Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyan “Qarabağ odiozlarını” bir-bir dama doldurur...

Image


Ermənistanda mövcud hakimiyyətə qarşı mübarizə aparan “Müqavimət Hərəkatı” yaradıldığı vaxt gurultulu bəyanatlar verib iqtidara gələcəyini bildiersə də, sonradan bəlli oldu ki, cəmiyyətdə hansısa ciddi dəstəyə malik deyil.

“Müqavimət Hərəkatı” adlanan təşkilat Ermənistan daxilində sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi rusiyapərəst qüvvələrdən ibarətdir. Hazırda bu qurumun başlıca məqsədi Azərbaycan və Ermənistan arasında sülhə əngəlolmaqdır. Bunu hərəkatın üzvü, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da təsdiq edir.

“Müqavimət” hərəkatının əsas məqsədlərindən biri hakimiyyətin Qarabağın Azərbaycanın bir hissəsi olmasını istədiyi sui-qəsdi zərərsizləşdirməkdir”. Onun sözlərinə görə, Nikol Paşinyan açıq şəkildə deyir ki, Qarabağ Azərbaycanın bir hissəsidir: “Məğlubiyyət simvolu olan Nikol Paşinyan və hakimiyyət daim təzyiq altındadır. Beynəlxalq görüşlərin yalnız iki tərəfi var, erməni tərəfi yoxdur. Hakimiyyət Ermənistanı az da olsa sevsəydi, istefa verərdi ki, yeni hakimiyyət danışıqlar aparsın. Bizə xalqın dəstəyi lazımdır”. Amma xalq Ohanyan və onun kimilərinə heç bir dəstək vermir. Proseslər isə göstərir ki, Paşinyan hakimiyyəti Ohanyanı və bəzi müxalifət təmsilçilərini dəmir barmaqlılqalr arxsına göndərməyə hazırlaşır. Ermənistanın “İravunk” qəzeti öz mənbələrinə istinadən bunu təsdiq edir. bildirilir ki, qondarma “DQR”in keçmiş “müdafiə naziri” Mikayel Arzumanyan barəsində başladılan cinayət işində ciddi dəyişikliklər gözlənilir. O da vurğulanır ki, cinayət işində şübhəli bilinənlərin sayı artacaq: “Cinayət işində Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın da adının hallanacağı istisna deyil. Arzumanyan öz keçmiş həmkarlarından heç kimə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyana da rəhm etməmək qərarına gəlib”. Xatırladaq ki, Mikayel Arzumanyan 44 günlük müharibənin son günlərində qondarma rejimin müdafiə ordusuna rəhbərlik edib. O, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İrəvana gedərkən yolda saxlanılıb. Onun barəsində vəzifə öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşma ittihamı (Arzumanyan guya Şuşanı Azərbaycana təslim edib) irəli sürülüb.

Ermənistanın “Joğovurd” nəşri yazır ki, Arzumanyana qarşı açılmış cinayət işi üzrə bir sıra üzləşmələr başlayıb. Qeyd olunur ki, ibtidai istintaq orqanı qanunsuz “hərbi birləşmənin komandirlərini” və başqa şəxsləri dindirilməyə dəvət edir, onları Arzumanyanla üzləşdirir: “Qeyd edək ki, üzləşdirmə adətən cinayət prosesi zamanı işdə iştirak edən şəxslərin ifadələrində ziddiyyətlər olduqda aparılır. Buna görə də müstəntiq Mikayel Arzumanyanla işdə iştirak edən digər şəxsləri üz-üzə gətirib və konkret suallar verib. Arzumanyan sentyabrın 1-də həbs edilib və hələ də həbsdədir. Yeri gəlmişkən, ona ittiham irəli sürülməzdən əvvəl parlamentin deputatı, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da şahid qismində dindirilib. Seyran Ohanyan açıqlamasında məlumatı təsdiqləyib. Mikayel Arzumanyan Şuşa şəhərinin və ətraf ərazilərin müdafiəsinin təşkili zamanı xidməti səhlənkarlıqda ittiham olunub”. “Joğovurd” nəşri yazır ki, Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan tezliklə 3 deputata qarşı ittiham irəli sürülməsi və həbs edilməsi barədə vəsatətlə parlamentə daxil olacaq: “Söhbət yenə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan, həmin fraksiyanın deputatları, prokuror tərəfindən deputat toxunulmazlığından məhrum ediləcək Vahe Hakopyan və Armen Çarçyandan gedir. Deputatlara qarşı başlanan cinayət işləri müxtəlif işlərlə bağlıdır. Baş prokurorun bu cür vəsatətlərlə hansı konkret cinayət işi ilə bağlı parlamentə daxil olacağını hələ ki, aydınlaşdıra bilmədik. Həmin suallara baş prokuror Anna Vardapetyandan cavab almağa çalışdıq. Bu barədə prokurorun müşaviri Lusine Martirosyan bildirib: “Hazırda adıçəkilən şəxslərlə bağlı Baş Prokurorluqda heç bir vəsatət yoxdur”. Qeyd edək ki, Baş Prokurorluğun rəsmi cavabında mühüm bir nüans var. Bu nüans “indiki məqamda” nüansıdır. Bu o deməkdir ki, hər dəqiqə vəsatət baş prokuror Anna Vardapetyanın masasına qoyula bilər”. Erməni mediası ona da diqqət çəkir ki, Ohanyan və digərlərinin orduda dayaqlarının sarsıdılmasıan da Paşinyan iqtidarı xüsusi diqqət edir. Elə bundan irəli gəlir ki, Ermənistan ordusunun daha 10 hərbçisi 44 günlük müharibə zamanı döyüş mövqelərini qoyub qaçmaqda ittiham olunurlar. Ermənistan İstintaq Komitəsi bildirir ki, ittihama görə, 2020-ci il oktyabrın 18-də hərbi hissələrdən birinin 2-ci atıcı batalyonun komandiri və bir sıra hərbçiləri hücum əmrini icra etməkdən boyun qaçırıblar. Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib. Bütün bunlar bir daha göstərir ki, Ermənistanın baş naziri siyasi rəqiblərini həbslərə göndərmək taktikasına daha çox üstünlük verir. Erməni mediası yazır ki, “Daşnaksütyun”un üzvü İşxan Saqatelyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" partiyasının lideri Artur Vanetsyan da hədəflər sırasındadır. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın da həbsə atılması istisnalıq təşkil etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ