Oktyabrın 21-də Azərbaycan Mətbuat Şurasının konfrans zalında “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” layihəsi ilə bağlı tədbir keçirilib.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları olan milli QHT və KİV nümayəndələrinin qatıldığı tədbir qatılıblar.
Qeyd edək ki, söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanıb.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirdi ki, hazırlanan məlumat bazasında söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, mövcud durumları, Azərbaycana münasibətləri barədə informativ xarakterli bilgilər toplanılıb. “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli KİV-lərdə dərc edilir. Azərbaycan oxucusu üçün əlçatandır”.
Müşfiq Ələsgərli əlavə etdi ki, iki ay müddətində davam edən layihənin əsas məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən natiqlər belə bir platformanın yaranmasının əhəmiyyətini vurğuladılar. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd etdi ki, bu çox faydalı bir layihədir və bu yalnız QHT sektorunda deyil, media sektorun da da gerçəkləşdirilməlidir. O vurğladı ki, medianın beynəlxalq əlaqələr bağımından çətinlikləru var.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də çıxışında icra edilən layihəni və çərçivədə görülən işləri təqdir etdiyini dedi.
Politoloq Yeganə Hacıyeva, “Cebhe.info" xəbər portalının rəhbəri Rəfael Becanov, Aktor.az saytının rəhbəri Telman İsa, tanınmış jurnalist Şöhrət Eldəniz çıxış edərək layihənin əhəmiyyətini və vahid platformanının yaradılmasının vacibliyini qeyd etdilər.
İradə SARIYEVA