Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakıdan İrəvana sərt tonda: Zəngəzur dəhlizi istənilən halda açılacaq

Image


Ermənistan hökumətinin Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmaq barədə təklifinə rəsmi Bakı münasibət bildirib.

Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın sərhəddə üç nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifləri 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, İrəvanın təklif etdiyi məntəqələrdən başlayan yollar relyef, iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün əlverişli deyil.

Onun vurğulamasına görə, nəzarət-buraxılış məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma həyata keçirməyib. Şahin Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları və Ermənistan arasında kommunikasiyaların yaradılması barədə üçtərəfli bəyanatın icrasından yayınmaq üçün formal xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir: “Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür. Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 %-i, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 %-i yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir. Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır”. Şahin Mustafayev bildirib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur: “Baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər”. O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur”. Beləliklə, Azərbaycan mövqeyini çox açıq şəkildə ifadə edir. Lakin Ermənistan mediasının, ekspertlərinin mövqelərinin monitorinqi göstərir ki, Zəngəzur dəhlizindən söhbət düşəndə bu ölkədə, necə deyərlər, aləmi qarışdırırlar: “eksterritoriallıq”, “dəhliz məntiqi” və sair. Beynəlxalq politoloji leksikonda “dəhliz məntiqi”nin nə demək olduğunu, ümumiyyətlə, onlardan heç biri izah edə bilməz. Belə bir ifadə yoxdur. Deməli, onun mənası da yoxdur. Bir nöqtədən getməyi və digər nöqtəyə gəlməyi nəzərdə tutan “nəqliyyat dəhlizi” anlayışı var. Bu iki nöqtə arasındakı zolaq “dəhliz” adlanır və o da şərti məna daşıyır. “Dəhliz” termini yolun həmin hissəsinin girişində, çıxışında və bütün yolboyu hansı hüquqi və prosessual rejimin qüvvədə olmasını müəyyən etmir. Hər bir konkret halda iştirakçı tərəflərin razılaşdırdığı rejim qüvvədə olur. Buna görə də “dəhliz məntiqi” anlayışı yoxdur. Bəs erməni tərəfi özü bu terminin mənasını bilmədiyi halda nə üçün ondan istifadə edir? Hesab edilir ki, sadəcə, nəqliyyat dəhlizini açmaq istəmədiyindən Ermənistan cəfəng mövqe sərgiləyir.

Bundan başqa, “eksterritoriallıq” və “dəhliz” də eyni anlayışlar deyil. Eksterritorial ərazilərə yalnız BMT-nin və NATO-nun mənzil-qərargahları və müəssisələri, ABŞ-ın Quantanamodakı hərbi bazası, xarici ölkələrin limanlarındakı hərbi gəmilər və digər ölkələrin hava limanlarındakı hərbi təyyarələr aiddir, mülki təyyarələr buraya aid deyil.  Laçın dəhlizi və Zəngəzur dəhlizi isə heç vaxt belə hesab edilməyib və bu gün də hesab edilmir. Buna müvafiq olaraq, həmin dəhlizlər üzərində Azərbaycanın və Ermənistanın yurisdiksiyası yox olmur və hətta azalmır. Indi bunlar fonunda Ermənistan Zəngəzur dəhlizindən imtina etməklə sülhə qarşı çıxmış olur. Xatırladaq ki, oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter”də yazmışdı ki, onlar Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət-buraxılış məntəqəsi qurmağı təklif ediblər. O, Azərbaycandan müsbət cavab gözlədiklərini sözlərinə əlavə etmişdi. Ermənistan Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.  Bu da həmin ərazilərin dəhliz məntiqindən kənara çıxması deməkdir və Bakı haqlı olaraq bununla razılaşmır. Azərbaycan yenə haqlı olaraq Naxçıvan eksklavına Ermənistan ərazisindən quru dəhlizi əldə etmək istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur. Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar qarşı tərəfə Laçında dəhliz verdiklərindən onlara da Ermənistan ərazisindən Naxçıvana gedən dəhliz verilməlidir. Tərəflərin üçtərəfli bəyanatda istinad etdiyi bənd belədir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Burada açıq deyilir ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana Ermənistan ərazisindən gedən yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları nəzarət edəcək. Deməli, Ermənistan burada hansısa sərhəd, gömrük nəzarəti həyata keçirə bilməz. Ölkəmizin tələbi də məhz budur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ