Cümə axşamı günü, 12 noyabr 2026
     

İran Təbrizdə Azərbaycan konsulluğuna uzun illər mane oldu, indi Təbrizdə erməni konsulluğunu həvəslə açır...

Image


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın Təbriz şəhərində Baş Konsulluq açmaq niyyətində olduqlarını bildirib. A.Mirzoyan bu barədə Qafanda İran Baş Konsulluğunun açılış mərasimində açıqlama verib.

Əvvəlcə onu vurğulayaq ki, Azərbaycanın mənəvi paytaxtı Təbrizdə Ermənistanın Baş Konsulluq açmaq niyyəti xüsusi məkrli siyasi plandır.  Onlar Baş Konsulluq açmaq istəyirlərsə, niyə Azərbaycan şəhərini seçirlər, gedib elə Tehranda açsınlar. Məlum olduğu kimi, vaxtilə Təbrizdə Azərbaycan Konsulluğunun açılması ilə bağlı məsələ uzun müddət gerçəkləşmədi. Yəni Ermənistandan fərqli olaraq, Azərbaycanın bu istəyinə  gec reaksiya verildi. Söhbət keçən əsrin 90-cı illərinin ortalarında Azərbaycanın Təbrizdə konsulluq açmaq təşəbbüslərindən gedir ki, Azərbaycana bunun üçün çox çətinliklə imkan, icazə verilib, özü də alayarımçıq. Yəni sonradan İran hökuməti buna razılıq versə də, uzun illər bizim Təbrizdəki konsulluğumuza bina vermədilər. Azərbaycanın Təbrizdəki Konsulu gedib Tehranda səfirliyimizdə otururdu. Bizim neçə illər konsulumuz oldu, amma Təbrizdə oturmadı. Amma indi Ermənistana qucaq açırlar ki, gəlin Təbrizdə Baş Konsulluq açın.  Yəni İran Təbrizdə Azərbaycan konsulluğuna uzun illər mane oldu, amma indi Təbrizdə erməni konsulluğunu həvəslə açır.

  • “Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması ilə bağlı fikirlər Azərbaycanda qıcıq yaratmaq məqsədi daşıyır”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində təəssüflə bildirdi ki, İranın Azərbaycana münasibətində hansısa yenilikdən, inkişaf dinamikasından, qarşılıqlı münasibətlər fonundakı müsbət amillərdən danışmaq olmur. O qeyd etdi ki, xüsusən də son dövrlərdə, Vətən müharibəsi zamanı, ondan əvvəl və sonra İranın Azərbaycana qarşı olan bütün davranışları göz önündədir. “Bu davranışların da hər birinin arxasında ermənilərə dəstək dayanır. Onların əsas işi işğalçılara həm silah-sursat, həm də digər vasitələrlə kömək göstərməkdir. Bildiyimiz kimi, bu yaxınlarda Qərbi Azərbaycanın qədim şəhərlərindən biri olan Qafanda İranın Konsulluğu açıldı. Eyni zamanda, Ararat Mirzoyan bəyan etdi ki, Ermənistan Təbriz şəhərində Baş Konsulluq açmaq niyyətindədir. Bu, İran tərəfindən çox müsbət qarşılandı. Lakin Təbrizdə Ermənistanın baş Konsulluğunun açılması bilavasitə Azərbaycanın əleyhinə atılan növbəti müştərək addımdır. Çünki burada fars şovinstləri ilə erməni millətçilərinin, revanşistlərinin bir sıra məkrli fikirləri üst-üstə düşür.  Məhz Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması ilə bağlı fikirlər Azərbaycanda qıcıq yaratmaq məqsədi daşıyır. Təbii ki, İran öz ərazisində hansısa ölkənin konsulluğunu aça bilərdi. Məsələn, Ararat Mirzoyan deyə bilərdi ki, Rəşt şəhərində, yaxud başqa bir şəhərdə Ermənistanın Baş Konsulluğunu açmaq fikirləri var. Niyə məhz Təbriz? Sual yaranır ki, nə üçün İran hökuməti Ermənistanın Təbrizdə Baş Konsulluq açmasını şadlıqla qarşılayır, amma vaxtilə Azərbaycana ciddi süni əngəllər yaradırdı? Bizim çoxminli soydaşlarımız əsasən Təbriz şəhərində yaşayır, burada Azərbaycan konsulluğunun fəaliyyətinə böyük şərait yaradılmalı idi, amma biz əksini gördük. Bu gün İranın və Ermənistanın bu məkrli planı açıq-aşkar Azərbaycana meydan oxumaq niyyəti daşıyır. Mirzoyan deyir, İran bunu məmnunluqla qarşılayır, amma görək Təbrizdə Ermənistanın Baş Konsulluğu açılasa da, fəaliyyət göstərə biləcəkmi? Yəni İran hökuməti konsulluğa ərazi, bər-bəzəkli bina verə bilər, amma Təbrizdəki narazı kəsim, milli-azadlıq mübarizəsi aparan azərbaycanlılar o binanı yerlə-yeksan edəcəklər. Təbrizlilər Ermənistanın Baş Konsulluğunun fəaliyyət göstərməsinə belə icazə verməzlər”.  

R.Rəsulov xatırlatdı ki, bu günlərdə İrəvanda İran vətəndaşı (onun hansı millətə mənsub olduğu hələlik bəlli deyil) İranın səfirliyini partlatmaq istəyib. R.Rəsulovun sözlərinə görə, bu halda Təbrizdə Ermənistanın hər hansı bir konsulluğu fəaliyyət göstərə bilərmi? Siyasi ekspertə görə, bunu təsəvvür etmək çətindir. R.Rəsulovun fikrincə, soydaşlarımız orada Ermənistanın bu şəkildə əl-qol açmasına imkan verməz. “Digər tərəfdən, artıq ox yaydan çıxıb. İran açıq şəkildə öz kirli niyyətini ortaya qoyub. Bu kirli niyyətini realizə etmək istəyir.  Lakin onun bu niyyətləri öz başında çatlayacaq. Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. O, regionda, eləcə də dünyada öz sözünü deyən ölkədir, müstəqil siyasət yürüdür və siyasəti heç bir ölkə, heç bir siyasi dairə aradan qladırmaq gücündə, qüdrətində deyil.  Bu gün Azərbaycan regionda yeni çağırışlar edir, regionun inkişafı və sülhün bərqərar olması üçün lazım olan bütün addımları atır. Ölkəmizə qarşı atılacaq hər hansı bir addım, qoyulacaq baryer darmadağın ediləcək. İran unutmamalıdır ki, bu gün onun ərazisində 35 milyon azərbaycanlı yaşayır. Bu 35 milyon da hələ tam ayağa qalxmayıb. Təsəvvürünüzə gətirin, soydaşlarımız tam ayağa qalxsalar nə olacaq. Bu baxımdan, Ermənistanın kukla xarici işlər naziri Mirzoyan hansısa bir fonda danışa bilər, lakin o danışarkən ağzına ağızlıq məhz Azərbaycan tərəfindən vurulacaq. Bunu da fars şovinistləri və erməni revanşistləri unutmamalıdır”-deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ