Ermənistan rəhbərliyi Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana girişini qadağan edib.
Trend-in məlumatına görə, bu barədə bu gün "Aykakan jamanak" qəzeti mənbələrə istinadən yazır.
Qeyd olunur ki, K.Zatulin dəfələrlə "44 günlük müharibədə məğlubiyyətə görə Ermənistan rəhbərliyini təqsirləndirdiyi" üçün Ermənistanda arzuolunmaz şəxs hesab edilir.
"Aykakan jamanak" qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsusdur.
“Report” xəbər verir ki, “Aysor” isə yazıb ki, deputat Ermənistanın daxili işinə qarışdığına, Baş nazir Nikol Paşinyanın istefa verməsini dəfələrlə bəyan etdiyinə görə "persona non-qrata" elan olunub.
O, Ermənistan ərazisindən dəhlizin keçməsini də Nikol Paşinyanın imzaladığını açıqladığına görə Ermənistana səyahətinə qadağa qoyulub.