Cümə axşamı günü, 12 noyabr 2026
     

Putin çar və kommunist Rusiyasına məxsus hər şeyi qaytarmaq istəyir?..

Image


“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək". Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

“Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi”, - deyə Rusiya prezidenti vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Putin hansi irsi nəzərdə tutur?

  • “Nə çar Rusiyasının, nə də Sovet İttifaqının düzgün siyasi sistemi olub”

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı qeyd etdi ki, Rusiya prezidentinin elə əsas arzusu çar Rusiyası və SSRİ-ni bərpa etmək olub, çünki SSRİ də ad fərqi ilə çar Rusiyanın davamı olub. M.Zülfüqarlı hesab edir ki, Putin bundan əvvəl də bu mövzu üzrə açıqlamalar, bəyanatlar verib, amma bu bəyanatlar indiki kimi açıq şəkildə olmayıb. “Putinin  get-gedə öz iç üzünü açması, məqsədini ifadə etməsi artıq bir sıra məsələlərə aydınlıq gətirir. Yəni əvvəllər bu, pərdəarxası fikirlərlə, eyhamlarla dilə gətirilsə də, SSRİ-nin bərpası planları örtülü şəkildə deyilsə də, indi aşkar şəkildə dilə gətirilir. Bu gün Putin açıq-aşkar deyir ki, mən çar Rusiyasının və Sovet İttifaqının varisi kimi onların bərpasına çalışacağam. XXI  əsrdə bu fikri səsləndirmək bir siyasətçi üçün xoşagələn hal deyil. Hətta müsbət imic gətirməyən məsələdir. Bəs Putin niyə bunu deyir? Çünki onun artıq çıxış yolu yoxdur. O, səhv siyasəti ilə həm özünü, həm də xalqını böyük bir girdaba salıb. Ordan çıxmaq mümkün deyil. İndi isə rus xalqında olan əvvəlki dövrlərə məxsus vətənpərvərliyi süni yolla qızışdırmaqla özünü vətənpərvər kimi təqdim edir. Baxaq görək, çar Rusiyasının və Sovet İttifaqının siyasəti nə idi, bunlar barədə ruslar özləri nə deyir? Əvvəla, yeni nəsil rus tarixçiləri özləri Rusiya tarixinin ilk olaraq İvan Qroznı, ikinci dəfə isə Stalin tərəfindən saxtalaşdırıldığını iddia edirlər. Bu istiqamətdə kitablar yazırlar. Yəni bizim orta məktəblərdə oxuduğumuz kitablarda, SSRİ tarixi dərsliklərində təqdim edilən Rusiyanın əslində tarixi tamamilə başqa olub və bizə saxta tarix öyrədiblər. Bu başqa söhbətin mövzusudur. Baxaq, çar Rusiyasına, barbar, vəhşi Rusiyaya Birinci Pyotr mədəniyyət gətirdi. Bu isə XVIII əsrdə baş verdi. Yəni XVIII əsrə qədər çar Rusiyasının ətraf qonşulara həmişə təhlükə yaratdığını Rusiya tarixçiləri özləri yazıblar. Pyotru islahatçı bir siyasətçi kimi ortaya atıblar. Pyotr da neynədi? Gedib Avropada sənətkarlıq, müəyyən mədəniyyət öyrəndi, gəldi bunu Rusiyaya tətbiq etdi və Peterburq şəhərini saldı. Adını da "Avropaya pəncərə" qoydu. Amma şimal müharibəsində İsveçrə qalib gəlsə də, o vaxtdan indiyə qədər keçən müddəti müqayisə etsək, qalib ölkə olan Rusiyanın və məğlub ölkə olan İsveçin vətəndaşlarının yaşayış tərzi tamamilə fərqlidir. İsveç əhalisi bu gün görün necə yaşayır, ruslar necə yaşayır. Eləcə də İkinci Dünya müharibəsində qalib gələn SSRİ sonradan məğlub Almaniyadan müəyyən ərzaq aslılığına düşdü. Sözümün canı odur ki, nə çar Rusiyasının, nə də Sovet İttifaqının  düzgün siyasi sistemi olub”.

M.Zülfüqarlı qeyd etdi ki, hər iki dövrdə insan haqları pozulub, qonşu dövlətlər təhdid olunub, bundan da ən çox əziyyət çəkən elə rus xalqı özü olub. Onun qeyd etdiyinə görə, Sovet İttifaqının, kommunist rejiminin, bolşeviklərin başçısı Lenin özü deyirdi ki, başqa bir xalqa zülm edən xalq özü azad ola  bilməz, Lenin rus şovinizmini tənqid edirdi. “Sonra Lenin özü də rus şovinizminin təsiri altında cinayətlər etməyə başladı. Yəni öz xalqına normal həyat, qarın dolusu çörək, yaşayış verə bilməyən bir sistem başqa sistemə necə nümunə ola bilər? Bolşeviklər çar Rusiyasını “xalqlar həbsxanası” adlandırırdı, sonradan özləri yeni bir “xalqlar həbsxanası” yaratdılar, insanları “dəmir qəfəsə” saldılar, süni şəkildə özlərini təbliğ etməklə məşğul oldular. Lakin SSRİ-nin sonu çatanda insanlar gördülər ki, ən geridə qalan, ən pis yaşayan əhali elə Sovet xalqı olub. İndi Putin qürurla deyir ki, mən bu quruluşların varisiyəm və onları bərpa edəcəyəm. Soruşan yoxdur ki, sən hansı irsdən danışırsan və nəyi bərpa edəcəksən? Putin XXI əsrdə çar Rusiyası dövründəki “xalqlar həbsxanası”nı, yoxsa Sovet dövrünü, dəmir pərdə arxasında qalan bir sistemi bərpa edəcək? Bu sistemləri bərpa etməklə nəyə nail olacaq?”

M.Zülfüqarlı qeyd etdi ki, Sovet dövründə məhbusların sayı Roma imperiyasındakı qulların sayından çox olub. M.Zülfüqarlının sözlərinə görə, Putinin bu açıqlaması onun sonunun göstəricisidir, bu onun son akkordlarıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ