Paradoksal vəziyyət yaranıb. Bir tərəfdən baş nazir Nikol Paşinyan Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və onunun yerini Fransa, ABŞ-la doldurmaq üçün min hoqqadan çıxır. O biri tərəfdən də ölkədə iqtisadi artımın Rusiyadan gələnlər və oradan göndərilən vəsaitlər hesabına olacğını deyir.
Paşinyan bildirib ki, bu il Rusiya vətəndaşlarının Ermənistana axını respublika iqtisadiyyatının artmasına və ümumi daxili məhsukun (ÜDM) yeddi faiz artmasına səbəb ola bilər: “Ermənistana gələn rus axını respublikaya çox kömək etdi və kömək edir. İlin sonunda ÜDM artımı 7 faizə çata bilər”.
O da məlum olub ki, Rusiya Federasiyasının 30 mindən çox vətəndaşı Ermənistanda qalıb ki, bu da ötən illə müqayisədə (16 min nəfərdən çox) təxminən iki dəfə çoxdur. Ermənistan Mərkəzi Bankının məlumatına görə, ölkəyə köçən ruslar özləri ilə 1,7 milyard dollar gətiriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 155 faiz çoxdu. Digər tərəfdən sanksiyalarla əlaqədar çoxsaylı İT mütəxəsisi Rusiyadan Ermənistana köçərək fəaliyyətlərini orada qurublar.
Görünən odur ki, Paşinyan bir tərəfdən Qərbə can atır, bu biri tərəfdən Rusiya hesabına iqtisadi artımı təmin etməyə çalışır. Necə deyərlər erməni xislətinə xas olaraq ikili oyun oynayır.
“Paşinyan bundan təbliğat məqsədi ilə istifadə edərək siyasi xal toplamağa çalışır”
Məsələyə münasibət bildirən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Paşinyan tpik erməni hiləgərliyinə xas olaraq ikili oyun oynayır: “Görünən odur ki, Paşinyan başda olmaqla mövcud Ermənistan hakimiyyəti ikili oyun oynahır. Bir tərəfdən ictimai rəy Rusiyaya qarşı köklənir. Paşinyana yaxın media resursları davamlı olaraq bu yöndə təbliğat kampaniyası aparırlar. Həmçinin, uzun illərdir Ermənistanın maraqlarından çıxış edən, ermənidən çox erməni olan Konstantin Zatulinin, Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyulub. Başqa bir tərəfdən Ukrayna müharibəsi ilə əlaqədar Ermənistan Rusiyadan iqtisadi baxımdan maksimum faydalanmağa çalışır. Ermənistana Rusiyadan kapitalın gəlməsi heç də bu ölkənin iqtisadi cəlbediciliyi ilə bağlı olan məsələ deyil. Bu, kapitalı xilas etmək üçün müvəqqəti atılan addımlardır. Məsələ ondadır ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi mənfi təsir göstərməkdədir. Bu səbəbdən iş adamları kapitalı ölkədən çıxarmaqla bir növ xilas etməyə çalışırlar. Vəsaitlərin Rusiyadan Ermənistana köçürülməsi əsasən bununla bağlıdır. Düzdür, bütün bunlar Ermənistan iqtisadiyyatına müəyyən qədər müsbət təsir edir. Ancaq bu, heç də o demək deyil ki, həmin vəsaitlər Ermənistanın ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Paşinyan bundan təbliğat məqsədi ilə istifadə edərək siyasi xal toplamağa çalışır. Çünki Rusiyadan kapitalın Ermənistana köçürülməsi iqtisadçılar tərəfindən birmənalı qarşılanmır. Rusiyaya yönəlik sanksiyalar ortadan qalxan kimi, həmin vəsait Rusiyaya geri dönəcək. Bu gün Ermənistan cəmiyyətində parçalanma var. Cəmiyyətin əsas hissəsi nicat yolunu Qərbdə axtarır. Burda erməni lobbisinin xüsusi rolu var. Müəyyən kəsim isə Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır”.
Bir sözlə, sosioloq hesab edir ki, Ermənistanın ikili oyun geosiyasi baxımdan ölkənin ziyanına işləyəcək.
Vidadi ORDAHALLI