Cümə axşamı günü, 12 noyabr 2026
     

Minalar Ermənistanda istehsal olunur, rusların yardımı ilə Xankəndiyə daşınır...

Image


Ermənilərin  Azərbaycana qarşı bu gün də mina terrorunu davam etdirməsi bizi narahat edir. Heç şübhəsiz, bundan dünya birliyi də narahat olmalıdır ki, Ermənistan terror yuvasına çevrilib.

Ermənilərin Laçın dəhlizindən sui-istifadə edərək törətdiyi bu cinayətlərə Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz da münasibət bildirib.

Karauz Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycana qarşı hərbi təhdidləri və erməni hərbçilərinin Laçın dəhlizindən sui-istifadə edərək ərazilərimizə mina daşıması haqqında açıqlamasına şərh verərkən  mətbuata bildirib ki, ermənilərin bu hərəkətlərinə rus sülhməramılar dəstək verir:

“Burada əsas məsələ Ermənistanın mina istehsal etməsi yox, onu rus sülhməramlıların himayəsində Azərbaycan ərazisinə keçirməsidir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır”.

O vurğulayıb ki, Laçın dəhlizi ilə keçirilən minaların əksəriyyəti piyada əleyhinə minalardır. “Sözügedən minaların istehsalı və istifadəsi 4 dekabr 1997-ci ildə Kanadanın paytaxtı Ottavada qəbul edilən və 1 mart 1999-cu ildə qüvvəyə minən “Piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya”ya ziddir. Bu konvensiyaya Ottava Konvensiyası da deyilir. Rusiya sülhməramlıları mina döşənməsinə göz yummaqla törədilən müharibə cinayətinə şərik olur. Yəni bununla, Ermənistanla yanaşı, mina partlayışı nəticəsində hərbçilərimizin şəhid olmasının səbəbkarı həm də Rusiya olur. Rus sülhməramlılarının vəzifəsi bitərəf olmaqdır, lakin onlar, təəssüf ki, Ermənistanın tərəfindədir. Ermənistanın addımları 10 noyabr bəyanatının da pozulması deməkdir. Çünki rəsmi İrəvan çoxdan öz hərbi birləşmələrini Azərbaycandan çıxarmalı, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmalı idi. Lakin biz bunu görmürük. Ermənistan belə addımlardan çəkinməli, prosesi manipulyasiya etməməli, öhdəliklərini yerinə yetirməlidir. Çünki Azərbaycanın da səbrinin bir həddi var və Bakının səbr kasası daşanda heç kimin xahiş-minnətinə, telefon zənginə baxmayacaq”, - türkiyəli  general vurğulayıb.

  • “Buna qəsdən şərait yaradılır ki, ermənilər silah, mina daşısınlar, separatçılar bizə atəş açsınlar, aqressivlik göstərsinlər...”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov "Bakı-Xəbər"ə şərhində burada təəccüblü heç nə olmadığını dedi. "Bizim üçün burada təəccüblü nəsə olmamalıdır. Çünki baş verənlər göz qabağındadır. Sayın Paşa olduqca yerində vurğulayıb. Hələ az deyib. Gizlin deyil ki, rus sülhməramlıları adlanan qüvvə ermənilərin hər təxribatına göz yumur, o cümlədən də mina terroruna. Bu baxımdan da, Rusiya sülhməramlıları deyilən bir ifadə heç zaman qəbul edilə bilməz. Çünki Rusiya heç yerdə sülhməramlı olmayıb, ola bilməz də. O özünün məqsədi üçün bura gəlib və onun məqsədi Qarabağdan tamamilə köçüb getməkdə olan erməniləri orda saxlamaq olub. Buna da qismən nail olub. Daha sonra isə özünün burada mövcudiyyətini qorumaq və iki xalq arasında yaranacaq müəyyən istiləşmənin, müəyyən sülh danışıqları perspektivinin qarşısını almaqdan ötrü, təbii ki, Rusiya tərəfi tədbirlər görməli idi. Açıq münaqişə etmək imkanı yoxdur. Ona görə ki, açıq münaqişə olarsa Rusiya burda sülhməramlı funksiyasını itirə bilər. Münaqişə olarsa, təbii ki, Azərbaycan Ordusunun bir gün ərzində ordan bütün erməniləri çıxarması da mümkündür. Ona görə, ən əvvəl partizan müharibəsi istiqamətində işlər görüldü və bunun qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. İndi isə mina müharibəsi gedir. Laçın dəhlizində məhz Rusiya hərbiçiləri durduğu üçün onlar tərəfindən maşınlar yoxlanılmalıdır, silah keçirilməsinin qarşısı alınmalıdır, beynəlxalq axtarışda olan adamlar saxlanılıb bizə təhvil verilməlidir. Bunların heç biri yerinə yetirilmir. Rusiya hərbiçiləri öz öhdəliklərini yerinə yetirmək əvəzinə bunun əksini edirlər”.

T.Eyvazov qeyd etdi ki, ruslar bunu qəsdən edirlər, səbəb də iki xalq arasında barışın baş tutmamasıdır: “Çünki buna qəsdən şərait yaradılır ki, ermənilər  silah, mina daşısınlar, separatçılar bizə atəş açsınlar, aqressivlik göstərsinlər və ermənilərlə bizim aramızda heç bir sülh, barış olmasın, Rusiya sülhməramlıları növbəti 5 ildə də burda qalmış olsun. Bu hamıya aydın olan bir məsələdir”.

T.Eyvazovun qeyd etdiyinə görə, Avropanın araçılığı ilə Paşinyan sülh yönündə addımlar atmaq istəyir, Azərbaycan da bu istiqamətdə olduqca ciddi iş aparır, amma yenə də burda Rusiya faktoru var, bu da ondan ibarətdir ki, onlar məsələnin bu şəkildə qalmasını istəyirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ