Cümə axşamı günü, 12 noyabr 2026
     

"İran nəhayət anlamalıdır ki, heç kim qalib və haqlı Azərbaycanla təzyiq dilində danışa bilməz" - Vüqar Rəhimzadə

Image


“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini həqiqəqin təntənəsi kimi dəyərləndirdi və Azərbaycanın bu haqq savaşında kimin haqqın, ədalətin, kimin şərin, təcavüzkarın yanında olduğunu açıq şəkildə bütün dünyaya bəyan etdi. Bu, yalnız 44 günlük müharibənin yaratdığı reallıq deyildi.

Azərbaycan 30 il davam edən Ermənistanın işğalı dövründə sözü ilə əməli vəhdət təşkil etməyən, ədalətdən, beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün toxunulmazlığından ağızdolusu danışıb konkret addım atmaq zamanı gələndə açıq-aşkar təcavüzkarın yanında olan dövlətlərin münaqişənin həllinə ikili standartlar mövqeyindən yanaşmasının şahidi oldu. İndi onları bir daha sıralamağa ehtiyac yoxdur. Xalqımız işğal dövründə həm də ona şahidlik etdi ki, nə zamana qədər maraqlar beynəlxalq hüququ üstələyəcək belə yanaşmalar mövcud olacaq. Bu da son nəticədə təbii ki, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin möcudluğunu sual altında qoyacaq, münaqişəli məsələlərin müsbət həllinə öz mənfi təsirini göstərəcək.

Bu gün bütün addımlarında ədalət prinsipini ön planda saxlayan Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qarşılıqlı maraqlara əsaslanan inkişafı əsas yer tutur. Ən əsası müasir müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prinsipləri dəyişməzdir. Böyüklüyündən, kiçikliyindən, dost, yaxın ölkə olmasından asılı olmayaraq bütün dövlətlərlə beynəlxalq hüquq, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti qonşu İran İslam Respublikasının ədalətlə, beynəlxalq hüququn norma və prinsipləri ilə bir araya sığmayan mövqeyinə yönəldib: “İşğalçıya dəstək olmaq işğalçılıq siyasətini müdafiə etmək deməkdir. Bunu rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Eyni zamanda, Azərbaycan 30 illik işğal dövründə istər artıq tarixin arxivinə göndərilmiş münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, istərsə də sözdə bölgədə sülhün, sabitliyin təmin edilməsində maraqlı olduqlarını bildirən ölkələrin yürütdükləri bu ikiüzlü, anormal siyasətin hansı faciələrə yol açdığını mütəmadi olaraq ən sərt formada aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Heç kim unutmamalıdır ki, regionda ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan oldu. İran isə əksinə, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana sevgisini hər addımında büruzə verdi və bu gün də həmin ikiüzlü siyasətini davam etdirir. Ermənistanın 30 il davam edən işğalı dövründə İran Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqına məxsus milli-mədəni irsin məhv edilməsinə, məscidlərin dağıdılmasına və təhqir olunmasına göz yumdu, İrəvanda, Şuşada guya fars mənşəli, əslində isə bu torpaqların əzəli sahibləri olan azərbaycanlılara məxsus bir-iki məscidi bərpa etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışdı. İran şirkətləri işğal illərində Azərbaycanın zəbt edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak etdilər. 44 günlük Vətən müharibəsi dövründə isə daha bir məqam diqqətdən kənarda qalmadı. İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verdi. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına qədər ölkəmizə qarşı hər cür vasitələrdən istifadə etdi. Özlərini daim haqq, ədalət tərəfdarı kimi göstərən, amma əməllərində fərqli yanaşmalar ortaya qoyan İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, ölkəmizlə sərhəddə hərbi təlimlər keçirir, hətta bu təlimlər zamanı Araz çayını keçməyi məşq etməklə bizə “əzələ” nümayiş etdirir, bütün mümkün vasitələrlə təcavüzkar Ermənistanın yanında olduqlarını göstərməkdən belə çəkinmirlər. Belə bir məqamda müsəlmanların qanını axıdan, barbar, faşist xislətli bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir mənəvi və siyasi haqqı yoxdur.”

Baş redaktor vurğulayıb ki, İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları bu günlərdə Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin şimalında, Araz çayı yaxınlığındakı ərazilərdə təlimlərə başlayıb: “Bu təlimlər anti-Azərbaycan xarakterlidir və din pərdəsi ilə cildlənən molla rejiminin ölkəmizə “əzələ” nümayişidir. Digər tərəfdən, təlimlər göstərdi ki, İran ordusu qeyri-peşəkardır, müasir dövrün hərbi standartlarından çox geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindədir.”

“İranın “əzələ” nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də ölkəmizə səfəri şərçivəsində dövlət başçısı İlham Əliyevlə Cəbrayıl şəhərində təkbətək görüşdən sonra iki ölkə liderlərinin mətbuata birgə bəyanatlarında da bu kimi məsələlərə diqqət yönəldildi: “Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək” kimi bəyanatları özündə bugünümüz və gələcəyimiz üçün bütün çağırışları, eyni zamanda, narahatlıq keçirən dairələrin göstərdikləri cəhdlərə cavabı əks etdirir. İran anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır.”

Vüqar Rəhimzadə diqqəti İranın ermənipərəst və anti-Azərbaycan siyasətinin göstəricisi olan bu məqama da yönəldib: “Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. Bu addım bizi 30 illik işğal dövründə fəaliyyətsizliyi ilə Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olan ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi, Türkiyənin vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistanın daş atıb başını tutmasını xatırlatmaq məcburiyyəti qarşısında qoyur. Belə ki, Ermənistanla İranın bir-birinə dəstəyi, sevgisi o qədər böyükdür ki, işğalçı dövlət zaman-zaman Türkiyənin deyil, İranın vasitəçiliyini məqsədəuyğun hesab edirdi. Qardaş Türkiyə birtərəfli mövqe nümayiş etdirməkdə, Azərbaycanın yanında olmaqda günahlandırılırdı. Ermənistan dərk etmək istəmirdi ki, burada söhbət hansısa dövlətin deyil, haqqın, ədalətin yanında olmaqdan gedir ki, Türkiyə də həmin addımı ataraq daim ədalətə dəstəyini ifadə edir. İranın isə bir qayda olaraq bütün addımlarında işğalçı Ermənistana dəstək göstərməsi aydın ifadə olunub və təəssüf ki, bu gün də ifadə olunmaqdadır. İran işğal dövründə Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, işğalçı dövlətlə birgə layihələr həyata keçirib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kimi əlləri Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər. Bütün bunlar təkzibolunmaz faktlardır.”

“Bu gün Azərbaycanın tarixi Zəfərini həzm etməyərək işğalçı Ermənistana dəstək olan ölkələr arasında İranın da adının çəkilməsi təəssüf doğurur. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması fonunda yeni əməkdaşlıq formatlarının işlənib hazırlanmasına geniş imkanların yaradıldığı, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar ataraq yeni səhifə açmaq istəyini nümayiş etdirdiyi, istər region, istərsə də dünya dövlətlərindən bu prosesin sürətlənməsinə dəstəyin göstərilməsinə, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyə çağırışlar etdiyi indiki məqamda İranın vəziyyəti gərginləşdirmək cəhdi, ədaləti, beynəlxalq hüququ ayaq altına atması birmənalı qarşılana bilməz. Bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeyilli "5-ci kolon" fəalları başa düşməlidirlər ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə edirlər. Din pərdəsi altında gizlənən İran mollaları çirkin niyyətlərini həyata keçirmək üçün Azərbaycan daxilində öz dayaq nöqtələrini formalaşdırmağa çalışır, təxribatlar üçün yeni ssenarilər hazırlayırlar. Bu şəbəkə ifşa olunmalıdır, onların fəalları Azərbaycan cəmiyyətinə təqdim edilməli və ən sərt şəkildə qınaq obyektinə çevrilməlidirlər. Azərbaycanın müstəqilliyinə qarşı bütün cəhdlərin qarşısı daim qətiyyətlə alınıb və alınacaq. Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin diktəsi ilə oturub durmur. Qalib və haqlı Azərbaycan İrana bir daha bu çağırışı edir ki, heç kim ölkəmizlə təhdid, təzyiq dilində danışa bilməz”,-deyə Vüqar Rəhimzadə bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ