Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan Rusiyanın erməni diaspor və lobbisi ilə yollarını ayırır

Image


Sirr deyil ki, müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor və lobbisinin Ermənistanda hakimiyyətlərə təsiri hər zaman yüksək olub. Məhz diaspor və lobbi faktoru Ermənistanın Azərbaycanla sülh imzalamasını ləngidən əsas amillərdən biridir. Amma belə görünür ki, Nikol Paşinyan iqtidarı diaspor və lobbinin təsirini neytrallaşdırmağa çalışır. Elə bu da diaspor və lobbi ilə mövcud Ermənistan hakimiyyəti arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

Hazırda Rusiyada fəaliyyət göstərən erməni diaspor və lobbisinin Ermənistandakı indiki hakimiyyətlə münasibəti əhəmiyyətli dərəcədə kəskinləşib. Rusiyada erməni lobbisini təmsil edənlərin Ermənistana gəlişinə qadağa qoyulması da bunun sübutudur. Xatırladaq ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə müavini, ermənipərəst Konstantin Zatulinin, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru  Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib. Ermənistan parlamentinin sədri Alen Simonyan bu xüsusda bildirib: “Ermənistan öz suverenliyinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz  və sərhədlərimiz bizim “qırmızı xətt”imizdir. Ona görə də bütün dostlar, tərəfdaşlar bunu nəzərə almalıdır. Marqarita Simonyan haqqında isə məlumatım yoxdur. Lakin bu qadağa Simonyana, onun əri Tiqran Keosayana, müxtəlif ölkələrin erməni soyadlı manqurt agentlərinə, eləcə də Ermənistana, onun müstəqilliyinə, keçmiş rəhbərlərinə hörmətsiz münasibət göstərəcək digər şəxslərə də şamil edilə bilər”. Simonyan qeyd edib ki, onlar şəxsi söhbətlərdə Ermənistanın eks-prezidentləri haqqında kifayət qədər təhqiramiz ifadələr işlədirlər: “Bir gün səbrimi itirib bu adamların dediklərini açıqlaya bilərəm”. Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan isə qeyd edir ki, rus telekanallarının ölkəsinin ərazisində yayımı dayandırılmalıdır: “Ümumiyyətlə, belə qərarların bu qədər gec qəbul edilməsi məni məyus edir. Zatulin rus KQB-sinin davamçısı və nümayəndəsidir. O, həm də  Ermənistanın strateji düşməni olan Rusiyanın sadiq nümayəndəsidir. Zatulin əsl meyllərini gizlədirdi, lakin son zamanlarda gizlətməyib, Ermənistanın dövlətçiliyinə qarşı birbaşa və gizli mübarizə aparıb. O, bir çox başqa təbliğatçılar kimi, çoxdan bu statusda olmalı idi. Zatulindən əlavə, Ermənistanda faşist Putin telekanallarının bağlanması da vacibdir. Bu addımı alqışlayıram, amma yetərli deyil”. Ermənistanın “Qraparak” nəşri yazır ki, Zatulin Paşinyan iqtidarı dövründə bir də çətin Ermənistana gələ bilsin: “Konstantin Zatulin “Lazarev Klubu”nun yaradıcısı və prezidentidir. Klub Ermənistan-Rusiya dostluğunun möhkəmləndirilməsinə yönəlib, 2018-ci ildə yaradılıb, ilk sessiyası 30 noyabr 2018-ci ildə keçirilib. Klub geniş iştirakçı kütləsini cəlb edib, ikinci sessiya Moskvada keçirilib. Bir qayda olaraq, sessiyalara Ermənistan hakimiyyətinin nümayəndələri də dəvət olunurdu. Zatulin özü Rusiyanın ən ermənipərəst simalarından biri hesab olunur, Azərbaycanda onu rədd edir, özlərinə düşmən hesab edirlər. Oktyabrın 28-də klub İrəvanda “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda iclas keçirəcəkdi. İclasa çoxlu sayda ekspert, siyasətçi, analitik, jurnalist dəvət olunmuşdu. Ermənistan hökuməti Konstantin Zatulini Ermənistandan qovmaqla, əslində bu sessiyanın baş tutmasına mane oldu”.

Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov bildirir ki, Zatulinlə bağlı bu əhvalat qarşıdan gələn Putin-Əliyev-Paşinyan görüşü fonunda çox mənfi impulsdur. Tarasovun sözlərinə görə, Zatulinlə bağlı qərar qeyri-standartdır, onun müstəqil qəbul edilib-edilmədiyi məlum deyil: “Bu çox pis impulsdur. Mənim də üzvü olduğum “Lazarev” klubu son vaxtlar COVID və digər hallar səbəbindən fəaliyyət göstərmirdi. İndi biz İrəvana çatmaq üzrə idik və Ermənistan hakimiyyətinin Zatulinlə bağlı qərarı verilmişdi. Zatulin Ermənistan rəhbərliyinə, Ermənistanın siyasi rejiminə şəxsi təhlükə təşkil edirmi? Çətin ki. Əgər onlar hansısa təhlükəni müşahidə ediblərsə, bu belə bir fikrə gətirib çıxarır ki, Paşinyan hökuməti hansısa daxili təlatümlərdən və Rusiyanın İrəvandakı varlığından qorxur, bu, hakimiyyətin əsəbi olduğunu göstərir”. Onun sözlərinə görə, bu, Ermənistan-Rusiya münasibətlərində mənfi amildir: “Problem ondadır ki, Ermənistan KTMT-nin üzvü kimi, Rusiyanın həm də AİB çərçivəsində tərəfdaşı kimi müsbət imic qazanmışdı, lakin Bakı diplomatiyası Paşinyanın kobud səhvlərindən istifadə edərək onu neytrallaşdıra bildi. AİB və KTMT üzvü olan Azərbaycan Moskva ilə elə əlaqələr qurub ki, Ermənistan bunu edə bilməyib. Ermənistan hakimiyyətinin Rusiya Federasiyasına qarşı Avropa kartı oynamaq üçün primitiv, əyalət diplomatiyası nəticə verməyəcək”. Rusiyanın “Regnum” informasiya platformasının baş redaktoru Modest Kolerov isə bildirir: “Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoymaqla Paşinyan rejimi göstərir ki, onun artıq Rusiyaya ehtiyacı yoxdur, problemlərin sərbəst müzakirələri lazım deyil”. Onun sözlərinə görə, Paşinyan Rusiyanın ona lazım olmaması məntiqi həddinə çatıb. Kolerov qeyd edib ki, Zatulinin ölkəyə girişinin qadağan edilməsi siyasi diktatura aktıdır: “Bu, siyasi senzura aktıdır, üstəlik, siyasi diktatura aktıdır, çünki Paşinyanın uzaqlaşdırılması fikri ümumi fikirdir, bunda qeyri-adi heç nə yoxdur. Hər bir insanın belə düşünmək hüququ var. İkincisi, çox yaxşı başa düşmək lazımdır ki, Zatulin Rusiyada Ermənistanla bağlı ən mühüm ekspert və lobbiçilərdən biridir. Bu o deməkdir ki, Paşinyan rejiminin dost Rusiyaya ehtiyacı yoxdur, Paşinyan rejimi artıq öz seçimini edib, öz seçimini nümayişkaranə, kobud formada edib”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ