Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi Qafqazda suyu bulandırmaq istəyən Fransa daxili problemlər məngənəsində boğulur

Image


Cənubi Qafqazda hadisələrə qeyri-obyektiv münasibətinə görə regionda nüfuzunu itirmiş Fransa bu gün çoxsaylı daxili problemlər məngənəsində boğulur. Bu ölkədə artan inflyasiya, dərinləşən sosial-iqtisadi problemlər əhalinin çoxsaylı narazılıqları ilə müşayiət olunur.

Məlumatlar göstərir ki, bu ölkədə sentyabrda əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin artım tempi növbəti dəfə yeni rekordlar vurub. Rəqəmlərə görə, Fransa  artıq tənəzzül içindədir. Bu fonda Fransada yüksək inflyasiya ilə əlaqədar artıq kütləvi tətillər keçirilir. Belə ki, ölkədə qiymətlər 6,4% artıb.  İnflyasiyanın başlıca səbəbi enerji qiymətlərinin yüksəlməsidir. Nəticədə mal və xidmətlərin qiyməti də artır. Qeyd edək ki, indi Fransada inflyasiya nəzərdə tutulan hədəflərdən 5 dəfə sürətlə artır. Ölkəni tətillər bürüyür. Belə bir vaxtda bəlli olub ki, Fransanın Qrand Est bölgəsi, dövlət elektrik enerjisinin bahalaşmasını kompensasiya etməkdən imtina edərsə, dəmir yolu xətlərinin bir hissəsini bağlaya bilər. Bu barədə “Le Figaro” qəzeti regional şuranın rəhbəri Jan Rottnerin bəyanatına istinadən yazıb. Jan Rottner bildirir: “Bir çox bölgə rəhbərləri deyirlər ki, nə vaxtsa kompensasiya forması tapılmasa, zərərlə işləyəcəyik. Başqa sözlə, biz açıq şəkildə xətləri bağlamalı olacağıq. 2024-cü ildə ödənişlərin 8%-i əlavə olaraq regionların payına düşəcək. Burada dayan deyirik, daha bunu edə bilmərik”. Qeyd edək ki, bir çox digər sahələrdə Fransada işçilərin etirazları davam edir. Belə ki, “Total” və “Exxon” şirkətlərinin üç neft emalı zavodunun işçiləri Fransanın bir sıra regionlarında tətil keçirib, bundan sonra ölkədəki yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb. Hazırda ölkədə yanacaqdoldurma məntəqələrinin 30%-dən çoxu təchizat problemləri səbəbindən yanacaqsızdır. Hökumətin  “dövlətin tətil edənlərə müdaxilə edəcəyi” ilə bağlı xəbərdarlıq etməsindən sonra CGT-Həmkarlar İttifaqı tətilçilərə qarşı tətbiq olana biləcək mümkün məcburiyyətin qarşıdurma ilə nəticələnəcəyinə dair xəbərdarlıq yayıb. Həmkarlar İttifaqı bəyan edib ki, “TotalEnergies” və Esso-“Exxon Mobil” şirkətlərinin neft emalı zavodlarının tətilçiləri ilə aparılan danışıqlardan sonra heç nə dəyişməyib və tətil davam edir. “TotalEnergies” və “Esso-ExxonMobil” şirkətlərinin neft emalı zavodları və yanacaq anbarları işçilərinin tətili ölkəni iflic vəziyyətinə salıb. Hökumətin sözçüsü artıq dövlətin müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hökumətin sözçüsü Olivye Veran televiziya vasitəsilə neft emalı zavodlarında tətilin dərhal dayandırılmasına çağırıb, hətta dövlətin müdaxiləsi ilə hədələyərək xəbərdarlıq edib. Nəqliyyat naziri Kleman Bon da xəbərdarlıq edərək deyib: “Zavodların blokadaya alınmasının davam etməsinə imkan verməyəcəyik. Vəziyyət həll olunmasa, əlavə tədbirlər görəcəyik”. İqtisadiyyat naziri Brüno lö Mer isə təcili tədbirlər görülməsinin vacibliyinin vurğulayaraq qeyd edib: “Fransızlar həmkarlar İttifaqı və “Total” şirkəti arasında münaqişənin qurbanı ola bilməzlər”. Fransanın baş naziri Elizavet Born isə strateji yanacaq ehtiyatlarının istifadəyə buraxıldığını, vəziyyətin nisbətən yaxşılaşacağını bildirsə də, yanacaqdoldurma məntəqələri qarşısında heç bir dəyişiklik olmayıb.

Ölkədə yanacaq çatışmazlığına görə nəqliyyat sistemi iflic vəziyyətindədir və yanacaqdoldurma məntəqələri qarşısında növbələr saatlarla davam edir. Qeyd edək ki, Fransada artıq bir neçə həftədir “TotalEnergies” və Esso-“Exxon Mobil” şirkətlərinin neft emalı zavodunun işçiləri tətil edir. Həmkarlar İttifaqları 2022-ci il üçün əməkhaqqının 10 faiz, inflyasiyanı kompensasiya etmək üçün 7 faiz artım, həmçinin “Total” qrupunun qazandığı mənfəətin 3 faizini tələb edirlər. Şirkət bununla razılaşmır. Əhali də qiymət artımından ciddi narazıdır və bir neçə gündür ki, etiraz aksiyaları keçirilir. Xüsusən də Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən nümayişlər kütləviliyi ilə fərqlənir. Polis belə aksiyaların qarşısını almaq üçün ən qəddar üsulllardan istifadə edir. Nəticıdə etirazçılarla polis arasında toqquşmalar qeydə alınır. Bunlar fonunda hökumətin gələn il üçün büdcəni qəbul etməsi çətinləşir. Qeyd edək ki, prezident Emmanuel Makronun mərkəzçi koalisiyası iyun seçkilərində parlamentdə çoxluğunu itirərək qanun layihələrinin təsdiqlənməsi prosesini hökumət üçün çətinləşdirib. Bu fonda indi Fransa hökuməti Milli Assambleyada səsvermə olmadan gələn ilin büdcəsini qəbul etmək üçün xüsusi səlahiyyətlərindən istifadə etməyə hazır olduğunu bildirib. Söhbət Fransa Konstitusiyasının 49.3-cü maddəsindən gedir ki, bu da baş nazirə bir sıra hallarda, xüsusən də büdcə ilə bağlı qanun layihələrinin parlamentdə təsdiqinə müraciət etməməyə imkan verir. Müxalifət partiyaları hökumətin 49.3-cü maddəyə istinad etmək qərarını qeyri-demokratik adlandırıb və hökumətə etimad səsverməsinə çağırıb. Fransada bu maddə 1958-ci ildən bəri 87 dəfə istifadə olunub, Makronun prezidentliyi dövründə isə artıq 2020-ci ildə pensiya islahatı qanun layihəsi üçün istifadə edilib. Yeri gəlmişkən qeyd edək ki, Makronun nüfuzu fransızlar arasında əhəmiyyətli dərəcədə azalıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ