Cümə axşamı günü, 12 noyabr 2026
     

BMT-nin ardınca daha bir beynəlxalq təşkilatdan zərbə - Ermənistan abidələri məhv edir…

Image


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bəyannaməsinə Ermənistanda Azərbaycan abidələrinin dağıdılması bəndi daxil edilib.

Belə ki, oktyabrın 22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin informasiya nazirlərinin 12-ci iclası keçirilib. Trend-in məlumtına görə, tədbirdə 57 dövlətdən məsul nazirlər və səlahiyyətli nümayəndələrin iştirak etdiyi iclasda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunub.

Yekunda bir neçə bəndlik sənəd qəbul edilib və sonuncu bənddə Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsinə eyham vurulur.

Bilirik ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında böyük cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın sökülməsi, o cümlədən İrəvanda Təpəbaşı məhəlləsindəki irsimizin hücuma məruz qalması bəşəri irsə aid olacaq abidələrimizin məhv edilməsi prosesinin tərkib hissəsidir. Ermənilər azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik dövlətin rəhbərliyi əvvəllər azərbaycanlıların məşkunlaşdığı 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdirib.

Göründüyü kimi, artıq bu məsələ beynəlxalq sənədlərə daxil olur. Bir neçə gün əvvəl Ermənistandakı Azərbaycan abidələrinə qarşı Ermənistan hökumətinin törətdiyi cinayətlər, abidələrimizin dağıdılması, məhv edilməsi, tarixi irsmizin qəsdən silinməsi ilə bağlı məsələ  BMT Baş Assambleyasının müfaviq sessiyasında səsləndi. İndi isə, qeyd ediliyi kimi, bu məsələ İƏT-ın İstanbul Bəyannaməsinə ayrıca  bənd olaraq daxil edilib.

  • “Hesab edirəm ki, İƏT-in sənədində Ermənistanın bu şəkildə ifşa olunması başqa təşkilatlara da bir nümunədir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, gec də olsa, Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması və izinin itirilməsi faktları beynəlxalq aləmə çıxarılır, mötəbər sənədlərə daxil edilir. “Doğrudan da bu çox yerində olan vacib bir məsələdir. Gec də olsa, bu məsələyə başlanılıb. Proses başlanılıbsa, buna “gec” demək də olmaz, əsas odur ki, işə başlanılıb. Bir neçə ay əvvəl rəsmən eşidəndə ki, UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisinə missiya göndərəcək, ata-baba yurdlarımızda ermənilər tərəfindən vandalcasına dağıdılan on minlərlə abidəmizlə, tarixi-mədəni isrsimizlə əlaqədar araşdırma aparacaq, çox sevindik. Ermənistan Azərbaycan xalqına məxsus böyük bir tarixi, mədəni dini irsi dağıdıb. O vaxt çox sevindik ki, nəhayət, beynəlxalq təşkilatlardan biri bu məsələyə diqqət yetirir. Amma çox təəssüf ki, 2022-ci ilin fevralından bu yana UNESCO-nun sözügedən missiyası hələ gəlməyib. Təsəvvür edin ki, UNESCO və başqa beynəlxalq qurumlar yalnız ermənilərin uydurmalarına həssas yanaşır. O vaxt ermənilər yalandan iddia etdilər ki, guya Naxçıvanda ermənilərə aid “qədim” qəbristanlıq varmış, onu da azərbaycanlılar “dağıdıb”, beynəlxalq qurumlar tez-tələsik ona reaksiya verdilər. Ermənilərin yalandan uydurduğu digər məsələ də odur ki, guya müharibə dövründə bizim hərbçilər Şuşadakı “erməni kilsəsinin” damını zədələyiblər. Amma yalandır. Bunun yalan olmasına baxmayaraq, beynəlxalq qurumlar ona da diqqət ayırdılar. Ermənilər hər yerdə tez eşidilir”.

UNESCO-nun və başqa beynəlxalq qurumların Azərbaycana laqeyd yanaşmasından, ikili standartlarla baxmasından alimlərimizin çox narahat olduğunu deyən Q.Hacıyev hesab edir ki, Qərb təşkilatları ermənipərəstlikdən əl çəkməsələr də, müəyyən təşkilatlarda Azərbaycan həqiqətlərini anlayanlar var. “Görürsüz ki, İƏT-in İstanbul Bəyannaməsində Ermənistan ərazisində tarixən Azərbaycan xalqına məxsus olmuş mədəni və dini abidələrin qəsdən dağıdılması barədə bəndin yer alması çox mühüm bir məsələdir. Bu təşkilata üzv olan müsəlman dövlətləri açıq görürlər ki, Ermənistan Azərbaycanın tarixi, dini-mədəni irsinə qarşı hansı vandalizm aktları törədib, o abidələrin izini yer üzündən silib. Onu da deyim ki, o dövrdə Ermənistanın işğalçı dövlət olduğunu ilk olaraq İƏT qəbul etmişdi. O biri beynəlxalq təşkilatlar isə öz maraqlarını güdürdülər və erməni lobbisinin təsiri altında heç səslərini belə çıxarmadılar. Onlar indi də bu mövqedədir. Amma İƏT bu dəfə də öz mövqeyini bəyan etdi. Hesab edirəm ki, İƏT-in sənədində Ermənistanın bu şəkildə ifşa olunması başqa təşkilatlara da bir nümunədir. Başqa qurumlar da İƏT-dən nümunə götürüb Ermənistanın iç üzünü tanımalıdır”.

Q.Hacıyev vurğuladı ki, bir neçə gün əvvəl bu məsələnin BMT tribunasından səsləndirilməsi də maraqladlr. Q.Hacıyevin fikrincə, BMT özü bu məsələnin araşdırılması ilə bağlı öz təsisatı olan UNESCO-nu hərəkətə gətirməlidir ki, o bir araşdırma aparsın və BMT-də sənəd qəbul etsin. “Bu işə gecikmədən başlamaq lazımdır. Bu faktın İƏT-in Bəyannaməsinə salınması çox müsbətdir, eyni zamanda arzuedilən odur ki, UNESCO Ermənistana təcili olaraq missiya göndərməlidir, oradakı vəziyyəti görməlidir. İndi bir-iki abidə qalıb, Təpəbaşı məhəlləsi hələ tam dağıdılmayıb. UNESCO-nun missiyası indi getməlidir ora. Sonra gec olacaq. Çünki UNESCO-nun ləng tərpənməsi Ermənistana imkan verir ki, Təpəbaşını daha sürətlə dağıtsın. Bu ona vaxt qazandırır ki, bizim izimizi tamamilə silib bitirsinlər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ