Cümə axşamı günü, 12 noyabr 2026
     

İran dövlət TV-si: “Azərbaycan bilsin ki... məhv edərik”

Image


İran qonşu dövlət olmasına baxmayaraq, mütəmadi olaraq Azərbaycana qarşı ən müxtəlif üsullardan istifadə etməklə təhdidlər yağdırır, dövlətimizə qarşı təxribatlar törədir. Bu günlərdə İran dövlət televiziyasında İsrail və Azərbaycanı təhdid edən video nümayiş etdirilib. Bu barədə "Arab News" məlumat yayıb.

Nəşrin məlumatına görə, videoda “İrana yanlış tərəfdən baxan hər kəs məhv edilməlidir” ifadələri yer alıb.

Video İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhəddə keçirdiyi təlimlərindən bir neçə gün sonra nümayiş etdirilib.

“İsrail... öz yolundan çox da sapma, öz əlinlə öz qəbrini qazma... İran bunu bəyan edir ki, Azərbaycan bilsin və başa düşsün... İrana yanlış tərəfdən baxan hər kəs məhv edilməlidir” sözlərinin yer aldığı mahnı İranın "Səhər" telekanalında yayımlanıb.

CaucasusWarReport kəşfiyyat qrupu bildirib ki, “təhdid ilk dəfə İran hökumətinin “Səhər” kanalında açıq şəkildə və ziddiyyətli manerada ifadə edilib, belə ki, kanalın əsas auditoriyası İran azərbaycanlılarıdır. Bu barədə mediada qeyd edilib.

  • “Molla rejimi heç bir mənada Azərbaycanla bacaracaq gücdə deyil”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın bu kimi təhdidlərinin artması təsadüfi deyil, çünki molla rejimi günü-gündən güclənən, nüfuzu artan müzəffər Azərbaycan dövlətini həzm edə bilmir. “Əlbəttə, İranın təhdidlərinin çoxlaması təsadüfi deyil. Buna əsas səbəb Azərbaycanın ən yüksək səviyyədə öz mövqeyini ortaya qoymasıdır. Daha dəqiq desək, İranın təhdidlərinə qarşı Azərbaycan öz mövqeyini göstərir və bu ölkənin sərhəddəki davranışlarına, Qafanda konsulluq açılmasına, eyni zamanda Təbrizdə Ermənistanın baş konsulluğunun açılacağı barədə bəyanata Azərbaycan ən üstün səviyyədə reakiya verib. Bu, dövlətimizin etirazına səbəb olub. Bilirik ki, İsrail də ABŞ-la əməkdaşlıq çərçivəsində İranla münasibətlərinə bir daha yenidən baxır, başqa sözlə, İsrailin baxışlarında da İrana yeni sanksiyaların tətbiq edilməsinin nəzərdən keçirilməsi burada ABŞ-İsrail birliyinin təzahürüdür. Həm Azərbaycan və Türkiyənin bölgədə güclənən mövqeyi, eyni zamanda İsrail-Türkiyə münasibətlərinin yeni bir dönəmə daxil olması İranı ciddi narahat edir. İran adlanan ölkə və onun dini, siyasi rəhbərliyi bütün anlamlarda sonun gəldiyini yaxşı anlayır. Çünki ölkə daxilində, demək olar ki, sabitlik pozulub. Artıq orada insanlar əvvəlki kimi yaşamaq istəmirlər. Ən əsas məsələ odur ki, burda ancaq milli zəmində deyil, həm də insan haqları məsələsində çox ciddi problemlər yaşanmaqdadır. Bütün bunların günahkarı molla rejimi özü olduğu halda günahkarı kənarda, gah Azərbaycanda, gah ABŞ-da, gah İsraildə, hətta Türkiyədə belə axtarır. Bütün bunların nəticəsi olaraq da molla rejimi müxtəlif təbliğat yönlərinə əl atır. Molla rejimi Azərbaycanı, İsraili, ABŞ-ı və Türkiyəni ittiham etməklə daxili auditoriyada özlərinə dəstək qazanmağa çalışır”.

F.Ələkbərli qeyd edir ki, burada yaşayan azərbaycanlılar da, digər xalqlar da molla rejimi ilə yollarının ayrılacağını bilirlər və daha tez şəkildə bundan xilas olmağa çalışırlar. O vurğuladı ki, insanlar molla rejimindən xilas olmaq üçün mübarizə aparır: “İranın müxtəlif üsullardan istifadə etməklə Azərbaycana və İsrailə qarşı təbliğatını gücləndirməsi, təhdid etməsi heç nəyi dəyişməyəcək. Yəni molla rejimi heç bir mənada Azərbaycanla bacaracaq gücdə deyil. Mən hələ İsraili, ABŞ-ı, Türkiyəni demirəm. Baxmayaraq ki, Azərbaycan həmin ölkələrlə müqayisədə bir qədər geridə görünə bilər, ancaq Azərbaycan da kifayət qədər Ermənistanla müharibədə öz gücünü ortaya qoydu. Azərbaycan dövlətinin də ən əsas gücü Güney Azərbaycandır, oradakı türklərdir. Baxın, bütün bunlar onu göstərir ki, İran adlanan ölkənin bu təhdid mesajı əslində özünə aiddir, özü məhv olur.  İran rejimi özü məhvə doğru nə dərəcədə yaxınlaşdığını yaxşı anlayır. İsrailə və Azərbaycana ünvanlanmış “məhv edərik” mesajı  İranın daxili auditoriyasında heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, bu kimi mesajlar da artıq öz əhəmiyyətini itirir. Çünki artıq İran adlanan ölkənin özünün sonu gəlib və artıq insanlar molla rejimi ilə yollarına davam etməyəcəklər. Çox yaxın zamanlarda yeni bir dönəm başlayacaq”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ