çərşənbə günü, 16 sentyabr 2026
     

Rusiya Azərbaycanın dövlət mənafelərinə yönəlik razılaşmaları bir-bir pozmağa başlayıb...

Image


2022-ci il iyunun 24-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanarkən düşünürdük ki, bu sənəd təsdiqləndikdən sonra artıq Rusiya mediasında anti-Azərbaycan mövqeyindən çıxışlara yol verilməyəcək, ermənilərə Azərbaycanın suveren ərazilərinə qarşı bölücülük müstəvisində açıqlamalar verməyə şərait yaradılmayacaq,  dövlətimizin ərazi bütövlüyü üçün təhdid yaradan fikirlərə meydan tanınmayacaq. Amma təəssüf ki, belə olmadı.

Dəfələrlə Rusiyanın dövlət mətbuatında və özəl mediada Azərbaycana qarşı təhdid dolu fikirlərə şərait yaradılıb. Məlum olduğu kimi, 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən açıq-aşkar antiazərbaycan çıxışları edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi halları baş verib. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya XİN-ə rəsmi sərt etiraz notası göndərib. Bu öz yerində.

Qeyd etdiyimiz kimi, bir neçə ay əvvəl Rusiya ilə Azərbaycan arasında informasiya təhlükəsizliyi barədə sənəd imzalansa da, Azərbaycan bu sənədin bəndlərinə əməl etsə də, Rusiyada buna əməl edilmir. Yenə də Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən fikirlər, anti-Azərbaycan proqramları, yazılar ortaya çıxır, yenə ermənilər Rusiya mediasında, kobud səslənsə də, meydan sulayır.

  • “…Bu həm də Rusiyanın dövlət başçısı, prezident Putinə qarşı aşkar təxribat cəhdidir”

Mövzuya şərh verən  “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirdi: “Rusiyanın telekanallarında, xüsusilə dövlət kanallarında Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddiaların səsləndirilməsi ilk belə hal deyil. Biz bu cür münasibəti 44 günlük müharibədən qabaq da, sonra da, elə hazırda da təəssüf ki, müşahidə etməkdəyik. Bu baxımdan, bəri başdan deyim ki, mövcud davranış tərzi Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərini kölgədə qoyur və bunun da arxasında dayanan əsas qüvvələr Rusiyada fəaliyyət göstərən, habelə Rusiyanın media məkanında kök salmış erməni lobbisinin nümayəndələridir”.

Onun sözlərinə görə, belə olan halda Rusiyanın müvafiq qurumları da sözügedən halların yaşanmaması üçün hərəkətə keçməli, həmin təxribatlara yol açan fərdləri aşkarlamalı, cəzalandırmalıdır: “Çünki həmin məsələ yalnız Azərbaycan dövlətinə, xalqına, həmçinin ərazi bütövlüyünə  qarşı yönəlmiş təxribatçılıq deyil, bu həm də Rusiyanın dövlət başçısı, prezident Putinə qarşı aşkar təxribat cəhdidir. Çünki o da zamanında və dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və belə olan halda Rusiyanın 1-ci kanalının Azərbaycanın beynəlxalq hüquq daxilindəki ərazi vahidini “dqr” kimi göstərməsi nə dərəcədə doğrudur? Təsəvvürünüzə gətirin ki, həmin təxribatı Ermənistan TV-ləri də edir, Rusiya da. Demək, burada həmin maraqları bölüşən müəyyən qruplar var və həmin qrupların zərərsizləşdirilməsi istiqamətində qəti tədbirlər görülməlidir”.

“Görün vəziyyət nə həddə çatdı ki, Rusiya Federasiyası ilə müttəfiqlik münasibətində olan Azərbaycan Respublikası diplomatik səviyyədə öz etiraz notasını həmin ölkənin xarici işlər nazirliyinə təqdim etdi”, deyə xatırladan siyasi ekspert hesab edir ki, artıq bu kimi təxribatların qarşısının alınması üçün daha sərt addımların atılası zəruridir: “Bu gün Azərbaycan dövləti özünün müstəqil siyasəti ilə heç bir ölkənin daxili işlərinə müdaxilə etmir, eləcə də imkan vermir ki, ölkəmizin də daxili işlərinə hansısa dairələr müdaxilə etsinlər. Belə faktlar isə kifayət qədərdir. Ona görə də artıq rəsmi Moskva da Bakının tələblərinə biganə qalmamalı, bəlli ermənipərəst lobbilər Rusiya Federasiyasının qanunları, o cümlədən, müttəfiqlik sazişindəki müvafiq bəndlər əsasında cəzalarına çatdırılmalıdırlar. Əks halda, belə addımlar davam ediləcəyi təqdirdə həmin addımlar ölkələrimiz arasındakı münasibətlərə də kəskin təsirlərini göstərə bilər. Yəni bu cür halların yolverilməzliyi yönündə yalnız Azərbaycanın etiraz notası deyil, Rusiyanın da qarşılıqlı addım atması vacibdir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ