Noyabrın 2-si Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü İlqar Əhmədovun rayonun Mehdili kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu günə qədər Azərbaycanda 3343 nəfər minalardan və PHS-dən zərər çəkib. Baş verən mina partlayışları nəticəsində 574 nəfəri həlak olub, 2638 nəfər yaralanıb. O cümlədən, 10 noyabr 2020 – ci Bəyanatından sonar isə 268 nəfər minalardan və PHS-dən zərər çəkib ki, bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub, 223 nəfəri o, cümlədən 91 mülki şəxs yaralanıb.