Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib.
"Kiprli qardaşlarımızın yalnız olmadığını göstərərək həll prosesinə töhfə veririk. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm", - deyə R.T.Ərdoğan bildirib.