Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan XİN Paşinyanın cavabını verdi...

Image


Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada 8 noyabr tarixli çıxışını təhrif etmək və sanki Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir. Ermənistan rəhbərliyinin bu yanaşması iki dövlət arasında münasibətlərin normallaşması və bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan baş naziri N.Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.

Şərhdə bildirilir: "Ermənistanın son 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünə, işğal siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobudcasına pozulmasına, insanlığa qarşı törədilmiş çoxsaylı cinayətlərə göz yuman baş nazir N.Paşinyanın Azərbaycanı beynəlxalq hüququ pozmaqda təqsirləndirməsi riyakarlığın son həddidir. Ermənistan baş nazirinin ölkəsinin bu illər ərzində törətdiyi beynəlxalq hüquq pozuntularını etiraf etmək əvəzinə bu cür əsassız ittihamlarla çıxış etməsi, hətta 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərin pozuntusunu müəyyən mənada etiraf etməsi Ermənistanın sülh prosesində səmimiliyini ciddi şübhə altına alır.

Baş nazir N.Paşinyana xatırladırıq ki, Azərbaycan 2020-ci il 44 günlük müharibədə BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edib və ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə, şəxsən baş nazir N.Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, o cümlədən bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini hələ də yerinə yetirməkdən boyun qaçırır, beləliklə də beynəlxalq öhdəliklərini pozur.

Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir.

Məhz Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır; Azərbaycan isə öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyildir.

Vurğulayırıq ki, üçtərəfli bəyanatla Azərbaycan Respublikası yalnız Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir, yolun hərbi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Ermənistan rəsmiləri tərəfindən də etiraf edildiyi kimi, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, həmçinin 2021-ci ildə Ermənistanda istehsal edilən minalar Azərbaycan ərazisinə ötürülür. Bu isə o deməkdir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Ermənistan tərəfindən Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir.

Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yalnış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respubkikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur. Üçtərəfli bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıcan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var. Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır.

Azərbaycanı terror təşkilatlarının üsullarından istifadə etməkdə ittiham edən baş nazirin diqqətinə çatdırırıq ki, Ermənistan tərəfinin 30 illik işğal dövründə və sonrasında Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, o cümlədən misli görünməmiş etnik təmizləmə, urbisid və kultursid aktları indiyədək heç bir terror təşkilatının törətdiyi cinayətlərlə müqayisə oluna bilməz. Ermənistanın Azərbaycan əhalisinə, tarixi-mədəni irsinə, şəhər və kəndlərinə, infrastruktur və təbii ehtiyatlarına qarşı törətdiyi vəhşiliklər və dağıntılar barədə dəlillər sənədləşdirilib və beynəlxalq ictimaiyyətə və məhkəmələrə təqdim edilib.

Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib. 2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 268 nəfər mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.

Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbir görməyib.

Üçtərəfli bəyanatın müddəalarını yalnış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən, razılaşdırılmış bəyanatlarda hər hansı şəkildə qeyd olunmayan “Qarabağın statusu” məsələsini gündəmə gətirməyə çalışan Ermənistan baş nazirinə xatırladırıq ki, bununla bağlı mövqeyimiz Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Özünü “demokratiya keşikçisi” kimi təqdim etməyə çalışan N.Paşinyana xatırladırıq ki, məhz Ermənistanda bu gün siyasi opponentlərə qarşı geniş repressiya həyata keçirilir və onların əksəriyyəti məhkum olunublar, tənqidi fikirlə çıxış edən 3-cü ölkə vətəndaşlarına isə ölkəyə giriş qadağası qoyulub.

Digər tərəfdən, Ermənistan baş nazirinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması sadəcə Azərbaycana deyil, beynəlxalq vasitəçilərə də yaxşı bəllidir.

Qeyd edilənlərlə yanaşı, Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır.

Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir.

Azərbaycan öz növbəsində, bölgədə sülh və sabitliyin qurulmasına sadiqdir və beynəlxalq hüququn ona verdiyi əsasla bu istiqamətdə tədbirlərini davam etdirəcək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ