Cümə axşamı günü, 12 noyabr 2026
     

İran polisi və ordu xalqın tərəfinə keçir... “Silahı bacına yox, zalıma tuşla”...

Image


İran əxlaq polisinin zorakılığı nəticəsində ölən Məhsa Əmininin qətlindən sonra başlayan və artıq ay yarımdır bütün şəhərlərə yayılan aksiyalar səngimək bilmir. Aksiyaların genişlənməsi fonunda İran hakimiyyəti repressiv metodlarnı da genişləndirir. Belə ki, aksiyalarda indiyə qədər hakimiyyət qüvvələrinin açdığı atəş nəticəsində onlarla insan ölüb, yüzlərlə aksiyaçı isə yaralanıb.

Belə bir vaxtda “Mouze" teleqram kanalı olduqca mühüm məlumat yayıb. Qeyd edilir ki, İranda etiraz aksiyalarında artıq vəziyyət dəyişməyə başlayıb. Bildirilir ki, polis qüvvələri molla rejimindən ayrılaraq xalqın tərəfinə keçiblər. Belə ki, bir neçə polisin istefa ərizəsi sosial şəbəkələrdə yayılıb. Onların sayının artması gözlənilir. Bunlar fonunda Cənubi Azərbaycan şəhərlərində də maraqlı vəziyyət müşahidə edilir. Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Məşhəd və digər şəhərlərdə davam edən etiraz aksiyalarında , güney azərbaycanlı qadınlar İran əsgərlərinə çağırış ediblər: “Əsgər! Bu azad qadın sənin bacındır. Ona güllə atma, onu qoru! Heç olmasa, görməzdən gəl! Silahını bacına yox, zalıma tuşla!”. Bu çağırışlara adekvat cavab verilməsi gözlənilir. Hətta belə məlumatlar da yayılıb ki, xalqın tərəfinə keçmək istəyən hərbçilər var. Bundan narahat olan rejim xüsusi xidmət orqanları vasitəsilə onların bir qismini həbsə atıb. Belə şəraitdə hərbçilərin də hakimiyyətdən narazılığı artır. Onların yaxın tezlikdə xalqın tərəfinə keçməsi gözlənilir. Xalq isə rejimin dəyişikliyində israrlıdır. Bu səbəbdəndir ki, nümayişlər zamanı “Xameneyi İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birliyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” kimi şüarlar səsləndirilir. Bundan başqa, İranda etirazçılar divarlara hökumət əleyhinə şüarlar yazır, dövlət işçiləri isə bunları silir. Bunu görən etirazçılar daha da qəzəblənir, küçələrə yeni şüarlar yazırlar. Onlar bildiriblər ki, hökumət şüarları silməklə heç nəyə nail ola bilməyəcək, küçələrə yeni şüarlar yazacaqlar. Həmçinin Tehran Universitetinin Texniki fakültəsinin 100-dən çox professoru hökumət qoşunlarının ali məktəbə hücumunu pisləyib. Xalqı qəzəbləndirən daha bir məsələ İran rejiminin Azərbaycanla bağlı siyasətidir. Cənubi Azərbaycandan olan soydaşlarımız Tehranın Bakıya münasibətdə siyasətində ciddi narazılıq ifadə edirlər. Belə vəziyyətdə Türkiyənin "Yeni Şafak" qəzeti yazır: “İranın anti-Azərbaycan fəaliyyətləri iki ölkə arasında artan gərginliyin və Güney Azərbaycanda etiraz nümayişlərinin miqyasının genişlənməsinin əsas istinad nöqtəsidir. İranın Azərbaycanla bağlı son bəyanatları və Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlərlə bağlı iki ölkə arasında gərginlik artır. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu günlərdə İran xüsusi xidmət orqanları tərəfindən təxribata hazırlaşdırılan və təlim keçmiş qruplaşmanın aşkar olunaraq, ifşa edildiyini açıqlayıb. Həbs edilən 19 nəfər barəsində istintaq başladılıb. Bu gəlişmənin ardınca Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri İran sərhədində təlimlərə başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərdə xüsusi təyinatlı qüvvələr ölkənin cənub sərhədinə yaxın rayonlara göndərilib. İki ölkə arasında gərginlik artdıqca, Təbrizdəki etiraz nümayişlərinin miqyası da böyüyür. Şəhərdə keçirilən nümayişlərdə “Azadlıq, Ədalət və Milli Hökumət” şüarları səsləndirilir”.

ABŞ administrasiyasının SSRİ və Rusiya üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl da qeyd edir ki, İranın Azərbaycanla bağlı siyasətində yol verdiyi yanlışlıqlar Cənubi Azərbaycanda ciddi narazılıq yaradır. O bildirir ki, Bakı və Tehran arasında münasibətlərdə gərginliyin səbəbkarı İrandır: “İranın regional ambisiyaları xarici və daxili təzyiqlərə məruz qaldığı bir vaxtda çətin reallaşsın. İndi İran şəhərlərində kütləvi nümayişlər keçirilir, göstərdiyi müxtəlif fəaliyyətlərə görə bu ölkəyə qarşı əlavə sanksiyalar barədə danışılır. Tehran hökuməti hələ də fəaliyyət göstərmək qabiliyyətinə malik olduğunu göstərmək istəyir. Mən şübhə etmirəm ki, İran xüsusi xidmət orqanları həmişə Bakıda hökumətə problem yaratmaq üçün istər Azərbaycanın özündəki tərəfdarlarındann, istərsə də indiki İran sərhədləri daxilində olan Cənubi Azərbaycandan azərbaycanlıları əməllərinə cəlb etməyə çalışırlar. İranın şimalında keçirilən hərbi təlimlər çərçivəsində İran qüvvələri öz imkanlarını nümayiş etdirərək, hətta çay üzərindən körpü də hazırlayıblar. Bu, çox təhlükəlidir. Aydındır ki, iranlıların öz planları var, onlar dəhlizlərin açılmasını görmək istəmirlər. Mən əminəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bir müddətdir ki, İranın bu adamlarını izləyirdilər. İrana bağlı qrupların Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilməsinə dair açıqlamaların Soçi görüşündən sonra verilməsi də əhəmiyyətsiz deyil. Hesab edirəm ki, bu, Bakının ona qarşı olan qüvvələri çox yaxşı tanıdığı və öz maraqlarını qorumaq üçün addımlar atacağı, o cümlədən İrana qarşı çox sərt mövqe tutmağa hazır olduğu barədə bütün maraqlı tərəflərə mesaj verilməsinin bir yoludur. Bu, Azərbaycana Qərbdə xal qazandıracaq”. Bu fonda maraqlı məqamlardan biri budur ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb. Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub. Ancaq ehtimal etmək olar ki, səfərin təxirə salınmasına İranın anti-Azərbaycan siyasəti ciddi rol oynayıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ