Soçidə üçtərəfli Əliyev-Putin-Paşinyan görüşlərinin nəticələri barədə hələlik konkret məzmunlu xəbərlər yoxdur. Lakin "hadisə və hərəkətlərin dili" ilə deyilən bəzi nəsnələr var.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
“Məsələn…
1. İkitərəfli görüşə gələndə Putinlə Paşinyan ikisi bir, həm də Putinin çətiri altında dayandılar. İlham Əliyev isə Putinlə görüşə gələndə hər kəs öz çətirləri altında idi. Niyə? Nəticə çıxarmağa çalışıram...
2. Əliyevlə görüşdə Putin dedi ki, bu görüşləri və onun Soçidə keçirilməsini Siz və Paşinyan təklif etmisiniz, görünür Soçidə havanın yaxşı olacağını düşünmüsünüz, ancaq hava yaxşı deyil... Bunlar Putinin sözləridir...
Düşünürəm ki, Putin niyə bu sözləri dedi?..
Daha geniş xəbərlər gözləyirəm” - A.Quliyev yazır.
Tahir TAĞIYEV