Azərbaycan və Ermənistan sülhə doğru “cəsarətli addımlar” atırlar.
Trend "Reuters"ə istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə görüşün əvvəlində deyib. Görüş Vaşinqtonda "Blair House" rəsmi qonaq evində keçirilir.
"İndi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaq üçün işləməyə doğru real və cəsarətli addımlarıdır", - deyə E.Blinken bildirib.
Dövlət katibi qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında baş tutan müzakirələrə və Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər danışıqlara əsaslanacaq.
"ABŞ Ermənistanın və Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq üçün əlindən gələni etməyə hazırdır", - deyə E.Blinken əlavə edib.
Daha sonra görüş mətbuata qapalı formatda davam edib.