Cümə axşamı günü, 12 noyabr 2026
     

"Tarixi Zəfərimiz milli yaddaşımızın qızıl fondudur" - Vüqar Rəhimzadə

Image


Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən iki il ötür. İki il bundan əvvəl bayramlarımız sırasına daha bir tarixi gün əlavə olundu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr Zəfər Günü kimi təsis edildi.

30 illik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. 30 il xalqımız bu günü böyük səbirsizliklə gözləsə də əmin idi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan səsləndirdiyi “O gün uzaqda deyil” bəyanatı da özündə bütün məqamları ifadə edirdi. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış da xüsusi yer tuturdu ki, xalqın səbri tükənməz deyil. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli!” əmri illərdir bu tapşırığı gözləyən Azərbaycan əsgərinin döyüş ruhunu yüksəltdi. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Cəbrayılın və Füzulinin bir neçə kəndinin azad edilməsi əsgərlərimizin qələbə əzmini artırdı, növbəti zəfərlərə yol açdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edərək adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə informasiya cəbhəsində də üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynayan 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri tarixi həqiqətlərin təbliğində, müharibəni qaçılmaz edən reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı, indiki və gələcək nəsillər üçün zəngin mənbə oldu. Prezident İlham Əliyev həmin müsahibələrində hər zaman Azərbaycanın qələbə qazanacağına əminliyini ölkəmizin gələcəyi ilə bağlı suallara cavablarında ifadə edirdi. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı idi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Vətən müharibəsində əldə olunmuş Qələbə Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinin və iqtisadi inkişafımızın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti olub. Cənab İlham Əliyevin Prezidentliyi dövründə dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, müasir silah-sursat, texnika ilə təchiz edilib.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi: “Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi ölkəmizin iqtisadi imkanlarının artmasında əsas rol oynadı. Ölkəmizə inamın və etimadın nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən çıxıb beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini dəyişdi. Regional inkişafın aparıcı qüvvəsi olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Bu fikir belə bir reallığı özündə əks etdirir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və sosial layihənin həyata keçirilməsi mümkünsüzdür.”

Vüqar Rəhimzadə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin tarixi Zəfərimizdə rolunu xüsusi qeyd edib: “Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi bu gün özünü aydın şəkildə büruzə verir. Eyni zamanda, dövlətimizin müstəqil siyasəti bütün sahələrdə, o cümlədən xarici siyasətdə davamlı uğurlara yol açır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamlər bir daha Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bütün bunlar hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi əsaslar yaratdı.”

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da diqqətə çatdırıb ki, 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpasında hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi: “Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. Ermənistanın danışıqlar prosesinə imitasiya naminə qatılması, vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması Azərbaycanın diqqətindən kənarda qalmırdı. Prezident İlham Əliyev işğalçı dövlətin yeni savaş planını İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının sessiyasında dünyaya bəyan etmişdi. Lakin təəssüflər olsun ki, əksər dünya gücləri yenə də özlərini bundan xəbərsiz aparmaqla yanaşı, ölkə Prezidentinin bu çağırışına seyrçi mövqedən yanaşdılar. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını reallaşdırmaq niyyətini bir daha ortaya qoydu.”

Vüqar Rəhimzadə bu reallıqların fonunda bildirib ki, artıq ölkəmizin həyatında yeni dövr başlayıb: “Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İki ildir torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edirik. Bu qüruru, sevinci xalqımıza yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Bu gün qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb. Bu ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın diqqətindədir. Bu məkanlardan dünyaya iki hava qapısı açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının iki qardaş ölkənin-Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılışı oldu. Bu kimi unudulmaz hadisələr zəngin tarixə malik olan, İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə birliyinin göstəricisidir. Müharibənin başlandığı gündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən, “Azərbaycan tək deyil” bəyanatı ilə dünyaya çağırışlar edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsi də tarixi Zəfərimizin, Qarabağımızın şahidlik etdiyi sənəddir. Buna əmin olmaq üçün təkcə cari ildə mədəniyyət paytaxtımızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Artıq əminliklə deyə bilərik ki, Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib.”

YAP Xətai rayon təşkilatının sədri cari ilin mühüm tarixi hadisələri sırasında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-sında etdiyi paylaşımı qeyd edib: “Ölkə Prezidenti rəsmi “Tvitter” səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında həm işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərdə və yekun nəticə olaraq imzalanan bəyanatlarda Azərbaycanın mövqeyinin dəstəklənməsindən, maraqlarının müdafiəsindən bəhs edib: “Hər bir görüş Azərbaycanın diplomatik uğuru, ölkəmizin tarixi Zəfərimizdən sonra artan beynəlxalq nüfuzunun təqdimatıdır. Sülh müqaviləsinin imzalanmasından sonra regionda dayanıqlı sülh və təhlükəsizlik təmin ediləcək ki, bu da yeni əməkdaşlıq formatlarının yaradılmasına və iştirakçı dövlətlərin iqtisadi imkanlarının genişlənməsinə stimul olacaq. Hazırkı dövrün əsas çağırışı Ermənistanı tezliklə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.”

“Ümumiləşdirilmiş şəkildə qeyd etsək, tarixi Zəfərimiz dünənimizə, bugünümüzə və gələcəyimizə baxışdır. “Azərbaycan 2030: sosial-iqtisadi islahatlara dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının əsasıdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, böyük Qələbə milli yaddaşımızın qızıl fondudur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ