hədlərini aşmasın. Bəli, Ermənistan yalan danışır. Onun baş naziri Nikol Paşinyan bildirir ki, guya Ermənistanın orda maraqları yoxdu. İrəvanda dəfn edilənlərin 90 faizi Ermənistan vətəndaşları idi. Odur ki, Ermənistan sadəcə məğlub olub, indi də çalışır ki, vaxt udmaqla özünü toparlasın. Ancaq bu yolun axırı yoxdur. Qarabağda yaşayan ermənilər anlamalıdırlar ki, Azərbaycanın qurduğu  status dəyişilməz olaraq qalacaq. Bir də Ermənistan baş qaldırsa,  gərək öz müqəddəratı ilə bağlı düşünsün”.

Ekspertin sözlərinə görə, başqa variant olmayacaq: “Biz onlara çox güzəşt etdik. 30 il ərzində onlara sülh təklif etsək də, onlar prosesləri uzatdılar. Hərbi təxribatlarını həyata keçirtdilər. 2014 - cü ilin avqustunda ön xətdə böyük canlanma oldu. Biz onların cavablarını verdik.

Nəhayət Tovuz hadisələri və 44 günlük müharibədə bizim möhtəşəm Zəfərimiz göz qabağındadır. Yenə  çox dərinə getsələr, biz Laçından keçən yolu bağlayacağıq və orada nəzarət postları quracağıq. Bu bizim ixtiyarımızda olan məsələdir. Bununla bağlı bizə nə Rusiya, nə Amerika,  nə də Fransa mane ola bilər. Ərazi bizim ərazimizdir, yaşayanlar da bizim insanlarımızdır. Ona görə də, Şuşa şəhərində Prezidentimizin səsləndirdiyi bəyənatlar, mesajlar hamısı lazımi tərəflərə çatıb. Biz bütün dünyada təsdiqləmişik ki, süveren dövlətik və süverenliyimizin də keşiyində durmağı bacarırıq”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ