Cümə axşamı günü, 12 noyabr 2026
     

Əliyev-Putin-Paşinyan görüşü ərəfəsində separatçı dəstə başçısı Moskvaya çağırılıb...

Image


Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan Rusiyaya gedib. Baş terrorçunun hansı məqsədlə Rusiyaya səfər etməsi, kimlərlə görüşəcəyi haqda məlumat verilmir.

Bununla yanaşı, bildirilir ki, A.Artyunyanın Ruben Vardanyana “artsaxın dövlət naziri” vəzifəsini tutmaq təklifi verdikdən sonra onun gələcək fəaliyyəti ilə bağlı Rusiyanın siyasi elitası ilə müzakirələr aparmaq zərurəti yaranıb.

Rusiyada gözlənilən üçtərəfli görüş ərəfəsində Arutyunyanın Moskvaya  səfəri hansı məqsədi daşıya bilər?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, son dövrün siyasi arenasında Ermənistanın Rusiyadan qopmaq istəməsi və Qərbə meyl etməsi aydın görünür: “Buna səbəb 13-14 sentyabr təxribatı ilə bağlı Ermənistan siyasi rəhbərliyinin KTMT-ni çağırması oldu. KTMT isə ora qoşun yox, nümayəndələrini göndərdi. Guya  Ermənistan ərazisinə  keçən Azərbaycan ordusu ilə mubarizədə KTMT  Ermənistana lazımi kömək etmədiyi üçün KTMT-dən  çıxmağı belə düşünürlər. Bunu Ermənistandan, Amerika və Avropa İttifaqı da daxil olmaqla, Qərb də tələb edir. Çünki Ermənistan Baş naziri və onun ətrafında olan nazirlər Soros  Fondunun yetişdirmələridir. Paşinyan hakimiyyətə gələndə Qərbyönümlü siyasət aparmaq istəyirdi. Ancaq bildiyimiz kimi, Ermənistan bütövlükdə Rusiyadan asılıdır. Energetikası, dəmir yolu, iqtisadiyyatının 75 faizi rusların əlindədir, sərhədlərini ruslar qoruyur. Ona görə də, birdən-birə Rusiyanın caynağından qopmaq Ermənistan üçün asan deyil. Lakin hazırda bu yöndə Amerika xüsusi işlər aparır. Bildiyimiz kimi, Ermənistandakı Amerika səfirliyinin 2000-ə qədər əməkdaşı var. Onların çoxu da Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Onlar  ciddi iş aparırlar ki, Ermənistanı Rusiyadan qurtarsınlar. Bu tezliklə alınan məsələ deyil. Hazırda Rusiyanın gücü nisbətən zəifləsə belə. Rusiya Ukraynada müharibə aparir. Bu müharibə onu çox zəiflədib. İqtisadi cəhətdən sanksiyalara məcbur qalıb. Belə bir vaxtda Rusiyadan qopma prosesinin alınıb-alınmayacağı hələ məlum deyil. Rusiya nə qədər zəif olsa da, Ermənistanı asanlıqla buraxmaq istəmir. Bu nöqteyi-nəzərdən də, Azərbaycan-Ermənistan münaqişəsinin normallaşdırılmasına, Avropa ittifaqının sədri Şarl Mişelin apardığı işdən əlavə, Rusiya da öz töhfəsini vermək istəyir. Bu görüşlərdən sonra həmişə Rusiya münaqişənin nizamlanmasında öz rolunu qabartmaq istəyir. Artıq bildiyimiz kimi, sülh müqaviləsinin bağlanması üçün mətnin hazırlanması prosesi gedir. Avropa İttifaqının nümayəndələri gəlib sərhədin delimitasiyasında iştirak edirlər. Paşinyan da bəyanat  verir ki, ilin sonuna kimi bu sülh müqaviləsini imzalamağa çalışacağıq. Belə bir anda Putin Ermənistan Baş naziri ilə Azərbaycan Prezidentini Soçiyə görüşə dəvət edir. Eyni zamanda, Ermənistanın Rusiyadan qopmaq istədiyi bir dövrdə və Azərbaycanın ərazi bütövlüyünü süni tanıdıqdan sonra Qarabağda olan separatçı rejim daha çox  Moskvaya ümid edəcək. Çünki orda çalışan Arayik Artunyan və onun dəstəsi Moskva ilə, oranın xüsusi xidmət orqanları ilə bağlı adamlardır. Sentyabrda erməni əsilli Ruben Vardanyan Qarabağa gələrək, öz xalqını dirçəldəcəyi ilə bağlı məlumatlar verdi. Təbii ki, burada görünməyən məsələlər var. Ancaq bizim anladığımız, analiz etdiyimiz məsələlər var ki, Ruben  kimdir? Ruben Vardanyan 80-ci illərin sonlarında Rusiyaya getmiş bir adamdır. Və orada bisneslə məşğul olub, bu gün isə milyarderdir. Başqa bir dövlətdən gəlib Rusiyanın mərkəzində milyarder olmaq asandırmı? Xeyr, qətiyyən. Ruben Vardanyan Moskvada fəaliyyət göstərdiyi dövrdə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilir. Onun bisnesmen kimi yetişdirlməsinə, varlanıb milyonlar qazanmasına şərait yaradılıb. Rusiya xüsusi xidmət  orqanlarının dəstəyi olmasa, heç kəs gedib orada milyonlar qazana bilməz. Bunu hamı bilir”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya xüsusi xüsusi xidmət orqanları ilə əlaqəsi olan Arayik Artunyan, Ruben Vardanyan Rusiyanın müəyyən dairələri tərəfindən təlimatlandırılaraq Qarabağa göndərilir: “Son  dövrlərdə orada rusların yaşamamasına baxmayaraq  rus icması yaranır. Qarabağ uğrunda yeni bir münaqişə ocağı yaranır. Vardanyanın ora gəlməsi də Rusiyada olan müəyyən siyasi qüvvələrin işidir. Artıq  məlumdur ki, Vardanyan “dövlət naziri” vəzifəsini tutmaq haqqında razılığını verib. Moskvada Arutunyanla onlar görüşəcəklər. Onların orda əlavə kimlərlə görüşəcəyi bilinməsə də, deyilməsə də, mən başa düşürəm ki, onlar Rusiyanın müəyyən hərbi siyasi dairələrinin əməkdaşları ilə görüşüb, təlimat alacaqlar. Gələcək planları orada təsdiq olunacaq. Bütün bunlardan sonra da fəaliyyətə başlayacaqlar. Məlumdur ki, Vardanyan noyabrın 4-də “dövlət naziri”  vəzifəsini tutacaq, həmin gündən də işə başlayacaq. Onun fəaliyyəti isə yenə də Rusiyanın diqtəsi ilə aparılacaq. Ona görə də, belə bir dövrdə, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüş əslində Arutunyanın Moskva səfəri, Vardanyan və  Rusiyanın müəyyən adamları ilə görüşməsi Azərbaycanın apardığı haqq işinə yenidən badalaq vurmaq təşəbbüsləridir. Biz nə etməliyik? Sülh yolu ilə sərhədlərimizin dəqiqləşməsi  bitdikdən sonra, biz Xankəndidə qalan və Azərbaycan vətəndaşlığını  qəbul edən ermınilərlə  lazımı işləri aparacağıq. Mən bilirəm ki, həmin dövrə kimi Azərbaycan ərazisində olan silahlı erməni birləşdirilmələri çıxarılacaq. Çıxarılmasa, biz öz ərazimizdə antiterror tədbirləri həyata keçirib, onları zərərləşdirəcəyik. Azərbaycan öz ərazisində qayda-qanunu bərqərar edəcək. Bu yaxın perspektivdə olunacaq işlərdir. Ancaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olan qüvvələr var. Bu qüvvələr də öz fəaliyyətlərini göstərirlər. Gözləyək, görək oktyabrın 31-də Soçi görüşünün  və noyabrda Brüsseldə baş verəcək görüşlərin nəticələri necə olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ