Cümə axşamı günü, 12 noyabr 2026
     

Putin Ermənistanın əleyhinə niyə belə açıq danışmağa başlayıb...

Image


Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında çıxış edərkən bildirdi ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir, amma İrəvanı buna məcbur edə bilməz:

“Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diqtə edə bilmərik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər, bu, Vaşinqton planıdır və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

Daha sonra Putin qeyd edib ki, Rusiya Ermənistana beş rayonu Azərbaycana verib, iki rayonu – Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib: “Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək. Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların ora qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”.

Maraqlıdır, Putin niyə Ermənistana qarşı belə açıq danışır? Axı o heç vaxt belə açıq danışmazdı. Putin illər əvvəl Rusiyanın Ermənistana təklif etdiyi variantları indi niyə açır? Niyə 5 rayondan söhbət gedir? Axı bizim 7 rayonumuz işğal altında idi.

  • “Putin bununla qərbmeylli siyasi xəttinin qəbuledilməz olduğunu erməni ictimaiyyətinə dolayı yollarla çatdırmaq istəyir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Putinin illər sonra belə danışmasını bir sıra faktorlarla əlaqələndirdi: “Görünən odur ki, dünyada baş verən gərginliklər fonunda Rusiya prezidenti Putin  Ermənistanın qərbmeyilli siyasi xəttinin qəbuledilməz olduğunu erməni ictimaiyyətinə dolayı yollarla çatdırmaq istəyir. Çünki görür ki, ermənilər öz gələcəklərini Qərbə sığınmaqda görür. Putin bunun fərqində olduğu üçün incikliyini bu formada ifadə edir. Fikrimcə, əsas səbəb bununla bağlıdır. Belə baxanda, onun Ermənistanla bağlı dediklərində yeni nəsə yoxdu. Putin sublimativ mesajlarla erməni siyasi cameəsinə çatdırır ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda Putin erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, Qərb dövlətləri və yaxud Birləşmiş Ştatlar münaqişənin tamamlanma mərhəsində nəyi "kəşf" etmək istəyir. İndi çox aydın şəkildə görünür ki, Ermənistan sülhə yaxınlaşmaq istəyini ortaya çıxaran kimi, bir çox dövlətlər narahat olmağa başlayır. Ermənistan bu dövlətlərin əlində elə bir alətdir ki, bu alət olmadan bir çox dövlətlər  Cənubi Qafqazda siyasi maraqlarını təmin edə bilmir. Ona görə də Ermənistan qapazaltı dövlət olaraq hansısa müstəqil qərar qəbul etmək imkanından tamamilə məhrumdur. O ki qaldı 5 rayon söhbətinə, münaqişə dövründə bu məsələ ara-sıra mətbuata sızan məlumatlar sırasında olub. Erməni diplomatları bu məsələni bir başqa cür təqdim edirdilər. Guya Azərbaycan tərəfi danışıqlar zamanı tələb edir ki, işğalda olan rayonları qaytarın, sonra Qarabağ məsələsini həll edərik. Biz də razılaşmırıq, Qarabağın "statusu" üçün zəmanət tələb edirik. 44 günlük savaşdan sonra məlum oldu ki, erməni diplomatlarının mətbuata sızdırdığı məlumatların heç bir əsası olmayıb. Yalan məlumatlar tirajlayıblar. Ən əsası, bütün dünyaya bəlli oldu ki, keçmişdə baş vermiş danışıqlar zamanı Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb. Sadəcə, Azərbaycan dövləti bu münaqişənin dinc yollarla həll olunmasına çalışırdı. Müharibənin olmasını istəmirdi. Beynəlxalq güclər bu məsələdə haqq-ədalətin təmin olunmasına vecsiz yanaşdılar. Ermənistana heç bir siyasi təzyiq göstərilmədi, sanksiyalar tətbiq olunmadı. Azərbaycan dövləti beynəlxalq təşkilatların həll edə bilmədiyi məsələni uğurla sonlandırdı. İndi də belə açıqlamalar Ermənistan cəmiyyəti üçün nəzərdə tutulur. Açıq mətnlə olmasa da deyilir ki, ən münasib təklifləri geri çevirdikcə bütün şanslar itirillir. Ermənistan hazırda elə bir bataqlığa batıb ki, onu bu bataqlıqdan heç bir dövlət xilas edə bilməz. Necə deyərlər, "Qonşuya ümidli olan şamsız qalar". O da ola, okeanın o tayındakı "qonşu". Məsələnin məğzi ondan ibarətdir ki, Ermənistan bir dövlət kimi siyasi səhnədə qalmağı düşünürsə, bölgədə baş verən geosiyasi vəziyyəti düzgün qiymətləndirməli, sülhə imza atmalı, reallıqla barışmalıdır”.

Partiyanın sədr müavini hesab edir ki, əks halda bu ölkə uçurumun dibinə enməkdə davam edəcək.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ