Azərbaycanın investisiyaları ilə Qarabağın qısa müddət ərzində regionun parlaq ulduzuna çevriləcəyinə inanıram.
Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanlı qardaşlarımız işğaldan azad etdikləri ərazilərdə başladıqları tikinti və yenidənqurma işlərini sürətlə davam etdirir. Ötən il Şuşa və Füzuliyə səfər zamanı buradakı işlərlə tanış olmuşduq. Bir il sonra Qarabağın gəldiyi nöqtəni görmək, gündən günə inkişafını müşahidə etmək bizi çox məmnun etdi", - deyə R.T.Ərdoğan bildirib.