Bu gün qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında yazılıb.
“Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmətlə anırıq”, - paylaşımda bildirilib.