Fransa XİN Azərbaycan Prezidentinin Makron barədə qiymətləndirmə bəyanatına guya cavab verib. Nazirlik bəyanatında, guya sivil Qərb səviyyəsi nümayış etdirirmiş kimi qeyd edir ki, Əliyevin sözlərinə baxmayaraq, Fransa Qafqazda sülhə dəstək verməkdə davam edəcək.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: “Ən absurdu isə odur ki, Fransa XİN 6 oktyabr Praqa görüşünün baş tutmasının guya Makronun bu görüşə razılıq verməsi sayəsində mümkün olduğunu iddia edib.
Nə böyük iş imiş? Guya Makron olmasaydı bu görüş baş tutmazdı ki?..
Əvvəla, Prezident Əliyevin Makrona tutduğu irad və ittihamlar əsaslıdır.
İkinci, Fransa Qafqazda sülhə yox, Ermənistana dəstək verir. Makron bunu dəfələrlə sübut etdi...”
İradə SARIYEVA