Cümə axşamı günü, 12 noyabr 2026
     

İranın Azərbaycanda casus şəbəkəsinə tökdüyü pullar sənədlərlə açılır

Image


Tehran rejimi Azərbaycan dövlətinin uğurlarına hər zaman qısqanclıqla yanaşıb və ölkəmizdə qarışıqlıq yaratmaq üçün bütün vasitələrdən istifadə edib. O cümlədən də ölkəmizdə öz casus şəbəkəsini formalaşdırmaq üçün əlindən gələni edib.

Gizli deyil ki, mollakratiyanın emissarları müxtəlif adlar altında mövcud olub. Çox eşitmişik ki, molla rejimi əlaltılarını maliyyələşdirir və onlara vəsait ödəyir. Mətbuatda gedən məlumata görə, İran Bakıdakı əlaltılarına yüz minlərlə avro göndərib. Bu barədə “Azfront”un məlumatında qeyd edilir ki, İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro ödəyib. Məlumata görə, İranın “Black Rewards” haker qrupu bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişləri ilə bağlı daxili sənədlərini dərc edib. Bu sənədlər adıçəkilən təşkilatın rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır.

Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var. O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47 158 və 75 000 avro, Naxçıvana isə 15 083 və 30 000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb. 2022-ci ilin aprelində Moskvaya da 40.000 avroluq transfer var.

Köçürmələr İran Dövlət Bankından həyata keçirilib.

  • “Hətta beş-altı il bundan əvvələ qədər Azərbaycanda fəaliyyət göstərən şiə axundlarının əksəriyyətinə Ocaqnejati tərəfindən...”

Mövzuya şərh verən Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, İranın Azərbaycandakı əlaltılarına pul göndərməsi, onları maliyyələşdirməsi məsələsi yeni deyil: “Son vaxtlar bu şəbəkə ifşa olunub, sənəd ortaya çıxıb, konkret fakt təqdim edilib. Əvvəllərdən məlumdur ki, İran Azərbaycanda öz maraqlarını həyata keçirmək, əsasən məzhəb intriqası yaratmaq üçün öz emissarlarına pul göndərir, onların hesabına vəsait yatırır. İran bunu təkcə Azərbaycanda yox, başqa ölkələrdə də edir. Bu uzun illərdən bəridir ki, mövcuddur. Son dövrlərdə İrandan gələn maliyyəyə nəzarət gücləndikdən sonra hətta Rusiya vasitəsilə buradakı adamlarına pul göndərməyə başladılar. Tehran rejiminin Rusiyada da kifayət qədər adamları var. Mümkündür ki, İrandan Rusiyaya, Rusiyadan da Azərbaycana müxtəlif yollarla pul gətirilir. Molla rejimi burada müxtəlif “Hüseyniyyə”lər, məscidlər, dini ocaqlar açılması, həmin şəxslərin burada intriqa, məzhəb düşmənçiyi yaratması üçün həmin maliyyəni yatırıb. İrandan maliyyə alıb onun əlaltısı olan şəxslər ölkəmizin müxtəlif yerlərində bu cür təxribatlara başlayıblar. Məsələn, dinlə, islamla heç bir əlaqəsi olmayan təsadüfi adamlara “seyidlik” şəcərəsi düzəldiblər, onların həyətlərində gətirilib qəbir qurulub ki, guya bura pirdir, ziyarət yeridir. Bütün bunlar İranda hazırlanıb. Hətta qondarma seyidlərin həyətində ziyarətgahlar da düzəldilib. Yəni molla rejimi tərəfindən agentura şəbəkəsinin bir hissəsinə ölkəmizdə belə şəraitlər yaradılıb. Dini zəmində olanlara belə dəstək olunub. Başqalarına da bəzi işlər tapşırılıb və bu işlərin icrası üçün də həmin pullar gətirilib. Hətta beş-altı il bundan əvvələ qədər Azərbaycanda fəaliyyət göstərən şiə axundlarının əksəriyyətinə Ocaqnejati tərəfindən təxminən 120 manata yaxın pul verilirdi. Bunu Qafqaz Müsəlmanları İdarəsi də, başqa qurumlar da bilirdi. Bunu hansısa ad altında edirdilər ki, guya bu, din adamlarına onların yardımıdır. Bakı İslam Universiteti yeni fəaliyyət göstərən vaxtlarda ora İranın maliyyə yardımı olmuşdu. İrandan gələn puldan təqaüd verilirdi. Düzdür, müstəqilliyimizin əvvəllərində din adı ilə verilən vəsaitlər başqa şəkildə qəbul olunurdu. Ərəblərin çadır şəhərciklərində yaşayanlara dəstəyi vardı, eyni zamanda onlar da dini mədrəsələr açmışdılar. Deyək ki, Türkiyənin də bir çox təriqətçi ruhani təbəqəsinin Azərbaycanda məktəbləri, mədrəsləri vardı. Bunlar  ölkəmizin zəif dövrlərində belə idi. Biz də etibar edirdik ki, müsəlman qardaşlarımızdır, bunlar gəlib burada bizə kömək edir. Düzdür, müəyyən işlərə yardım göstərsələr də, sonradan gördük ki, bunlar din pərdəsi altında ayrı-ayrı işlər görürlər. O vaxt İranın özünün burada “İmdad” Cəmiyyəti vardı, guya ki, qızlara cehiz alırdılar, kasıb adamlara ev tikirdilər və sair. Sonradan məlum oldu ki, onlar həmin adamları öz əlaltılarına çevirmək, özündən asılı etmək üçün fəaliyyət göstərirlər. Siz təsəvvür edin ki, xarici ölkələrdən birində olarkən belə bir məsələ ilə rastlaşdım: İrana məxsus bir dini təhsil ocağı vardı. Oranın qəbul şərtlərindən biri nə olsa yaxşdır? Kim ora qəbul olub oxuyursa, bu məktəbi yarımçıq tərk edəcəkcə o məktəbin ona çəkdiyi xərcin hamısını geri ödəməlidir. Ödəmədiyi təqdirdə adam öldürtdürülür. Lazım gəlsə, o təhsil ocağının adını da çəkə bilərəm. Bilmirəm indi o fəaliyyət göstərir, yoxsa göstərmir”.

O vaxt bu məktəbin din pərdəsi altında agent yetişdirdiyini deyən T.İrfan bildirdi ki, İranın Azərbaycana necə, hansı yollarla və kimlərə vəsait göndərdiyi, maliyyə dəstəyi verdiyi araşdırılmalıdır. “Bilirsiz ki, şəxsən mənim özümü də Qumdan dəfələrlə təhdid ediblər. İndi axtarışda olan Əkrəm Hacızadə adlı o şəxs və irançılar illər əvvəl də, son dövrlər də məni təhdid etdilər, hətta məni Yasamal qəbirsitanlığına çağırdılar…Ziya Bünyadovun qətlindən tutmuş bir çox cinayətlərin törədilməsində əslində İranın əli var. Bunun da hamısının arxasında maliyyə dayanır. Tehran rejimi tərəfindən  maliyyələr, şübhəsiz ki, kimisə qətlə yetirtmək, kimisə terror etmək, Azərbaycan dövlətinin əleyhinə təxribat həyata keçirmək üçün həmin şəxslərə göndərilib. Onlara yeyib-işmək üçün o pullar göndərilməyib. Təəssüf edirəm, deyəsən bu ölkədə İran və Rusiya  meylli müəyyən məmurlar var ki, onların əlaltıları kimi bu məsələlərə göz yumublar. Biz də müşahidə etmişik ki, bu adam İranın agentura şəbəkəsinin üzvüdür və dövlətimizin altına bomba qoyur, amma bəzi məmurlar bunu gördükləri halda görməmiş kimi davranıblar. Biz də şübhələnmişik ki, xeyir ola bu adama göz yumulur, şərait yaradılır? Nümunə də çəkə bilərik. Rayonlarda da müşahidə etmək olur ki, İran tərəfindən göndərilən maliyyə ilə özünə cah-cəlal qurub oturan şəxslər var və onlar İranın tələblərini həyata keçirirlər...”-deyə T.İrfan bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ