Azərbaycan Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Cənubi Kiprə buraxılmayıb.
Oktyabrın 19-da Avropa Mətbuat Şuraları Assosiasiyasının (AİPCE) toplantısında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afinaya getdiyini deyən Məmmədli oradan Cənubi Kiprə getmək istədiyini, lakin 5 saatlıq mübarizəsinin nəticəsiz qaldığını bildirib.
Rumların türk düşmənçiliyinə diqqət çəkən jurnalist, "Bilirsinizmi, Yunanıstan qeyri-rəsmi olaraq Yunan Kiprə getməyi qadağan edir?!" deyib.
Jurnalist AİPCE-nin də vəziyyətə müsaxilə etdiyini və bütün səylərə baxmayaraq, Cənubi Kiprə gedə bilmədiyini, iclasda iştirak edə bilmədiyini və böyük maddi itkiyə məruz qaldığını bildirib.