Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin audiovizual media tənzimləyicilərinin forumu yaradılacaq.
Trend-in məlumatına görə, bununla bağlı məsələ 27 oktyabr 2022-ci il tarixində Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında müzakirə edilib.
İclasda Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi sənədinin layihəsi razılaşdırılacaq. Eyni zamanda bu gün Forumun yaradılması ilə bağlı TDT-yə daxil olan ölkələrin media üzrə məsul nazirlərinin 5-ci toplantısına müraciət ediləcək.