Rusiya Ukraynada NATO-nun nüvə silahların yerləşməsindən narahtdır. Baki-xeber.com “Kommersant “qəzetinə istinalıa bildirir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib. O, Rusiya rəsmilərinin daha əvvəl iddia etdiyi kimi, Ukraynanın öz ərazisində partlatmağa hazırlaşdığı “çirkli bomba”nı da xatırladıb. Sergey Şoyqu fikirlərini belə ifadə edib “Biz Kiyevin “çirkli” nüvə bombası yaratmaq cəhdlərindən, habelə NATO-nun nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazırlığından xəbərdarıq. Bu yaxınlarda Ukrayna prezidenti Qərb ölkələrini Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri endirməyə çağırıb”
Oktyabr ayında Rusiya rəsmiləri iddia edirdilər ki, Ukrayna Rusiya ordusunu günahlandırmaq üçün guya “çirkli bomba” partlatmaq niyyətindədir. Ukrayna hakimiyyəti ittihamları rədd edir. Dünən, noyabrın 1-də MAQATE ekspertləri Kiyevin tələbi ilə “çirkli bomba” iddialarına görə Ukraynada iki obyekti yoxlamağa başlayıblar. Auditin nəticələrinin bu həftənin sonunda açıqlanması gözlənilir.
Ceyhun MİRZƏLİ